AFFERENT İNNERVASİYANI
SÜSTLƏŞDİRƏN MADDƏLƏR
Yerli keyiəşdirici maddələr: -
anesteziyaedicilər - anesteziya sözü yunan sözündən
götürülüb (an- inkar, aesthesiya- hissiyat) - hissiyatın itməsi mə’nasını
daşıyır. Yerli keyiəşdirici maddələr
dedikdə elə maddələr nəzərdə tutulur ki, onları dəri
içərisinə, dəri altına, dəri və selikli qişa səthinə, əzələ
içərisinə və s. məhdud nahiyələrə yeritdikdə,
sürtdükdə, səpdikdə həmin nahiyədə yerli ağrı hissiyatı (müvəqqəti qlaraq) aradan qalxır və hətta cərrahi kəsik
aparmaq üçün şərait yaranır.
Həmin maddələr tezliklə ferment tə’sirinə mə’ruz
qalır, parçalanır və effekti aradan qalxır.
Odur ki, onlar geri dönən tə’sirli maddələr hesab edilir. Yerli keyləşdirici maddələrin cərrahiyyə və anestezialogiya
praktikasında böyük əhəmiyyəti vardır. Çünki
həmin maddələrin köməyi ilə narkoztörədici maddələrdən istifadə etmədən,
bir sıra cərrahi əməliyyatlar aparmaq
mümkün olur. Cərrahi əməliyyatı uzun müddətə aparmaq
lazım gəldikdə əməliyyatın gedişində onlar təkrar istifadə edilə bilir.
Yerli keyiəşdirici maddələrin tə’sir mexanizmi
bu vaxta qədər tam aydınlaşdırılmamışdır.
Lakin müasir məlumatlara görə yerli keyleşdirid
maddələr hissi sinir uclarının hüceyrə membranının natrium kanalını blokada
edir. Natrium ionlannın hüceyrə daxilinə keçməsini çətinləşdirir. Nəticədə tə’sir
potensialı və depolyarizasiya halı yarana bilmir, sinir hüceyrələrinin
repolyarizasiyası yaranır. Odur ki, sinir ucları qıcıqları qəbul edə və keçirə
bilmir. Başqa mülahizəyə görə Na-ionunun hüceyrəyə keçə bilməməsinin səbəbi anestetiklerin
Ca2+-ionları ilə antaqonist olmasıdır. Kalsium
ionları sinir hüceyrəsi membranında Na-kanalının keçiriciliyini tənzimləyən
mühüm faktordur. Ca2+ ionlarının sıxışdırılması kanalın sıxılmasına və
Na-ionlarının keçməsinə mane olur. Digər elmi mülahizələrə görə anestetiklerin
te’sirinden hüceyrə membranının
fosfolipidlərinin səthi gərginliyi yüksəlir. Bu da Na -kanalının qapanmasına və
ionun keçə bilməsinə mane olur. Yerli keyləşdirici maddələrin te'sirinə qarşı
birinci olaraq ağrı reseptorian yüksək həssaslıq göstərir. Odur ki, ilk növbədə
ağrı hissiyatı və sonra
diger hissiyatlar itir.
Beləliklə, yerli keyləşdirici maddə
məhlullarının yeridildiyi nahiyələrdə mövcud olan bütün hissiyatlar
müəyyən ardıcıllıqla aradan qalxır. Həmin
ardıcıllıq yerli keyləşdirici maddə məhlullarının qatılığı və zaman vahidi ilə
düz mütənasibdir. Mə’lum olmuşdur ki, yerli keyləşdirici maddələrin tə’sirindən
hissi sinirlər, hərəki sinirlərə nisbətən daha tez keyləşir. Odur ki, qarışıq
sinirlərin hissi lifləri keyləşdirici maddələrin zəif məhlullarının tə’sirindən
daha tez həssaslığını itirdiyi halda, hərəki liflər uzun müddətə öz
həssaslığını saxlayır. Hərəki sinir liflərinin həssaslığını aradan qaldırmaq
üçün keyləşdirici maddələrin nisbətən qatı məhlullarından istifadə edilir.
Odur ki, təbəqəli anesteziya yaratmaq üçün əvvəlcə dəri və dərialtı toxumalara
keyləşdirici maddənin zəif məhlullan yeridilir, əzələnin keyləşdirilməsi üçün
isə onların nisbətən qatı məhlulu tətbiq olunur.
Məhəlli anesteziya zamanı isə əməliyyat yenə də
dəri və dərialtı təbəqələrdə aparılacaqsa, keyləşdirici maddənin zəif məhlulu
işlədəilir, əksinə əgər cərrahi əməliyyat əzələ üzərində apanlacaqsa, onda
onların qatı məhlulundan istifadə olunmalıdır. İltihabı proseslər və travmatik
zədələnmələr fonunda cərrahi əməliyyat aparmaq lazım gəldikdə m-
xolinoreseptorları blokada etmək məqsədi ilə (histamin əleyhinə maddə) dimedrol
və (m-xolinoblokator) atropindən istifadə edilməlidir. Əks-təqdirdə ağrı
reaksiyasını aradan qaldırmaq çətin olar və fəsadlar (ağrı şoku) baş verər.
