DƏRMAN FORMALARl VƏ YA DƏRMAN NÖVLƏRİ
Dərman formaları
dedikdə dərmanların praktik istifadəsini asanlaşdıran, onların laızımi fiziki
hala salınması anlayışı nəzərdə tutulur. Bu formada onların istifadəsi asan
olmaqla tə’sirləri daha yüksək və səmərəli olur.
Tibbi təcrübədə
işlədilən dərman maddələri konsistensiyasına-fıziki halına görə 3 formada olur.
1. Maye dərman formaları. 2. Bərk dərman formaları. 3. Yumşaq dərman formaları.
Son zamanlar praktikada digər yeni dərman formalarından (aerozollardan,
membranula oftalmikadan) da istifadə olunur.
MAYE DƏRMAN FORMALARI
Bunlara məhlullar,
dəmləmə və bişirmələr, qarışıqlar (miksturalar) damcılar, tinktu- ra və
ekstraktlar, emulsiyalar və seliklər, ətirli sular və şərbətlər və s. aid
edilir.
Məhlullar. (Solutionis) Məhlul -
(Solutio) Məhlullar bərk maddələri həlledicilərdə tam həll etmək yolu ilə və ya
iki və daha artıq mayeni bir-biri ilə və ya həlledicilərlə qarışdırılması yolu ilə
əldə edilir. Məhlullan əldə etmək üçün həlledici kimi destillə edilmiş sudan,
spirtdən, qliserindən, bitki yağlarından, vazelin yağından və s. istıfadə
olunur. Onlann arəsında destillə olunmuş su indeferent (orqanizm üçün tə’sirsiz)
olduğu və çox ucuz başa gəldiyi üçün daha geniş istifadə edilir, nəinki digər həlledicilər.
Odur ki, məhlulları həlledicinin növündən asılı olaraq sulu, spirtli, yağlı və
qliserinli məhlullara bölmək olar. Məhlullar istifadə yerinə görə xaricə, daxilə
tətbiq edilən və iynə ilə yeridilən məhlullara bölünür. Məhlullar şəffaf
olmalıdır. Bulanlıq və çöküntülü məhlullar istifadə üçün yararsız hesab edilir.
Xaricə tətbiq edilən məhluilar.
Adından göründüyü kimi bu növ məhlullar xaricə istifadə olunmaq üçün
yazılırlar. Bu məqsədlə əksər hallarda antimikrob antiseptik xassəyə və ya
büzüşdürücü, bürüyücü xassəyə malik maddələrin məhlulu istifadə olunur, həmin məhlullar
dəri və selikli qişaların zədələnmələri və iltihabında o cümlədən, müxtəiif mənşəli
yaraların, iltihabıi proseslərin (konyunktivit, rinit, stomatit, tonzillit,
angina) və s. müalicəsində tətbiq edilir, cərrah əlini və yaraları yumaq, gözə,
buruna və qulağa damızdırmaq ağızı və boğazı qar-qara etmək və s. yollarla tətbiq
edilir. Xaricə işlədilən məhlullara reseptlər tam (geniş) və qısa üsulla
yazılır. Qısa üsul % və nisbət (:), və qram/həcm üsulu ilə icra edilir. Xaricə
tətbiq edilən məhlullara tam üsulla resept yazdıqda Rp.. -dən
sonra dərman maddəsinin adı və onun ümumi miqdarı qramlarla göstərilir. Onun
altından həlledicinin adı və onun ümumi miqdarı və ya qədəri "ad" (dək)
yəni həlledicinin miqdarı deyil, məhlulda həll olunmuş maddələrlə həlledicinin
birlikdəki qədəri - həcmi ml-lə yazılır. Reseptin 4-cü hissəsində M.f.
solutionis - yə'ni qarışdır alınsın məhlul sözləri yazılır. Resept Da. Signa - yə'ni ver, göstər
sözləri ilə sona çatır. Ver, göstər sözündən sonra məhlulun xarıcə
necə tətbiq edilməsi
qaydası göstərilir.
Məs.:
1. Rp:
Furacilini 0,1 2. Rp.: Hydrargyri cianidi - 0,05
Aquae
destillatae ad 500 ml Aquae destillatae ad 250 ml
M.f. solutionis D.S.
Səhər və axşam gözü
D.S. Səhər və axşam yaraları yumalı
yumalı və kompres qoymalı.
Xaricə istifadə
olunan məhlullara %- üsulu ilə resept yazıldıqda Rp.: -dən sonra Solutionis sözü
yə'ni məhlul sözü yazılır. Onun ardınca məhlulun -dərmanın (furasi- lin) adı,
onun faizi (0,02 %) və ümumi miqdarı
həcmi (500 ml) ml-lə göstərilir. Re- sept Da Signa - sözləri ilə sona çatır.
Məs.:
1. Rp.:
Solutionis Furacilini -0,02% -500 ml. 4. Rp.: Sol. hydrargyri cianidi-0,2% -250
ml. D.S. Səhər və axşam yaraları yumalı, D.S.
Səhər və axşam gözü yumalı.
lazım gəlsə kompres
qoymalı.
