13 Aralık 2016 Salı

Hansı idman ömrü uzadır? Hər idman sahəsinin təsiri fərqli.

 Sağlam qalmanın yolu böyük nisbətdə nizamlı idman etməkdən keçər. İdman edərək ola biləcək bir çox xəstəlikdən qorunmaq mümkün. Buna görə nizamlı idman etmənin faydaları saymaqla bitməz. Məsələn Ürək-Damar dövranını inkişaf etdirməsi, qandakı

4 Aralık 2016 Pazar

SƏMƏRƏLİ VƏ DÜZGÜN QİDALANMA SAĞLAMLIĞIN ƏSAS ŞƏRTİDİR


Hər bir insan bilməlidir ki, sağlamlığı qorumaq və möhkəmləndirmək üçün düzğün və səmərəli qidalanmanın çox böyük əhəmiyyəti vardır. Başqa sözlə desək, insanın ta­leyi onun düzğün qidalanmasından asılıdır. Ona görə də elə qidalar qəbul etməliyik ki, onlar aclığımızı dəf etməklə ya­naşı, xəstələnməyimizin də qarşısım alsın və onun müalicə­sinə

22 Kasım 2016 Salı

Türkiye’deki kalp yetersizliği hastalarının hastane içi yolculuğu ve HF-TR çalışması

Journey HF-TR çalışması Türkiyə populyasiyasında kəskin ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yatan xəstələrdə sıx baxım, xidmət və taburculuk əsnasında tətbiq olunan dərman, cihaz müalicəsi və laboratoriya tetkiklerinin və xəstəxana içi ölüm hadisələrini qiymətləndirilməsi hədəflənmişdir. Bu işə bağlı məlumatları Journey HF-TR Türkiyə tədqiqatçı qrupu * adına Dr. Benay Özbay, Dos. Dr Özlem Özcan Çələbi və Dos. Dr. Əhməd Çelik Medikal Akademiya

14 Kasım 2016 Pazartesi

Öd kisəsi və sidik yollarınin bitkilerle tedavisi


Öd kisəsi və sidik yolları
+ Zirənin köklərini və yarpaqlarını xırda-xırda doğ­rayın. Ondan 20 qram götürüb bir stəkan suda 15-20 dəqiqə dəmə qoyun. Bu dəmləmədən gündə axşam və səhər çay ki­mi 2 stəkan için. Bu öd kisəsində daş əmələ gəlməsinin qar­şısını alır və ödyolu xəstəliklərini müalicə edir.
+ Yaz aylarında gicitkənin təzə yarpaqlarını və körpə zoğlarını ovucun içində duzla ovuşdurub yemək öd kisəsini

12 Kasım 2016 Cumartesi

Qan dövranı xəstəlikləri və qan azlığının bitkilərlə müalicə və prafilaktikası


+ 30 qram qurudulmuş gicitikan zoğunu və yarpağını 500 qram soyuq suya töküb vam odda 5 dəqiqə qaynadıqdan sonra 10 dəqiqə dəmdə saxlayıb və sonra süzmək lazımdır . Bu dəmləmədən gündə 3 dəfə bir stəkan içmək qan dövranına xeyirlidir.

+ Əncirin mürəbbəsindən, qurusundan və cemindən qan azlığında və ümumi zəiflikdə istifadə olunur.

+ Qanın zəifliyini və təmizliyini qorumaq üçün şahtərənin 20 qramını 1 stəkan qaynar suda dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır.

+ Qan dövranı pozulubsa və ya qanın tərkibi dəyişilibsə acqarnına

11 Kasım 2016 Cuma

QARACİYƏR SAĞLAMLIĞINI TEBİ YOLLA QORUMAQ VE BƏRPA ETMƏK,

 Qara ciyər

+ Bir xörək qaşığı keşniş toxumunu döyüb bir stəkan qaynar suya töküb üstünü örtmək və 20 dəqiqədən sonra cunadan keçirib (süzüb) gündə 3 dəfə, hər dəfədə 2 xörək qaşığı içmək qara ciyərin fəaliyyətini artırır.
+ Acıqovuq (zəncirotu) bitkisinin yerüstü hissəsinin çi­çəyindən toplayıb açıq havada qurutduqdan sonra toz halına salıb ondan 2 xörək qaşığı götürüb bir stəkan qaynar suda dəmləyirlər. Ondan səhər və

Qan təzyiqinin tebi yolla salma üsulları


+ Qatığı süzüb suyunu gündə bir dəfə içməklə qan təzyiqini aşağı salmaq olur.

+ Qan təzyiqi çox yüksələndə ayağın qalın bükuklərinə, ovucun içinə, ayağın altına, boyuna və başın əmgək yerinə

9 Kasım 2016 Çarşamba

insan orqanizmi bunu gormelisiz


masinda, gemide, teyyarede ürəkbulanmasın aradan qaldirmaq

Maşına minərkən ürəkbulanması baş verməsin deyə

XƏSTƏLİKLƏRİN MÜALİCƏ ÜSULLARI / ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ

+ Bir xörək qaşığı yerkökü toxumunu bir stəkan suda qaynadıb, dəm çaynikini qalın dəsmala büküb 12 saat dəmdə saxladıqdan sonra süzərək gündə 3-4 dəfə içmək stenokardiyanın müalicəsi üçün ən yaxşı vasitədir.

