DƏRMAN FORMALARI VƏ YA DƏRMAN NÖVLƏRİ
Dərman formaları dedikdə dərmanların praktik
istifadəsini asanlaşdıran, onların lazımi fiziki hala salınması anlayışı
nəzərdə tutulur. Bu formada onların istifadəsi asan olmaqla tə’sirləri daha
yüksək və
səmərəli olur.
Tibbi təcrübədə işlədilən dərman maddələri
konsistensiyasına-fiziki halına görə 3 formada olur. 1. Maye dərman formaları.
2. Bərk dərman formaları. 3. Yumşaq dərman formaları. Son zamanlar praktikada
digər yeni dərman formalarından (aerozollar- dan, membranula oftalmikadan) da
istifadə olunur.
Bunlara məhlullar, dəmləmə və bişirmələr,
qarışıqlar (miksturalar) damcılar, tinktu- ra və ekstraktlar, emulsiyalar və
seliklər, ətirli sular və şərbətlər və s. aid edilir.
Məhlullar. (Solutionis) Məhlul
- (Solutio) Məhlullar bərk maddələri həlledicilərdə tam həll etmək yolu ilə və
ya iki və daha artıq mayeni bir-biri ilə və ya həlledicilərlə qanşdırılması
yolu ilə əldə edilir. Məhlullan əldə etmək üçün həlledici kimi destillə edilmiş
sudan, spirtdən, qli- serindən, bitki yağlarndan, vazelin yağından və s.
istifadə olunur. Onların arasında destillə olunmuş su indeferent (orqanizm üçün
tə’sirsiz) olduğu və çox ucuz başa gəldiyi üçün daha geniş istifadə edilir,
nəinki digər həlledicilər. Odur ki, məhlulları həlledicinin növündən asılı
olaraq sulu, spirtli, yağlı və qliserinli məhlullara bölmək olar. Məhlullar
istifadə yerinə görə xaricə, daxilə tətbiq edilən və iynə ilə yeridilən
məhlullara bölünür. Məhlullar şəffaf olmalıdır. Bulanlıq və çöküntülü məhlullar
istifadə üçün yararsız hesab edilir.
Xaricə tətbiq edilən məhlullar. Adından göründüyü kimi bu növ məhlullar xaricə istifadə olunmaq üçün
yazılırlar. Bu məqsədlə əksər hallarda - antimikrob-antiseptik xassəyə və ya
büzüşdürücü, bürüyücü xassəyə malik maddələrin məhlulu istifadə olunur, həmin
məhlullar dəri və selikli qişaların zədələnmələri və iltihabında o cümlədən,
müxtəlif mənşəli yaraların, iltihabi proseslərin (konyunktivit, rinit,
stomatit, tonzillit, angina) və s. müalicəsində tətbiq edilir, cərrah əlini və
yaraları yumaq, gözə, buruna və qulağa damızdırmaq, ağızı və boğazı qar-qara
etmək və s. yollarla tətbiq edilir. Xaricə işlədilən məhlullara reseptlər tam
(geniş) və qısa üsulla yazılır. Qısa üsul % və nisbət(:), və qram/həcm üsulu
ilə icra edilir. Xaricə tətbiq edilən məhlullara tam üsulla resept yazdıqda
Rp.: -dən sonra dərman maddəsinin adı və onun ümumi miqdarı qramlarla göstərilir.
Onun altından həlledicinin adı və onun ümumi miqdarı və ya qədəri “ad”
(dək) yə’ni həlledicinin miqdarı deyil, məhlulda həll olunmuş maddələrlə
həlledicinin birlikdəki qədəri - həcmi ml-lə yazılır. Reseptin 4-cü
hissəsində M.f. solutionis - yə'ni qarışdır alınsın məhlul sözləri yazılır.
Resept Da. Signa - yə'ni ver, göstər sözləri ilə sona çatır. Ver, göstər
sözündən sonra məhlulun xaricə necə tətbiq edilməsi qaydası göstərilir.
Məs.:
1. Rp: Furacilini 0,1
Aquae destillatae ad 500 ml
M.f. solutionis
D.S. Səhər və axşam yaraları yumalı və kompres
qoymalı.
2. Rp.: Hydrargyri cianidi - 0,05
Aquae destillatae ad 250 ml
M.f. solutionis
D.S. Səhər və axşam gözü yumalı
Xaricə istifadə olunan məhlullara %- üsulu ilə
resept yazıldıqda Rp.: -dən sonra Solutionis sözü yə'ni məhlul sözü
yazılır. Onun ardınca məhlulun -dərmanın (furasi- lin) adı, onun faizi (0,02 %)
və ümumi miqdarı həcmi (500 ml) ml-lə göstərilir. Resept Da Signa - sözləri ilə sona çatır.
Məs.:
3.
Rp.:
Solutionis Furacilini -0,02% -500 ml.
D.S. Səhər və axşam yaraları yumalı,
lazım gəlsə kompres qoymalı.
4. Rp.: Sol. hydrargyri cianidi-0,2% -250 ml.
D.S.
Səhər və axşam gözü yumalı
Xaricə istifadə
edilən məhlullara nisbət üsulu ilə reseptin yazılışı, məhlullara reseptin
% üsulu ilə yazılışı kimidir. Fərq % işarəsinin yerində nisbət
(:) işarəsinin qoyulmasından ibarətdir.
