DRAJELƏR
DRAJELƏR -
(Dragee) daxilə tə'yin olunmaq məqsədi ilə dərman zavodlarında hazırlanır.
Drajelər dənəciklərdən fərqli olaraq bərk dərman növlərinin digər nümayəndələri
(tabletlər, kapsullarvə dozalanan poroşoklar) kimi dozalanan dərman növü hesab
edilir.
Drajelər
tabletlər kimi dəqiq dozalanır, az yer tutur. Uzun müddətə saxlandıqda öz
farmakoloji tə’sirlərini itirmir, bağırsağdan asan sorulur. Drajelərin
tərkibində əksər hallarda güclü tə’sirə malik dərman maddəsi olur. Həmin
maddənin qıcıqlandırıcı xassəsi, xoşagəlməz iyi və dadı drajelərin qəbulu zamanı
hiss edilmir. Əvvəllər drajelər qranulalar adı altında istifadəyə buraxılırdı.
Hazırda isə dərman zavodlarında mikroqranulaların xarici təbəqəsini şokolat,
kakao və s. maddələrin poroşokları ilə su- vayıb rəngləmək yolu ilə onları
drajelər halına salırlar. Drajelərin çəkisi qramdan artıq olmur. Son zamanlar
drajelər həm də mikrodrajelər halında istehsal olunur və tabletlərin tərkibində
bə’zən isə kapsulların içərisində istifadəyə buraxılır. Bu növ tablet və
kapsulların tə’siri, adi tablet və kapsulların tə’sirinə nisbətən daha
uzunmüddətli olur. Çünki onların tərkibindəki, mikrodrajelər mə’də-bağırsağ
sistemində tədriclə bir-bir həll olur və tədricən sorulur. Odur ki, tə’sir
müddəti qismən uzanır. Drajelərə resept bir variantla yazılır. Drajelərə resept
yazmaq üçün Rp.:-dən sonra draje-Dragee sözü ondan sonra dərmanın adı və onun
birdəfəlik dozası qramla göstərilir. Reseptin 4 -cü hissəsində D.t.d. N -
sözləri yazılır. Resept S. göstər sözü ilə sona çatır. Məs.:
Rp.:
D ragee Mydocalmi -0,05
D.td.
N -30
S.
Gündə 3 dəfə 1 draje qəbul etməli. (Skelet əzələsinin tonusunun patoloji
yüksəlməsində).
Rp.:
Dragee Aminazini -0,025
D.t.d.
N -15
S.
Gündə 3 dəfə 1 draje daxilə
qəbul etməli.
Rp.: Dragee Diazolini-0,05
D.t.d. N 15
S. Gündə 3 dəfə 1 draje daxilə qəbul etməli.
Hiç yorum yok:
Yorum Gönder