+ Gülxətminin qurudulmuş ləçəklərindən 20 qramını 200 qram qaynar suda çay kimi dəmləyərək gündə

7 Kasım 2016 Pazartesi

Quş əti və quş ətinin xeyiri

Quş əti / quş ətinin xeyiri

   1. Toyuq əti - Bir çox başqa quşların ətindən daha incədir. Yumurtlamamış fərələrin və cavan xoruzların (beçələrin) əti əla olur. Toyuq əti çox qida verir və

30 Haziran 2016 Perşembe

Təbiyətin bizə bəxş etdiyi 9 həkim

Təbiətin bəxş etdiyi 9 həkim əla sağlamlığın ya radılmasında sizin köməyinizə gəlməyə hazırdır. Onlar 100%-lik təminat versə də,  xəstəyə heç vaxt zərər yetirməsə də, xəstə xeyrini başa düşməyərək, mənfı reaksiya verir. Xəstənin müraciət edib-etməməsi onları heç maraqlandırmır da. Onlar həmişə kömək etməyə hazırdırlar, bilikləri hamı üçün - qoca və cavan, varlı və kasıb üçün aşkardır. Onlar cərrahi əməliyyat etmir, dərman - hətta, ən dəbdə olanını belə məsləhət görmürlər.
Hamımız bu həkimlərlə tanışıq. Lakin, mən istərdim ki, onlara tez-tez müraciət edəsiniz. Onlar sağlamlığa, uzunömürlülüyə, daimi gənclik adlanan həddən ziyadə bəyənilən vəziyyətə doğru cəhdlərinizə kömək etməyə hazırdırlar.
Əvvəlcə, onlardan ən alisini, Yer üzündəki hər şeyə həyat verən ən güclü və dahi şəfavericini təqdim etmək istəyirəm
Onun ixtisası helioterapiyadır.
Hər kiçik ot, hər bir üzümlük, ağac, kol, gül, meyvə və tərəvəz öz həyatını günəş şüasmdan alır. Yer üzündəki hər bir canlı

16 Haziran 2016 Perşembe

Uşaqların əlavə qidalarla qidalanması.

Uşaqların əlavə qidalarla qidalanması.
5 aydan sonra ananın südü nə qədər keyfiyətli olsada uşağın təlabatını ödəmir. ona görədə 5 aydan sonra uşağa əlavə qidalar təyin olunur. Ayrı-ayrı hallarda əlavə

15 Haziran 2016 Çarşamba

Ana südü ilə inək südünün müqayisəsi

Ana südü ilə inək südünün müqayisəsi
Ana südü ilə inək südünün bütün tərkib hissələri bir-birindən güclü fərqlənir
1. Ana südündə zülallar, duzlar az , karbohidratlar  çoxdur , yağlar isə

13 Haziran 2016 Pazartesi

UŞAQLAR ÜÇÜN PEYVƏNDLƏRİN VURULMA TƏQVİMİ

PEYVƏND TƏQVİMİ 

Hepatit B  ---------------------------doğumdan sonra 12 saat ərzində
BSJ-BCG--------------------------- 4-7-ci gün
Poliomielit - OPV ---------------- 4-7-ci gün
AGDT -DPT (AKDS)------------ 1)  2 aylıqda
                                                     2)  3 aylıqda
                                                     3)  4 aylıqda
                                                     4)  18 aylıqda            
Poliomielit -

9 Haziran 2016 Perşembe

Uşaqlara meyvə şirələrinin verilməsi

Uşalara meyvə şirələri 1.5-2 aylığından sonra verilir. yaxşı olarki meyvə şirələri 3-4 damcıdan başlayaraq tədricən artırib yarım çay sonra 1 çay qaşığına çatdırılır. 1  meyvə şirəsini 1 ay vermək olar sonra digər meyvə şirəsinə keçırlər. meyvə şirələrini verməkdə məksəd orqanizimdə maddələr mübadiləsini sürətləndirmək və vitaminlərlə zənginləşdirməkdən ibarətdir.

25 Mart 2016 Cuma

ADRENALİN



ƏSASƏN alfa VƏ betta ADRENORESEPTORLARI STİMULƏ EDƏN

MADDƏLƏR

1. ADRENALİN - (ADRENALİNUM) - epinefrin - o, adrenalin hidroxlorid və hidrotartrat halında işlədilir. 0,1% və 0,18%-li sulu məhlulu 1ml həcmi olan ampullarda dərialtı, nadir hallarda venadaxili, bə’zən də birbaşa ürək əzələsinə yeridilmək üçün və həmçinin 10 ml həcmi olan flakonlarda gözə damızdırmaq və xarici qanaxmalarda qanaxmanı

18 Mart 2016 Cuma

Periferik (Qol və Ayaq) damar tıxanmaları diaqnozu və müalicələri

   Periferik (Qol və Ayaq) damar tıxanmaları diaqnozu və müalicələri

      
         Bütün bədənimizdə olduğu kimi, bacaklarımızdaki dövran sistemi də ürəkdən vurulan qanımızı toxumalara daşıyan atar damarlar toplardamarlar və limfa damarlarından meydana gələr. Bu sistemin hər hansı bir nöqtəsindəki pozuqluq dövranın axsamasına, toxumaların kifayət qədər oksijenlenememesine və buna ikinci ibarət müxtəlif problemlərə

