Reseptura dərmana reseptin yazılış qaydasını
öyrədən və dərmanın hazırlanmasından bəhs edən elmdir.
Resept isə həkimin aptekə yazılı müraciəti olub,
onun əsasında dərman hazırlanır və xəstələrə verilir. Resept sözü latın fe'li
olan "Recipe" sözündən götürülmüş və qəbul et mə'nasını daşıyır.
Resept dövlət əhəmiyyəti olan sənəddir. O xüsusi resept blanklannda ayın
tarixinin göstərilməsi ilə
tam və aydın yazılmalıdır. Tarixsiz resept həqiqi
sayılmır.
Resept bir necə hissədən ibarət olur.
Birinci onun tarix hissəsi adlanır. Datum və ya Inscriptio
başlanğıc hissə. Buna resept blankının
yuxarı orta hissəsində ayın tarixinin 20 21\IX 01 (gün, ay, İl) yazılması ilə
başlanılır. Bu hissədə ye'ni, resept blankının yuxarı sol küncündə həm də tibb
idarəsinin ştampı olur. Onun üzərində idarənin adı, ünvanı, həkimin və
xəstənin soyadının, xəstənin yaşının (üşaq və qocanın) yazılması üçün xüsusi
yer olur.
Reseptin ikinci hissəsi (Ordinatio və ya
Praepositio) müraciət hissə adlanır. Orada (ayın tarixinin sol aşağı
hissəsində) "Recipe" sözünün ixtisar forması olan -Rp yazılır
və əvvəlcə bir nöqtə, sonra isə qoşa nöqtə qoyulur "Rp.:". Onun
yanında bir nöqtənin qoyulması onun ixtisar olunmasına, qoşa nöqtənin
qoyulması ıse (Rp:) reseptin bitməmə- sinə işarədir. Reseptin ücüncü hissəsi Desiqnasio
materiarum adlanır. Desiqnasio - işarə, materia - dərman mə'nası daşıyır.
Burada dərman maddəsinin adı və ya adlan (latın dilində, ismin yiyəlik halında)
böyük hərflə yazılır, və adlannın sonunda dərmanın dozası göstərilir. Əgər
resept mürəkkəb reseptdirsə, yə'ni bir necə dərmanın adı yazılacaqsa, onda
birinci yerdə əsas maddənin adı (Remedium basis və ya cardinale), ikinci yerdə
köməkçi maddənin adı (Remedium adjuvans) (yə'ni əsas maddənin tə'sirini
gücləndirən maddə) yazılır, lazım gəldikdə sonrakı yerdə əsas və köməkçi
maddələrin acı dadını, pis iyini, qıcıqlandırıcı tə'sirini və s.
çatışmazlıqlarını aradan qaldırmaq üçün düzəldici (Remedium coırigens)
maddə məs. qlükoza, şəkər poroşoku və efirli yağlar, ətirli sular və s. adı və
adları yazılır. Bunlardan sonra isə yazılan maddələrə forma verici maddəsinin
(ehtiyac varsa) yə'ni həlledicinin. məlhəm əsasının indiferent poroşokların və
s. adı (R. constituens) yazılır və bununla da (sadə və ya mürəkkəb) reseptin
ücüncü hissəsi sona çatır. Reseptin dördüncü hissəsi isə həkimin əczaçıya olan
göstəriş hissəsi Subscriptio və ya Praescriptio adlanır və orada dermanın hazırlanması
və dozalanması qaydası və s. haqqında latın dilində müxtəlif sözlər və ya
onların baş hərfləri yazılır. Məs. əgər yazılan maddələrdən poroşok hazırlamaq
lazımdırsa onda qanşdır alınsın poroşok Miscc fiat pulvis, əksinə əgər məhlul
hazırlamaq lazım gəlirsə Misce fıat solitionis, məlhəm hazırlamaq lazımdırsa
Misce fiat unquentum. pasta hazırlamaq lazımdırsa Misce fiat pasta və s. və
yaxud da ver belə dozalarda, bu sayda Dentur tales doses numero Da in olla (ver
şüşə qabda) sözləri yazılır.
Reseptin beşinci hissəsində Signetur və
ya signa sözü yazılır. Signetur və ya sig- na sözləri - tə"yin et və ya
göstər mə'nasını daşıyır. Həmin sözlərdən sonra dərmanın istifadə qaydası yerli
əhalinin başa düşdüyü dildə - (azərbaycan dilində) tam və aydın yazılıb
gösterilir.