Praktikada yerli keyləşdirici maddələrin tə’sir gücünü və tə’sir müddətini
artırmaq üçün məhlulun hər 5 mi-nə 1 damcı adrenalin-hidroxlorid məhlulu qarışdınlmalıdır.
Çünki, damar mənfəzinin sıxılması toxumanın anemizasiyasına və keyləşdirici
tə’sirin ikiqat güclənməsinə səbəb olur.
Yerli keyləşdirici maddələr aşağıda göstərilən
tibbi tələbatlara uyğun gəlməlidir.
Suda və lipoidfərdə yaxşı həll olunmalı.
Sinir uclarına, sinir liflərinə və sinir
gövdəsinə yüksək seçici tə’sir göstərməli, tə’siri tez başlamaqla uzun müddətə
davam etməli, qıcıqlandırıcı tə’sirə malik olmamalı, qan damarlarını
genəltməməli, sterilizasiyaya davamlı olmalı, toksik tə’sirə malik olmamalıdır.
Təəsüf ki, tibbidə tətbiq olan yerli
keyləşdirici maddələr irəli sürülən tibbi tələblərin yalnız əsas qisminə cavab
verə bilir.
Kimyəvi quruluşuna görə keyləşdirici maddələrə
aminlər kimi baxmaq olar. Onlann amin qrupları mürəkkəb efir və ya amid
əlaqələrinin köməyi ilə aromatik radikala birləşmiş olur. Tərkibində amin qrupu
saxlayan preparatlar uzun müddətə, efir əlaqələri olanlar isə qısa müddətə
tə’sir göstərir. Çünki esteraza tə’sirindən tez parçalanır.
Beləliklə, yerli keyləşdirici maddələrin
molekulasında üç əsas fəal funksional hissə olduğu aşgar olunur I - hidrofil
aminqrupu; II - aralıq və ya
alifatik zəncir, III - lipofil aromatik
qrup. Onlardan birinci polyar hidrofil,
üçüncü qeyri-polyar lipofıldir.
Yerli
keyləşdirici maddələr quruluş düsturuna görə bir neçə qrupa bölünür:
1. Benzoy
turşusu törəməsi: kokain.
2. Para-aminobenzoy
turşusu törəmələri: novokain, dikain, anestezin.
3. Asedanilidlər:
lidokain, trimekain
Bə’zi müəlliflər isə bunu daha sadə formada
təsnif edirlər.
1. Aromatik
turşular və aminospirtlərin mürəkkəb efirləri qrupu - anestezin, dikain,
kokain, novokain.
2. Amid turşusu
törəmələri qrupu - bupivakain, lidokain.
Yerli keyləşdiricilərin sinir lifləri membranı
ilə əlaqəyə girməsində onların molekullarında lipofil, hidrofil və ya polyar
qrupların olmasının əhəmiyyəti böyükdür. Belə ki, maddənin lipofil olması sinir
toxumasındakı lipoidlərdə həll olub, tez tə’sir göstərməsinə səbəb olur. Yerli
keyləşdirici maddələr qana keçdikdən sonra ümumi tə’sir göstərir. Anesteziyada
bu yolverilməzdir.
Qaraciyərdə hidroliz yolu ilə
biotransformasiyaya uğrayır, böyrəklə xaric olur. Yerli keyləşdirici maddələrin
yüksək dozada qana keçməsindən baş verən ümumi tə’sirə zəhərlənmə kimi baxmaq
lazımdır. Buna yol vermək olmaz. Yerli keyləşdirici maddələrdən (tətbiq olunma
qaydasına görə) müxtəlif növ anesteziya törətmək olur. Səthi, təbəqəli,
məhəlli, onurğa beyini anesteziyaları.
1. Səthi
anesteziya. İstifadə edilən dərman maddələri - Anestezin,
Dikain, Kokain, Piromekain.
2. Təbəqəli
anesteziyada istifadə edilən dərman maddələr - Bupivakain, Novokain, Trimekain.
3. Məhəlli
anesteziyada istifadə edilən maddələr - Novokain, Trimekain, Ultrakain.
4. Anesteziyanın
bütün növlərində istifadə edilən maddələr - Lidokain, ventrakainlər - D-C forte. Onlar klassik anestetiklərdən fərqli olaraq
kiçik dozalarda yüksək ağrıkəsici effekt törədirlər.