Qəhvə tüketimi spirt qaynaqlı siroz riskini əhəmiyyətli dərəcədə azaldır

  Qəhvə tüketimi spirt qaynaqlı siroz riskini əhəmiyyətli dərəcədə azaldır




       Son illərdə qəhvə üzərində edilən bir çox araşdırma, qəhvənin insan sağlamlığına bir çox faydası olduğunu göstərərkən, başda xərçəng olmaq üzrə bəzi xəstəliklərə qarşı əhəmiyyətli bir qoruyucu olduğunu ortaya qoydu. Bu işlərin bəzilərində anti-xərçəng və

17 Mart 2016 Perşembe

Beynimizin yalnız yüzdə 10 mu istifadə edirik?


 Beynimizin yalnız yüzdə 10 mu istifadə edirik?

Beyinlə əlaqədar bir çox səhv inanış var. Bunlardan biri də beynimizin yalnız yüzdə 10-unu kullandığımıza dair hissdir.
Hər kəsin xoşuna gedər buna inanmaq. Çünki geri qalan yüzdə 90-ı da istifadə öyrəndiyimizdə daha ağıllı, müvəffəqiyyətli və yaradıcı ola biləcəyimiz ümidini saxlayarıq. Amma

Kofein



Coffein
KOFEİN (Coffeinum) - çay yarpaqlannın tərkiblndə 2 %-ə qədər, kofe toxumalarında isə 1-2 % miqdarında tapılan alkaloiddir. O, həm də sintez üsulu ilə əldə edilir. Kofein kimyəvi quruluşuna görə

16 Mart 2016 Çarşamba

Vitaminlər



Vitaminlər

Vitamin sözü latınca həyat ("Vita") sözündən götürülmüşdür. Bu bioloji aktiv birləşmələrdən hər hansı birinin orqanizmidə çatışmaması insanda bu və ya digər xəstəliyin yaranmasına səbəb olur. Həyatı mühafizə etmək üçün təkcə zülallar, karbohidratlar kifayət deyil, maddələr mübadiləsində fəal iştirak edən və vitaminlər adlanan bioloji aktiv birləşmələr

Hamiləlik və süd verən qadınların müalicəvi qidalanması.



     HAMİLƏLİK

 HAMİLƏLİK - hamiləliyi ağırlaşmasız gedən və yanaşı gedən xəstəlikləri olmayan sağlam qadının qidalanması fızioloji cəhətdən tam dəyərli olmalı, əməyin xarakterindən asılı olmalı və tərkibində əvəz edilə bilməyən qida maddələrinin  bütün yığımı olmalıdır. Lakin hələ hamiləliyin birinci yarısının sonuna doğru enerjiyə tələbat

ŞƏKƏRLİ DİABET


ŞƏKƏRLİ DİABET

ŞƏKƏRLİ DİABET - orqanizmdə mədəaltı vəzinin hormonu olan insulinin olmaması və ya çatışmaması ilə əlaqədar olan xəstəlikdir. Bu zaman maddələr mübadiləsi və başlıca olaraq karbohidrat mübadiləsi pozulur. Az və ya çox sürən gizli dövrdən sonra xəstəliyin aşkar olan başlıca əlamətləri

15 Mart 2016 Salı

DAMCILAR


DAMCILAR
DAMCILAR - Guttae (Damcı-Gutta ixtsar halda gtts). Daxilə və xaricə işlədilən məhlulların bir növü də damcılardır. Lakin məhlullardan fərqli olaraq onların tərkibinə əsasən zəhərli və güclü tə’sirə malik dərmari maddələri daxil edilir. Odur ki, birdəfəlik dozanın çox kiçik miqdarda olmasını nəzərə alıb xəstələrə onu tam dəqiqliklə yə'ni damcı ilə tə'yin etmək məqsədəuyğun hesab edilir. Buna baxmayaraq onları nəinki maksimal, hətta optimal müalicə dozada tə'yin etmək risk etməkdir. Çünki damızdırıcının en kəsiyi və dämcının səthi gərginliyi müxtəlif olur. Təbii ki, reseptdə damcıların ümumi miqdarı məhlullardan fərqli olaraq çox az miqdarda (3-5ml) yazılmalıdır. Damcılara da reseptin yazılışı məhlullarda olduğu kimi tam və qısa üsulla yazılır və tətbiq olunma yerindən və s. asılı olaraq həlledici kimi sudan, natrium xloridin izotonik məhlulundan, spirtdən, qliserindən, bitki və vazelin yağiarından istifadə edilir. Damcılar da məhlullar kimi həm xaricə, həm də daxilə işlədilmək üçün hazırlanırlar. Lakin onlar məhlullara nisbətən yüksək konsentrasiyada hazırlanır. Damcılar tətbiq olunduğu yerə görə şərti olaraq göz damcısı, qulaq damcısı, burun damcısı, mə’də damcısı adlanırlar. Həmin damcılar arasında göz damcısının digər damcılara nisbətən fərqlən dirici cəhətləri vardır. Onlar ilk növbədə steril olmalı, natrium xloridin izotropik məhlu-lunda həll edilməklə hazırlanmalı və öz tə’sirini uzun müddətə saxlaya bilməlidirlər. Məs.:

1. Rp: Argenti nitratis 0,1
    Sol. Natrii chloridi isotonici -10 ml.
    Misce. Sterilisetur!
    D.S. Yeni doğulmuşlann gözünə 1 damcı damızdırmalı.