Xaricə istifadə
ediliən məhlullaranisbət üsulu ilə reseptin yazılışı, məhlullara
reseptin % üsulu ilə yazılışı kimidir. Fərq % işarəsinin
yerində nisbət (:) işarəsinin
qoyulmasından ibarətdi . məs
5. Rp.: Sol.
hydrargyri cianidi -1:5000-250 ml.
D.S. Səhər və axşam gözü yumalı.
6. Rp.: Sol.
Furacilini -1:5000 -500 ml.
D.S. Yaraları yumaq
və ya kompres qoymalı.
Bu o deməkdir ki.
5000 ml suda 1 qram maddə - həll edilmişdir, lakin xəstəyə 500 ml yazılmışdır.
Bəs 500 ml-də neçə
qram maddə həll edilib?
5000 -1 500x
1
500-X
x= _____=0.1 ______________
5000
Deməli 500 ml-də 0,1
qram maddə həll edilib.
Bu reseptdə (və
ümumiyyətlə) məhlulun %-ni tapmaq üçün başqa sözlə nisbəti %- ə çevirmək
üçün məhlulda (500 ml) həll olan maddənin miqdarı (0,1) 100-ə vurulur o, da
məhlulun ümumi miqdarına 500-ə bölünür.
0,1x100
_____________________________________ = 0.02
500
Məs.:
1 : 5000 - 500 ml. 1 : 5000 -ə olan nisbəti o deməkdır kı,
5000 ml-də 1 q. maddə həll edilib.
0,1 x100 = 10
10:500 = 0,02
Deməli, 0,1
vurulmalıdır 100-ə, bölünməlidir məhlulun ümumi həcminə -500-ə. Yə'ni 1-in
5000-ə nisbətindən 500 ml-in %-ni tapmaq üçün 0,1 x 100 : 500 = 0,02, məhlul 0,02 %-li olur.
nisbəti %-ə
çevirmək üçün qısa üsuldan da istifadə
etmək olar. məs: 100 bölünsün nisbətə(5000) ; 100 :5000 = 0.02 %-i nisbətə
çevirmək üçün isə 100-ü %-ə bölçək lazımdır. 100: 0.02 % = 5000. lakin birinci
variantı da öyrənmək məksədyönlü hesab
edilir.
Məhlullara resept kütlə -
həcm üsulu
ilə yazıldıqda Rp.: sonra məhlul sözü, sonra dərmanın
miqdarı qramla yazılır, tire qoyulur və həlledicinin
ümumi miqdarı ml-lə göstərilir.
Resept D.S. sözləri ilə
bitir. Məs:
7.
Rp.: Sol. Furacilini -0,1 -500 ml.
D.S.
Səhər və axşam yaraları yumalı.
Bə’zi hallarda xaricə istifadə olunan məhlulların
hazırlanmasında
həlledici kimi spirtdən, qliserindən, bitki yağından və s.
birindən istifadə edilir. Belə məhlullara
% üsulu ilə
resept yazıldıqda
Rp-dən sonra Solutionis sözü, sonra məhlulun adı, sonra isə əlavə
olaraq müvafiq surətdə həlledicinin adı (latın
dilində), Spirituosae - Spirituoze, glycerinosae - qliserinoze, oleosae -
oleoze sözlərinin
biri yazılır. Məs..
8.
Sol Tannini spirituosoe 5 %-200 ml 9.Rp.: Sol. Tannini ğlycerinosae
5 %-200 ml D.S. Yanıqlarda
səhər və axşam D.S. Yanıqlarda
yara səthinə yara nahiyəsini silməli. sürtməli
10.
Rp.: Sol. Camphorae oleosae 20 %-100 ml
D.S.
Gündə 2-3 dəfə ağrı nahiyəsinə sürtməli.
(oynaq
ağrılarında, mialgiyalarda)
Xaricə
işlədilən ofisinal və yarımofisinal məhlullara resept yazdıqda reseptdə məhlulun
qatılığının göstərilməsi hökm deyil, çünki onların faizi yolverilən standart
qatılıq- da olur və əlavə tə’sir törətmir. Belə ofisinal məhlullardan Hidrogen
peroksidin (3 %-li) durulaşdırılmış məhlulunu, formaldehidin (təxminən 40 %-ii)
sulu məhlulunu, naşatır spirtini və s. misal göstərmək olar. Məs.:
11.
Rp.: Sol. Hydroğenii peroxydi diluti -100 ml 12. Rp.: Sol. Formaldehydi - 50 ml D.S. Bir
stəkan suya bir xörək qaşığı D.S. 400-500 ml suya 1/2
çay
əlavə
edib qarışdırmalı, ağızı və qaşığı qarışdırıb
ayağı yumalı.
boğazı
qar-qara etməli.
Bə’zi
ofisional məhlullar - mayelər (Liquoris) adlanır. Məs.: naşatır spirti, Burov
məhlulu, Novikov məhlulu və s.
Onlara
resept yazdıqda Rp.: -dən sonra Liquoris sözü, sonra mayenin adı, onun ümumi
miqdarı ml-lə yazılır. Resept D.S. ilə qurtarır. Məs.:
13.
Rp.: Liquoris Ammonii caustici -10 ml
D.S. Tənzifi isladıb inhalyasiya etməli.
Hiç yorum yok:
Yorum Gönder