1. Səthi və ya terminal anesteziya. Anesteziyanın bu növü yerli keyləşdirici maddələrin məhlulunun, məlhəminin və ya poroşokunun selikli qişalara və ya yara səthinə hopdurmaq,
yeritmək, sürtmək
və səpmək yolu ilə əldə edilir. Bu zaman yerli keyləşdirici dərman
selikli qişadan keçərək orada olan
hissi sinir ucları və sinir telləri ilə təmasda olur və onların həssaslığını
müvəqqəti olaraq pozur. Nəticədə həmin nahiyədə ağrı hissiyatı itir. Səthi anesteziya
yaratmaq məqsədi ilə kokain, dikain, lidokain, piromekain və anestezinden istifadə olunur. Çünki onlar selikli qişadan asan
keçir. Səthi anesteziya növü ən çox qulaq, burun,boğaz və göz xəstəlikləri cərrahiyyəsində tətbiq edilir.
2. Təbəqəli və ya infıltrasion anesteziya. Anesteziyanın bu
növünü yaratmaq üçün keyləşdirici maddənin (novokainin) zəif (0,125%)
qatılıqlı məhlulunu bədənin cərrahi əməliyyat aparılan nahiyəsində toxumalara təbəqə ilə: əvvəlcə dəri içərisinə, dəri altına, sonra əzələyə və s.
yeritməklə əldə edilir. Bu zaman
keyləşdirici maddə həm hissi və
həm də həreki sinir liflərinin
uclarının və liflərin həssaslığını azaltmaqla həmin nahiyədə ağrı hissiyatını müvəqqəti olaraq aradan qaldırır. Bu
məqsədlə lidokain (0,25-0,5%) və novokaindən daha geniş
istifadə edilir. Bundan başqa trimekain, bupivokain və s. tətbiq olunur. Anesteziyanın bu növü döş qəfəsi, qarın boşluğu orqanlarının,
düz bağırsağın və s. cərrahiyyəsində daha çox tətbiq edilir.
3. Məhəlli anesteziya. Buna region
anesteziya da deyilir. Bu növ anesteziya yaratmaq üçün keyləşdirici maddənin məhlulu sinir gövdəsi boyunca və ya sinir kələfi
yerləşən nahiyəyə yaxın toxumalara yeridilir. Bu zaman sinir kötüyü və ya sinir
gövdəsini təşkil edən hissi vəhərəkəti liflərin həmin nahiyədə bloku yaranır və
nəticədə sinir lifləri və ya sinir ucları impusların qəbul olunmasını və onun
mərkəzə ötürülməsini təmin etmir. Nəticədə həmin sinirin inervasiya etdiyi
nahiyədə ağrı hissiyatı itir. Məhəlli anesteziya növü törədmək üçün üçün novokain (1-2%), lidokain (0,25-1%),
trimikaindən (1%) istifadə olunur. Lakin bu zaman onların təbəqəli anesteziyada
istifadə olunan məhlullarına nisbətən bir qədər qatı məhlulları işlədilir.
Odur ki, bə’zi müəlliflər hazırda təbəqəli və məhəlli anesteziyada tətbiq edilən
preparatları təbəqəli anesteziyada tətbiq edilən maddələr qrupunda tədris
olunmasını tövsiyyə edirlər. Bu elmi- praktik baxımdan daha səmərəlidir.
Stomatologiyada isə pulpitlərin ağrısız müalicəsində həm də benzofurokain, ultrakain,
ultrakain D-C forte istifadə edilir.
4. Onurğa beyini anesteziyası. Bu zaman keyləşdirici maddənin məhlulu I və II
bel fəqərələri arasından onurğa kanalına epidural, peridural - (onurğa
beyininin sərt qişası üstünə), subaraxnoidal bə’zən də suboksipital yolla
yeridilir. İstifadədən əvvəl yeridiləcək məhlulun həcmi miqdarında, onurğa
beyini mayesi götürülür. Sonra lazımi məhlul tətbiq edilir. Bu zaman onurğa
beyininin aşağı - ön və arxa köklərindən impulslar keçmir və aşağı ətraflarda
hissiyat itir. Anesteziyanın bu növünü törətmək üçün əsas lidokaindən istifadə
edilir. Tibbi praktikada yerli keyləşdirici maddələrdən nəinki cərrahi
əməliyyat aparmaq üçün, həm də onların bə’zilərindəri (novokain, lidokain) ürək
əzələsinin oyanıqlığını zəiflətdiyinə görə, aritmiya və ekstrasistoliyalarda,
beyin qabığının hərəki zonalarının oyanıqlığını zəiflətdiyi üçün qıcolmalarda,
periferik arterial qan damar mənfəzini genəltdiyi üçün endarteriitlərdə, trofik
yaralarda, patoloji refleksləri zəiflətdiyi üçün vaqo- simpatik oyanıqlıqlarda
paranefral blokadada, müxtəlif ağrılarda, dəri qaşınmalarında istifadə edilir.
Mə’də yara və xoralarında (daxilə anestezin, novokain və s.) lazımsız
qusmalarda və s. patoloji hallarda şərbət və ya kombinəedilmiş halda istifadə edilir.
Novokain vaxtından evvəl qocalma əleyhinə müsbət tə’sir göstərir.
Hiç yorum yok:
Yorum Gönder