2. Rp: Sol- Argenti nitratis -1% - 10 ml 
    Sterilisetur!
    D.S. Yeni doğulmuşların hər gözünə 1 damcı damızdırmalı.

3. Rp.: Mentholi 0,2
    Olei Persicori ad-20 ml 
    M.f. solutionis
    D.S. Yarım stəkan qaynar suya 15 damcı damızdlrıb İnhalyasiya     etməli (gündə 2-3 dəfə)

4. Rp.: Ergocalcıferoli -0,05 
    Spiritus aethylici 70 %-10 ml
    M.D.S. Səhər və axşam 1 damcı südə damızdırıb içməli.

5. İRp.: Phenoli ruri 0,5
    Glycerini ad -10 ml
    M.D.S. Səhər və axşam 1 damcı qulağa damızdırmalı (orta               qulağın iltihabında)

6. Rp.: Sol. Mentholi oleosae 1%-20 ml
    D.S.Gündə 2-3 dəfə yarım stəkan qaynar suya 15 damcı əlavə         edib inhalyasi-ya etməli.

7. Rp.: Sol. Ergocalciferoli spirituosae 0,5 % - 10 ml
    D.S. Səhər və axşam hər dəfə 1 damcı südə qarışdırıb İçməli           (1yaşa qədər uşaqlara).

8. Rp.: Sol. Phenoli glycerinosae 5 %-10 ml
    D.S. Səhər və axşam 1 damcı qulaqa damızdırmalı.

12 Mart 2016 Cumartesi

Karbohidratlar


Karbohidratlar

(Nişasta və şəkər)

karbohidratlar da orqanizmin əsas enerji mənbəlidir. O ehtiyacın 60 faizə qədərini ödəyir. Insanın gündəlik qidasındakı karbohidratları çörək-bulka, un-yarma məmulatları, kartof, tərəvəz, meyvələr, 20 faizini isə xalis şəkər verməlidir. Gündəlik qidada xalis şəkər 50-100 qramdan çox olmamalıdır. Qidalanmada nişasta (kraxmal) karbohidratların 80 faizım təşkil etməlidir. karbohidratlara daxildir: -şəkər, taxıl-dənlər, paxlalılar, kartof, tərəvəzlər (kök, kələm, çüğündür, şalğam (ağ turp), boranı və sair), meyvələr, gilə-meyvələr.

Heyvam mənşəli qidalarda nişasta çox azdır. Fiziki işlə məşğul olmayan adamlar öz qidalarında çox karbohidrat qəbul etməlidir. Xalis adi şəkərdən isə istifadə dişlərin qaralıb çürüməsinə, atreskleroz, infarkt və diabetə (şəkər xəstə-liyinə) səbəb olur.

Yağlar


 Yağlar

Yağlar orqanizm üçün enerji mənbəidir. Insan gündə 100-105 qram yağ işlətməlidir, onun 70 faizi heyvani, 30 faizi bitki yağı olmalıdır. İnsan qidalanma zamanı yağı ət və ət məhsullarından, süd və süd məhsullarından, yumurtadan, balıqdan, zeytundan, günəbaxandan alır. Ən dəyərli

Zülallar


Zülallar

Ət, balıq, kürü, yumurta, süd, pendir, kəsmik, şor - ən mühum zülallı qidalar kimi qiymətləndirilir. Çünki onlarda olan zulallar tam dəyərli və yüksək keyfıyyətlər ilə fərqlənirlər.

Bitkilərdən isə zulallıq cəhətdən ən yüksəkləri ~ paxlalılar., kartof, kələm, kahı, ispanaq, boranı tumu, kök, pamidor, xiyar, badımcan, sarımsaq, bütün növlərdən olan qozlar, günəbaxan tumu, küncüt, araxis, banan, armud və sairləridir.

Yadda saxlamaq lazımdır ki, hər bir zehni əmək adamı həftədə ən azı 200-500 qram ət yeməlıdir. Yaşlı şəxslərin qi-dalanmasmda isə südün və süd məhsullannm böyük əhəmiyyəti danılmazdır. Süd mədə-bağırsaq şirələrinin ifrazım artırır. Süd məhsullarım çörəklə, yarmalarla, makaronla; xamır xörəklərini kəsmik, balıq, ətlə, tərəvəzi ət və balıqla yemək daha faydalıdır. Onu da unutmamalı ki, qidalanmada ət yeməklərinə üstünlük verilməməlidir. Bu bir çox xəstəliklərin inkişafma səbəb ola bilər.

9 Mart 2016 Çarşamba

Kəskin bronxit

Kəskin bronxit

Etiologiyası və patogenezi. Kəskin bronxit bronxların kəskin iltihabı olub, tənəffüs orqanlarının ən çox yayılmış xəstəliyidir.