Məs.:
5. Rp.: Sol. hydrargyri cianidi -1:5000-250 ml.
D.S.
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-4064591565672877"
data-ad-slot="5345818575">
Səhər və axşam gözü yumalı.
6. Rp.:
Sol. Furacilini -1:5000 -500 ml.
D.S.
Yaraları yumaq və ya kompres qoymalı.
Bu o deməkdir ki, 5000 ml suda 1 qram maddə -
həll edilmişdir, lakin xəstəyə 500 ml yazılmışdır.
Bəs 500 ml-də neçə qram maddə həll edilib?
5000 -1
500-X
X=(500 x 1)/ 5000 = 0,1
Deməli 500 ml-də 0,1 qram maddə həll edilib.
Bu reseptdə (və ümumiyyətlə) məhlulun %-ni
tapmaq üçün başqa sözlə nisbəti %- ə çevirmək üçün məhlulda (500 ml) həll olan
maddənin miqdarı (0,1) 100-ə vurulur o, da məhlulun ümumi miqdarına
500-ə bölünür.
(0,1x100)/ 500 = 0,02
Məs.: 1 : 5000 - 500 ml. 1 : 5000 -ə olan
nisbəti o deməkdir ki, 5000 ml-də 1 q. maddə həll edilib.
0,1 x100 = 10
10:500 = 0,02
Deməli, 0,1 vurulmalıdır 100-ə, bölünməlidir
məhlulun ümumi həcminə -500-ə. Yə'ni 1 -in 5000-ə nisbətindən 500 ml-in %-ni
tapmaq üçün 0,1 x 100 : 500 = 0,02, məhlul 0,02 %-li olur.
Nisbəti %-ə çevirmək üçün qısa üsuldan da
istifadə etmək olar. Məs: 100 bölünsün nisbətə (5000); 100 : 5000 = 0,02% . %-i
nisbətə çevirmək üçün isə 100-ü %-ə bölmək lazımdır. 100:0,02%=5000. Lakin
birinci variantı da öyrənmək məqsədyönlü hesab edilir.
Məhlullara resept kütlə - həcm üsulu ilə
yazıldıqda Rp.: sonra məhlul sözü, sonra dərmanın miqdarı qramla yazılır, tire
qoyulur və həlledicinin ümumi miqdarı ml-lə göstərilir. Resept D.S. sözləri
ilə bitir.
Məs:
7. Rp.: Sol. Furacilini -0,1 -500 ml.
D.S. Səhər və axşam yaraları yumalı.
Bə’zi hallarda xaricə istifadə olunan
məhlulların hazırlanmasında həlledici kimi spirtdən, qliserindən, bitki
yağından və s. birindən istifadə edilir. Belə məhlullara % üsulu ilə resept
yazıldıqda Rp-dən sonra Solutionis sözü, sonra məhlulun adı, sonra isə əlavə olaraq
müvafiq surətdə həlledicinin adı (latın dilində), Spirituosae - Spirituo- ze,
glycerinosae - qliserinoze, oleosae - oleoze sözlərinin biri yazılır.
Məs.:
8. Sol. Tannini spirituosoe 5 %-200 ml
D.S. Yanıqlarda səhər və axşam
9.Rp.: Sol. Tannini glycerinosae 5 %-200 ml
D.S. Yanıqlarda yara səthinə sürtməli,
yara nahiyəsini silməli.
10. Rp.: Sol. Camphorae oleosae 20 %-100 ml
D.S.
Gündə 2-3 dəfə ağrı nahiyəsinə sürtməli.
(oynaq ağrılarında, mialgiyalarda)
Xaricə işlədilən ofisinal və yarımofisinal
məhlullara resept yazdıqda reseptdə məhlulun qatılığının göstərilməsi hökm
deyil, çünki onların faizi yolverilən standart qatdıqda olur və əlavə tə’sir
törətmir. Belə ofisinal məhlullardan Hidrogen peroksidin (3 %-li)
durulaşdırılmış məhlulunu, formaldehidin (təxminən 40 %-li) sulu məhlulunu,
naşatır spirtini və s. misal göstərmək olar.
Məs.:
11. Rp.: Sol. Hydroğenii peroxydi diluti -100 ml
D.S. Bir
stəkan suya bir xörək qaşığı əlavə edib qarışdırmalı, ağızı və boğazı qar-qara
etməli.
Bə’zi ofisional məhlullar - mayelər (Liquoris)
adlanır. Məs.: naşatır spirti, Burov məhlulu, Novikov məhlulu və s.
Onlara resept yazdıqda Rp.: -dən sonra Liquoris
sözü, sonra mayenin adı, onun ümumi miqdarı ml-lə yazılır. Resept D.S. ilə
qurtarır.
Məs.:
12. Rp.: Liquoris Ammonii caustici -10 ml
D.S. Tənzifi isladıb inhalyasiya etməli.
Salam berk derman formalarina aid hecne yoxdu?
YanıtlaSilsalam var paylasariq tesekkurler
YanıtlaSilDerman formalari
YanıtlaSilUsaqliq borulari mualicesi ucun derman adlari
YanıtlaSilUşaqlıq yoluna qoyulan şamlar haqqında
YanıtlaSilASPERMİN HAQQDA MELUMAT
YanıtlaSilCereox
YanıtlaSilBerk derman maddeleri haqqinda melumat yoxdur?
YanıtlaSilCox beyendim aydin wekilde izah olunb twk
YanıtlaSil