Reseptin altıncı hissəsində (həkimin adı Nomen
medici) həkim yazdığı resepti imzası və möhrü ile təsdiq edir. Resept
yazıldıqdan sonra onda düzəliş aparmaq olmaz. Əks təqdirdə o həqiqi sayılmır.
Resept dəfələrlə yoxlanılır, düzgün yazılmasına əmin olduqdan sonra xəstəyə
verilir.
Yadda saxlamaq lazımdır ki, reseptə yazılan
derman və ya dərmanların birdəfəlik dozaları göstərilirsə reseptin dördüncü
hissəsində mütləq D.t.d.N. sözləri göstərilir - reseptin beşinci hissəsində
göstər Signetur və ya Signa sözləri yazılır. Əksinə reseptdə dərman maddəsinin
ümumi dozası göstərilirsə onda həmin hissədə D.t.d. sözləri və işarələri
yazılmır! Resept Da Signa sözləri ilə sona çatır. Məsələn:
10 11
Rp.: 20 —
07 20 — 07 və s.
IX X
Dərman adı, onun birdəfəlik dozası D.t.d. N-10
S. Gündə 3 dəfə hər dəfə bir poroşok daxilə
qəbul etməli.
10 11
Rp.: 20 —
07 20 —07 vəs.
IX X
Dərman adı, onun ümumi dozası
D S. bir çay qaşığı yarım stəkan suda həll edib
ağızı qar-qara etməli
Mürəkkəb reseptə 2 və 2-dən artıq maddə
yazıldıqda, əgər onların dozaları bərabər miqdarda olarsa o zaman birinci və
ikinci maddənin dozası göstərilmir. Ondan sonra yazılan ikinci və ya üçüncü
maddənin sonunda aa bərabər miqdarda (ana)- aa işarəsi qoyulur sonra isə doza
göstərilir.
gün
2. Rp.: 20----—07
ay
I
dərmanın
adı
II
dərmanın
adı
III
dermanın
adı, aa dozası
M.f.
pulvis
D.td. N
S.hər 4 saatdan bir daxilə bir poroşok qəbul
etməli
gün
1.Rp.:
2O------07-il
ay
I
dərmanın
adı
II
dərmanın
adı, aa - dozası
M.f.
pulvis
D.td. N
S. hər 4
saatdan bir daxilə bir poroşok qəbul etməli
Əgər reseptdə yazılan dərmanın aptekdən
alınmasına te'cili ehtiyac varsa, onun növbədən kənar buraxılması üçün resept
blankının açıq yerində Cito! və ya Statim! tə'cili. təxirə salınmadan sözü
yazılır. Əgər həkim dərmanı ozü ücun yazırsa. Pro me və ya Pro autore sözləri
yazılır. Dərmanın təkrar verilməsi məsləhət olduqda (təkrar etməli) Repetaturt
Əksinə, məsləhət olmadıqda isə təkrar etməməli Non repetatur! Sözləri yazılır.
Reseptdə zəhərli və ya güclü te'sirli dərman maddələrinin yüksək dozası
yazıldıqda onların dozalarının təsadüfi yazılmadığın: bildirmək üçün doza həm
də yazı ilə göstərilir və nida işarəsi qoyulur. Əks-təqdirdə əczaçı həmin
dozanı 50% azalda bilər. Bir resept blankında yalnız bir zəhərli və ya bir güclü
tə sirə malik bir dərman maddəsinə 1 resept yazıla bilər. Digər hallarda isə
(zəif tə'sirə malik məddeler üçün) bir blankda iki reseptin yazılmasına icazə
verilir. Əgər aptekdən dərman maddəsi pulsuz və ya güzəştlə satılacaqsa, belə
blankda yenə də bir dərman maddəsi yazılır, özü də o iki nüsxədən ibarət olur.
Həmin iki nüxse həm həkimin möhürü və imzası və həm də tibb idarəsinin möhürü
ilə təsdiq edilir.