Kəskin bronxit xəstəliyinin ən çox rast gəlməsi halları xüsusən, yuxarı tənəffüs yollarının kataral iltihab xarakterli xəstəliklərinin artdığı dövrdə və qrip epidemiyası zamanı

TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİ

TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİ
Tənəffüs orqanlarını öyrənən elm — pulmonologiya, hazırda klinik təbabətin xüsusi bir sahəsi kimi inkişaf etməkdədir.

Etiologiya, patogenez və klinikasma görə fərqlənən tənəffüs sistemi xəstəliklərinin geniş yayılması pulmonologiyanm sərbəst fənn kimi ayrılmasma səbəb olmuşdur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatmm təsnifatma görə, tənəffüs orqanları xəstəliklərinə 400-dən artıq xəstəlik aiddir.

Son illər dünyada ağciyərlərin qeyri-spesifik xəstəliklərinin sayı durmadan artır, belə xəstəliklərə isə, xronik bronxit, xronik pnevmoniya, ağciyər emfizeması, bronxoektaziya xəstəliyi, xronik ağciyər absesi, bronxial astma, tənəffüs sisteminin irsi amilləri və ağciyərlərin inkişaf qüsurları ilə əlaqədar olaraq əmələ gələn xronik iltihabı xəstəliklər aiddir.

Dünya statistik məlumatma görə, İngiltərə, Almaniya, Hollandiya, Fransa və bir sıra başqa ölkələrdə müşahidə olunan ölümün 10—11%-ni ağciyərlərin qeyri-spesifik xəstəlikləri təşkil edir. Ümu-miyyətlə, kəskin bronxit daxili xəstəliklərin 1,5%-ni, ağciyərlərin qeyri-spesifik xəstəliklərinin isə, 30%-ni təşkil edir.

DRAJELƏR dərman növləri

                                               







   DRAJELƏR

DRAJELƏR - (Dragee) daxilə tə'yin olunmaq məqsədi ilə dərman zavodlarında hazırlanır. Drajelər dənəciklərdən fərqli olaraq bərk dərman növlərinin digər nümayəndələri (tabletlər, kapsullarvə dozalanan poroşoklar) kimi dozalanan dərman növü hesab edilir.
Drajelər tabletlər kimi dəqiq dozalanır, az yer tutur. Uzun müddətə saxlandıqda öz farmakoloji tə’sirlərini itirmir, bağırsağdan asan sorulur. Drajelərin tərkibində əksər hallarda güclü tə’sirə malik dərman maddəsi olur. Həmin maddənin qıcıqlandırıcı xassəsi, xoşagəlməz iyi və dadı drajelərin qəbulu zamanı hiss edilmir. Əvvəllər drajelər qranulalar adı altında istifadəyə buraxılırdı. Hazırda isə dərman zavodlarında mikroqranulaların xarici təbəqəsini şokolat, kakao və s. maddələrin poroşokları ilə su- vayıb rəngləmək yolu ilə onları drajelər halına salırlar. Drajelərin çəkisi qramdan artıq olmur. Son zamanlar drajelər həm də mikrodrajelər halında istehsal olunur və tabletlərin tərkibində bə’zən isə kapsulların içərisində istifadəyə buraxılır. Bu növ tablet və kapsulların tə’siri, adi tablet və kapsulların tə’sirinə nisbətən daha uzunmüddətli olur. Çünki onların tərkibindəki, mikrodrajelər mə’də-bağırsağ sistemində tədriclə bir-bir həll olur və tədricən sorulur. Odur ki, tə’sir müddəti qismən uzanır. Drajelərə resept bir variantla yazılır. Drajelərə resept yazmaq üçün Rp.:-dən sonra draje-Dragee sözü ondan sonra dərmanın adı və onun birdəfəlik dozası qramla göstərilir. Reseptin 4 -cü hissəsində D.t.d. N - sözləri yazılır. Resept S. göstər sözü ilə sona çatır. Məs.:

Rp.: D  ragee Mydocalmi -0,05
D.td. N -30
S. Gündə 3 dəfə 1 draje qəbul etməli. (Skelet əzələsinin tonusunun patoloji yüksəlməsində).

Rp.: Dragee Aminazini -0,025                                              
D.t.d. N -15
S. Gündə 3 dəfə 1 draje daxilə qəbul etməli.

Rp.: Dragee Diazolini-0,05


D.t.d. N 15
S. Gündə 3 dəfə 1 draje  daxilə qəbul etməli.


   


7 Mart 2016 Pazartesi

SİDİK SİSTEMİ XƏSTƏLİKLƏRİ ZAMANI İSTİFADƏ OLUNAN TƏBİİ VASƏTƏLƏ



SİDİK KİSƏSİNİN XƏSTƏLİKLƏRİ - aşağıctakrşirələr qarışığı tövsiyyo olunur:
280 q kök, 90 q çuğundur vo90q xiyar;
280 q kök və 170 q ispanaq.
BÖYRƏKLƏRİN XƏSTƏLİYİ - aşağıdakt şirolər qarışığından istifadə olunur:
290 q kök, 90 q çuğundur və 90 q xiyar;
290 q kök və 170 q ispanaq;
260 q kök və 140 q kərəviz;
310 q kök və 90 q çuğundur;

340 q kök və 110 q cəfori.

6 Mart 2016 Pazar

Əsəb xəstəliyi ve tesirinden əmələ gələn digər xəstəliklər. Əsəbi və yuxusuzluğu aradan qaldıran təbii vastələr

Əsəb  xəstəliyi ve tesirinden əmələ gələn digər xəstəliklər. Əsəbi  və yuxusuzluğu aradan qaldıran təbii  vastələr
♦ Elə bir xəstəlik yoxdur ki, əsəb sistemi ilə bağlı olmasın. Sinir sistemi orqanları həyat faəliyyətində həlledici rol oynayır. Narahatlıq, həyəcan, əsəb pozğunluğu, ürək xəstəliyinə, yüksək qan təzyiqinə, vərəmə belə gətirib çıxara bilər.
Qəflətən qəzəblənmək, xüsusi ilə ürək xəstəliyi, ya hiporteniya (təzyiq) zamanı iflic olmağa, beyinə qan sızmasına, ölümlə nəticələnməyə səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki:
-               Qorxu hissi və ağlamaq ürək üçün,
-               Qəzəb hissi qara ciyər üçün təhlükəlidir,
-               Qorxu, nigaranlıq böyrəklərə,
-              Qəmginlik dalağa, mədəaltı vəzə,
-              Darıxma ağciyərə zərərlıdir.
  Artıq həyəcan mədənin pozulmasma səbəb olur. O uzun müddət davam edərsə qastritə, mədə divarlarınm dağılmasına və yara əmələ gəlməsinə səbəb ola bilər.
-              Tər ifrazmı sinir sistemi nizama salır. Tez əsəbləşən adamlar daha çox tərləyir. Belə adamlar nə inki isti havada, hətta yünğül fıziki işdən, kiçik bir həyəcanlamadan da tərləyirlər. Əsəbləri sakitləşdirmək üçün idman və soyuq suda yuyunmaqdan istifadə edilməlidir. Bunlar əsəbləri sakitləşdirən vasitələrdir. Əsəbləri sakitləşdirməyin və möhkəmləndirməyin qayğısına daim qalmaq lazımdır.
-              Müəyyən edilmişdir ki, mədə xorası təkcə mədənin deyil bütün orqanizmin xəstəliyi hesab olunur. Ona görə ki, sinir sisteminin vəziyyəti ilə sıx əlaqədardır.
-              Xalq təbibləri məsləhət görürlər ki, əsəbləri sakitləşdirmək, beyin və ürək damarlarının fəaliyyətini tənzimləmək üçün zirinc dəmlənməsi içmək lazımdır. Bir xörək qaşığı zirinci bir stəkan qaynar suda 10 dəqiqə dəmləyib üstünü örtür, sonra cunadan keçirib (süzüb) ondan gündə 3 dəfə, hər dəfədə yarım stəkan içirlər.
-              Yovşan bitkisinin uc hissəsini xırda-xırda doğrayıb onun bir xörək qaşığım bir stəkan qaynar suda dəmləyib, süzür və axşamlar ondan yarım stəkan icirlər. Bu əsəbləri sakitləşdirir və şirin yuxu gətirir.
-              Şərq qərənfilinin çiçəyindən və yarpaqlanndan 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib üstünü basdırırlar. Sonra süzərək ondan gündə 3 dəfə, hər dəfədə yarım stəkan içmək əsəb sistemini möhkəmləndirir.
-              Xamırmaya otunun xırdalanmışından 3 xörək qaşığını 3 stəkan qaynar suda 5 dəqiqə dəmləyir sonra onu süzüb bir az şəkər qataraq ilıq halda gündə 3 dəfə, hər dəfədə yarım stəkan içirlər. Bu yuxugətirən dərmanların ən təsirlisidir və yuxusuzluğu aradan qaldırır.
-              Yatmazdan qabaq təzə ilıq südə bir çay qaşığı bal qarışdırıb qurtum-qurtum için. Sonra bir tikə qəndə 30-40 damcı pişikotu (valerian) cövhəri damcıladıb sorun. Bu yaxşı yatmaq üçün ən münasib təminatdır.
-              Xalq təbibləri eyni miqdarda yarpızı və kəklikotunu xırda doğrayıb qarışdırmağı və onun 20 qramını bir stəkan qaynar suda 10-15 dəqiqə dəmləyib gündə 3 dəfə, hər dəfədə yarım stəkan içməyi lazım bilirlər. Bunu 2 həftə davam etdirmək lazımdır. Nəticədə əsəblər sakitləşir və yuxusuzluq aradan qaldırılır.
-              Çobanyastığı çiçəyinin 20 qramını bir stəkan qaynar suda bir saat saxlayıb sonra onu ikiqat tənzifdən keçirin, bir qədər şəkər töküb qarışdırın və için. Hər axşam yatmazdan əvvəl belə etsəniz əsəb gərginliyinin əmələ gətirdiyi əziyyətdən xilas olarsınız.