Dərman maddələrinin güclü və zəhərli tə'sirinə. narkotik
tipli olmasına, aptekdən pulsuz və ya güzəştlə buraxılmasına görə resept
blankları bir neçə formada olur. 1 N-li forma, 2 N-li
forma, 3 N-li forma və 4 N-li forma. 1 N-li forma üzrə blanklarda zəhərli və
güclü tə’siri olmayan dərman maddəlerinə resept yazmağa icazə verilir. Orada 1
və ya 2 dərmana resept yazmaq olar. 2 N-li forma üzrə resept blanklarında
yazılan dərmanlar aptekdən pulsuz buraxılır. Odur ki onlar həm müalicə edən
həkimin imzası və möhürü ilə və həm də tibb idarəsinin möhürü ilə təsdiq
edilir. 3 N-li forma üzrə resept blankında yazılan dərmanı aptekdən 20 %
güzəştlə (vətən müharibəsi əlillərinə və s.) buraxırlar. Özü də imzadan sonra
idarənin və həkimin möhürü ilə təsdiq edilir.
4 N-li forma üzrə blankda (çəhrayı rəngli blank)
narkotik tipli dərmanlara resept yazılır və həkimin imzası.şəxsi möhürü və
idarənin girdə möhürü ilə təsdiq edilir. Əgər reseptdə yazılacaq dərmanın
miqdan tam rəqəm ilə göstəriləcəksə onda eşidilən rəqəm (1- 2-3-5-10-100 və s.)
yazılır, sonra vergül qoyulur, sıfır əlavə edilir və qramlarla ifadə olunur.
Məsələn, 1,0 -1qram, 10.0-10 qram. 100.0-100 qram: Əksinə dərman 1 qramdan az
olduqda isə əvvəlcə sıfır yazılır, vergül qoyulur, eşidilən rəqəm yazılır və
latın ifadəsi ilə və ya dilimizdə oxunur. Məs.; 0,1 qram (sıfır tam onda bir
qram) və ya (1 desiqram); 0.01 qram (sıfır tam yüzdə bir qram) (1 santiqram);
0,001 qram (sıfır tam mində bır qram) (bir milliqram); 0.0001 qram (sıfır tam
on mində bir qram) (1 desimilliqram); 0.00001 qram (sıfır tam yüz mində bir qram)
(1 santimilliqram); sıfır tam milyonda bir qram 0,000001 (bir mikroqram)
oxunur. Reseptdə dərmanlann həlledicilərinin. daxilə və xaricə işlədilən məhlulların
və iynə ilə yeridilən mehluların miqdarı millilitrlə (ml) göstərilir, mHe
dozalanır. Həmçinin ampulada buraxılan məhlulların, habelə dəmləmə və
bişirmələrin, tinktura və duru ekstraktların və digerlərinin də miqdan ml-lə
yazılır. Be'zi antibiotiklər, vitamin və hormon preparatları TV (tə'sir
vahidlə) və ya BTV (beynəlxalq tə'sir vahidlə) yazılır və tə'sir vahidi ilə
ifadə olunur. Çünki onlann tərkibindəki tə'siredici maddə çox cüzi olduğundan
və ya təm'ız halda olmadığından çeki ölçüsü vahidinə üyğun gəlmir.
Reseptdə yazılan maye dərman formasına.dərman
damcısı əlavə etmək lüzumu varsa tələb olunan damcıların sayı qramdan (1 ml-
den) azdırsa, onda tələb olunan damcılann sayı rum rəqəmi ilə gösterilir.
Məs: Solutionis Adrenalini hydrochloridi 0.1%
vı-gtts.
Yə'ni 0,1% -li adrenalin hidroxlorid məhlulundan
6 damcı götürülsün.
Reseptdə
dərman adlannın ixtisarla yazılmasına (samit həriflə qurtarmaq şərti ilə) icazə
verilir.Lakin ona ciddi və dəqiq riayət olunmalıdır. Məs: turşu - Acidum - Ac;
Ekstrəkt -Extractum - Extr. Durulaşdırılmış -
dilutum- dil. Ampula - Ampulla - Amp. Yarpaq -Folium- fol.; Mumlu kağızın
içiridə - in charta cerata in.ch.cer.: Şərbət - Siruptıs -Sir. və s. və i.a.
“A" siyahısında saxlanan (yə'ni zəhərli və narkotik dərmanlar) dərmanların
resepti 5 (sutka) gün müddətinə. “B* siyahısında saxlanan dərmanlar (yə'ni
güclü tə’sirli dərmanlar) 15 gün, "C” siyahısında saxlanan, (yə'ni zəif
təsirli dərmanlar) 60 gün müddətinə həqiqi sayılırlar.
dərman adlar və
YanıtlaSil