-              Qurudulmuş razyanam (boyananı) ovub ondan 20-30 qramını götürüb üzərinə 1 litr su töküb vam odun üzərində qaynamağa başlayandan bir dəqiqə sonra götürüb 10 dəqiqə dəmdə saxlayırlar. Hər dəfə yeməkdən bir az sonra bir stəkan içirlər. 10-15 günlük belə müalicədən sonra əsəblər sakitləşir və yuxusuzluq halları aradan qalxır.
-              Əsəb sistemi pozulmuş narahat tipli adamlar 20 gün müddətində bədəninin ümümi çəkisinin hər kiloqramına bir millilitr hesabı ilə abqora (Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu) içsələr xeyrini görərlər.
-              Çuğunduru döyüb sıxıb şirəsini çıxarın və onu eyni miqdarda balla qanşdırıb, yatmazdan əvvəl bir stəkan için. Bu qan təzyiqini aşağı salır, əsəbləri sakitləşdirir və şirin yuxu gətirir.
-              Istər çiy halda, istərsə də bişmiş halda yeyilən kahı yuxusuzluğu aradan qaldırmaq təsirinə malikdir. Gündə bir neçə dəfə kahı yeməklə müalicəni 1-2 həftə davam etdirmək lazımdır.
-              Bir stəkan qaynar suya 2-3 ədəd bənəvşə yarpağı atıb 10 dəqiqə dəmləyir, süzür və bir çay qaşığı bal qanşdırıb axşam yatmazdan əvvəl içirlər. Bu yuxusuzluğu dəf edir və şirin yuxu gətirir.
-               50 qram şüyüd toxumunu 500 millilitr çaxıra (kaqora yaxud partveynə) qatıb 15-20 dəqiqə zəif odda qaynadın, süzüb sıxaraq şirəsini çıxarın. Bu şırədən yatmazdan bir az qabaq yarım stəkan için. Bu yaxşı yuxu gətirən vasitə hesab olunur.
-               Xalq təbabətçiləri yemşam yuxugətirənlər sırasma daxil edirlər. 100 qram əzilniş və ya döyülmüş yemşana yarım litr su əlavə edib vam odda 30 dəqiqə dəmləyirlər. Sonra 10-15 dəqiqə soyudur və süzürlər. Bu dəmləmədən gündə 3 dəfə 50-60 qram qəbul edirlər. Yuxusuzluğa qarşı müalicənin müddəti 2 həftəyə qədərdir.
-              10 qram təzə açılmış yemşan çiçəyini 100 qram arağa qatıb qarışdırm və 10 gün qaranlıq yerdə saxlaym. Sonra süzüb bundan gündə 3 dəfə, hər dəfədə 20-25 qram suya qatıb qəbul edin. Bu sizi əsəb ərginliyindən xilas edəcəkdir. Müalicəni 2 həftə davam etdirmək lazımdır,
-              Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladıb qabıqdan təmizləyirlər. Gündə 30 ədəd (gündə 3 dəfə, hər dəfədə 10 ədəd hesabı ilə) yemək faydalı hesab olunur. Müalicəni, vəziyyətindən asılı olaraq, xəstə özü müəyyən etməlidir.
-               Novruzgülünün qurudulub döyülmüş və ovulmuş yarpaqlarından 5 qramını 200 qram suda 10 dəqiqə qaynadır, soyudub sıxaraq şirəsini alırlar. Bu şirədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı içirlər. 2 həftəlik müalicədən sonra əsəbləriniz möhkəmlənəcək, fıziki gərğinliyiniz yox olacaq, itirilən qüvvəniz bərpa olunacaq.
-              Xalq təbibləri deyirlər ki, şam edərkən xörəklə yanaşı bir baş orta böyüklükdə soğan yemək möhkəm və gümrah yuxuya zəmin yaradır.
-              Gündə 3 dəfə, hər dəfə yeməkdən sonra bir stəkan limon şirəsi içmək əsəbləri möhkəmləndirir.
-              Hər gün portağal və naringi yemək, yaxud onların şirəsin içmək əsəb böhranı və gərginliyi zamanı çox faydalıdır.
-              Əsəb xəstəliyində 2 dəstə təzə gəndalaş və gicitkəni doğrayıb üzərinə 2 yumurta çırpıb yemək çox xeyirlidir. 5-6 gün təkrar etmək lazımdır.
-              Yuxusuzluqda hər axşam bir stəkan turp suyu içmək (2-3 gün) məsləhətdir
-              Yuxusuzluqda vaxtaşırı axşamlar yovşan və damotundan müəyyən qədər dəmləyib içmək məsləhətdir.
-              Əsəb xəstəliyindən əziyyət çəkənlər vaxtaşırı alma və şaftalı yeməlidir.

-              Əsəbləri xəstə olanlar yaz vaxtı şahtərə oturidan hazırlanmış dovğa və qutab yeməsi (vaxtaşırı) məsləhətdir.

5 Mart 2016 Cumartesi

XƏRÇƏNGİN QARŞISIN ALAN İÇKİLƏR

Möcüzə adlandırılan bu içkinin hazırlanması üçün sizə bir çuğundur, iki yerkökü və bir alma lazım olacaq. Onları yaxşıca yuyub qabığını təmizləyin, hissələrə bölüb şirəçəkən maşından keçirin və dərhal için. Dadlı olması üçün ona limon da əlavə edə bilərsiniz.
Bu içki aşağıdakı xəstəliklərin də çarəsi olacaq:
1. Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
2. Qaraciyər, böyrək, mədəaltıvəzi xəstəliklərini qabağını alır, hətta mədə xorasını sağaldır.
3. Ağciyərləri möhkəmləndirir, ürək tutmaları və yüksək qan təzyiqinin qarşısını alır.
4. İmmun sistemini gücləndirir.
5. Görmə qabiliyyətinə yaxşı təsir göstərir: gözlərdəki qızartını, yorğunluğu və quruluğu dəf edir.
6.     Fiziki yorğunluğu, əzələ ağrılarını aradan qaldırmağa kömək edir.
7. Toksinləri bədəndən çıxarırır, bağırsaqları hərəkətə gətirir, qəbizliyi aradan qaldırır. Buna görə də dəri parlaq və sağlam olur.
8. Mədə pozğunluğu və boğaz iltihabı nəticəsində yaranan ağızdan gələn xoşagəlməz qoxunu yox edir.
9.  Menstural ağrıları azaldır.
10.  Pollinoz xəstəliyindən əziyyət çəkənlərə yaxşı təsir edir.
Heç bir əks təsiri yoxdur. Yüksək qida dəyəri var və asanlıqla həzm edilir. Artıq çəkidən əziyyət çəkənlər üçün çox effektli təsir göstərir. Qəbuldan 2 həftə sonra immun sisteminin möhkəmləndiyi hiss edilir.
Qeyd: Şirə yaxşı təsir etməsi üçün çəkiləndən dərhal sonra qəbul edilməlidir. Səhərlər acqarına içilməlidir. Bir saat sonra səhər yeməyini yemək olar. Yüksək nəticə əldə etmək üçün gündə 2 dəfə səhərlər və saat 5-ə qədər qəbul etmək lazımdır.

4 Mart 2016 Cuma

Göz zəifliyi.

Göz zəifliyi. 
15 q xırdalanmış damotu otunun üzərinə 1 stəkan qaynar su tökürlər, 40 dəqiqə saxladıqdan sonra süzürlər. Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün  gündə 2-3 dəfə günün ikinci yarısında 1 xörək qaşığı içirlər.

PROSTAT VƏZİ XƏSTƏLİYİ - aşağıdakı şirələr qarışığı məsləhət görülür:

PROSTAT VƏZİ XƏSTƏLİYİ
 - aşağıdakı şirələr qarışığı məsləhət görülür:
Bir limonun şirəsi bir stəkan isti suyun üstünə sıxılır, şirinləşdirilmir (3-4 həftə müddətində gündə bir neçə dəfə içilir);
280 q kök, 90 q çuğundur və 90 q xiyar;
280 q kök və 170 q ispanaq;
230 q kök, 110 q quşqonmaz bitkisi və 110 q kahı salatı.

ASTMA - aşağıdakı şirələrin qarışığı tövsiyyə olunur:

ASTMA - aşağıdakı şirələrin qarışığı tövsiyyə olunur:
280 q kök və 170 q ispanaq;
1 limonun şirəsi ilə 110 q sürtgəcdən keçirilmiş qıtığ otu;
260 q kök və 260 q kərəviz (kərəvizin yarpaqlanndan istifadə edildikdə nisbətən dəyişilir, yəni 280 q kök vo 170 q kərəviz götürülür);
310 q kök və 140 q turp;
230 q kök, 140 q kərəviz və 90 q turp

ARTRİT -(oynaqların iltihabı prosesi). Aşağıdakı şirələr məsləhət görülür:

ARTRİT -(oynaqların iltihabı prosesi). Aşağıdakı şirələr məsləhət görülür:
280 q kök vo 170 q ispanaq;

260 q kök vo 200 q kərəviz.

ÖD KİSƏSİ XƏSTƏLİ KLƏRİ VƏ ÖD KİSƏSİNDƏ OLAN DAŞLAR XƏSTƏLİYİ - aşağıdakı şirələr qarışığı tövsiyyə olunur:

ÖD KİSƏSİ XƏSTƏLİ KLƏRİ VƏ ÖD KİSƏSİNDƏ OLAN DAŞLAR XƏSTƏLİYİ - aşağıdakı şirələr qarışığı tövsiyyə olunur:
280 q kök, 90 q çuğundur və 90 q xiyar;
280 q kök və 170 q ispanaq;
260 q kök və 140 q kəroviz;
310 q kök və 90 q çuğundur;

bir limonun şirəsi stəkana isti suyun üstünə sıxılır, şirinləşdirilmir. Gündə bir neçə dəfə içmək məsləhət görülür. 3-4 həftə bu qayda ilə hazırlanmış içkidən istifadə ct- dikdə daşlann həll olunması tomin olunur.

ATERESKLEROZ -zamanı aşağıdakı şirələr qarışığı tətbiq olunur:

ATERESKLEROZ 
ATERESKLEROZ - (qan damarlarının elastikltyinin itirilməsi).
Aşağıdakı şirələr qarışığı tətbiq olunur:
280 q kök vo 170 q ispanaq;
200 q kök, 110 q koroviz, 60 q cəfəri  və  90 q  ispanaq;
200 q kərəviz, 140 q kahı salalı və  110 q  ispanaq;

230 q kök, 140 q kahı salatı vo 90 q ispanaq.

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...