Adından göründüyü kimi bu növ məhlullar daxilə
qəbul edilir və qaşıqla, damcı ilə, dərman menzurkaları və bölgülü stəkanla
dozalanır. Bu onların birdəfəlik dozaları hesab edilir və birdəfəyə qəbul
edilir. Xörək qaşığının tutumu şərti olaraq 15-20 ml, desert qaşığının
tutumu
7,5-10 ml, çay qaşığının tutumu 5-ml, dərman menzurkalarının tutumu isə 20-25
ml qəbul edilir. Sulu məhlulların 1ml. - 20, spirtin 1ml - 60-65, efirin 1 ml-i
isə 80-85 damçı qəbul edilir. Odur ki, daxilə tətbiq edilən məhlulları şərti
olaraq dozalanan məhlullar adlandırmaq olar.
Daxilə işlədilən məhlullara da resept tam və
qısa üsulla yazılır. Lakin bu halda reseptdə yazılacaq məhlulun ümumi
miqdarını, onun neçə qaşığa bərabər olmasını ümumi qəbul sayını və sutkalıq
qəbul sayını, qaşığın tutumunu irəlicədən bilmək lazımdır. Reseptdə yazılan
məhlulun ümumi miqdarını bilməklə, onun neçə dəfəyə, neçə günə kifayət etməsini
bilmək olur, qaşığın tutumunu və damcıların sayını bilməklə isə dərmanın birdəfəlik
və sutkalıq dozasını, məhlulun ümumi qəbul sayını və məhlulda həll olunmuş
dərmanın ümumi dozasını tapmaq olur. Bu da xətasız resept yazmağa imkan verir.
Daxilə işlədilən məhlullarda ümumi qəbul sayını
(neçə qaşıq olmasını) tapmaq üçün məhlulun həcmini, (ümumi miqdarını 220 ml),
qaşığın tutumuna - 10 ml-ə bölmək, birdəfəlik dozasını tapmaq üçün məhlulda
həll olan dərmanın ümumi dozasını (miqdarını) qaşığın ümumi qəbul sayına
bölmək, dərmanın ümumi dozasını tapmaq üçün isə birdəfəlik dozanı məhlulun
ümumi qəbul sayına vurmaq lazım gəlir. Sutkalıq dozanı tapmaq üçün isə
birdəfəlik doza gün ərzində qəbul olunan saya vurulur.
Daxilə qəbul edilən məhlullara tam üsulla resept
yazmaq üçün Rp:- dən sonra dərman maddəsinin adı, onun (ümumi miqdarı), yə'ni
ümumi dozası yazılır. Sonra həlle- dicinin adı və onun ümumi həcmi (dərmanla
birlikdə) (ad)ml-lə göstərilir. Reseptin 4- cü həssəsində M.f. solutionis -
qarışdır alınsın məhlul sözləri qeyd edilir və resept D.S. - ver, göstər
sözləri ilə qurtarır.
Məs ;
1. Rp.: Kalii iodidi 4,4
Aquae destillatae ad 220 ml.
M.f. solutionis
D.S. Gündə 3 dəfə daxilə 1 desert qaşığı qəbul
etməli.
Göründüyü kimi, məhlulun ümumi miqdarı 220 ml-ə
bərabərdir. Məhlulda ümumi qəbul sayını (desert qaşığı ilə) tapmaq üçün o -
220 ml, desert qaşığının tutumuna - yə'ni 10- a bölünür və 22 alınır. Deməli
məhlulun ümumi qəbul sayı 22-yə bərabərdir. Yə'ni gündə 3 dəfə hər dəfə bir
desert qaşığı işlədildikdə 7 gün və 8-ci günün səhəri üçün o kifayət edir.
Məhlulda - yə'ni 220 ml kalium yodun ümumi dozasından birdəfəlik dozasını
tapmaq üçün kalium yodun ümumi miqdarını yə'ni ümumi dozasını 4,4-ü, 22-ə
(ümumi qəbul sayına) bölmək lazımdır. Bu isə 0,2-ə bərabər olur. Deməli,
kalium yodun birdəfəlik dozası şərti olaraq 0,2-yə, sutkalıq dozası isə 0,2 x 3
= 0,6-ya bərabər olur.
Daxilə qəbul edilən məhlullara resept yazdıqda
həkim xəstənin təxminən neçə günə sağalmasını və ya məhlulun neçə gün üçün
yazılmasını, dərmanın birdəfəlik dozasını və məhlulun hansı qaşıqla qəbul
edilməsini irəlicədən müəyyən etməlidir. Çünki birdəfəlik dozanı bilməklə
məhlulun tərkibinə qatılacaq dərmanın ümumi dozasını, qaşığın tutumuna əsasən
isə məhlulun ümumi miqdarını dürüstləşdirib dəqiq yazmaq olur. Məs. beş gün
müddətinə gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilmək üçün birdəfəlik
dozası 1 qram olan kalsium xloridin məhluluna resept yazmalı. Kalsium xloridin
birdəfəlik dozası 1 qrama bərabərdir. Odur ki, onun məhluluna gündə 3 dəfə 5
gün müddətində xörək qaşığı ilə daxilə qəbul olunmaq üçün düzgün resept
yazmaqdan ötrü qaşığın tutumunu, yə'ni 15 ml-i sutkalıq qəbul sayına yə'ni 3-ə
vurmaq lazımdır. Bununla kalsium xlorid məhlulunun sutkalıq miqdarı tapılır. Bu
45 ml-ə bərabər olur. Sonra isə 45 ml, yə'ni məhlulun sutkalıq miqdarı 5-ə
(yə'ni günə) vurulur və məhlulun ümumi miqdarı tapılır. O isə 45x5 =225ml-ə
bərabər olur. Deməli kalsium xloridin birdəfəlik dozası 1 qram sutkalıq dozası
3 qram, 5 günlük dozası və ya ümumi dozası isə 15 qrama bərabər olur.
2. Rp. : Calcii chloridi -15,0
Aquae destillatae ad 225 ml.
M.f.solutionis
D.S. Gündə 3 dəfə daxilə 1 xörək qaşığı qəbul
etməli.
Məhlulda həll olunacaq maddənin birdəfəlik
dozasını və qaşığın tutumunu bilməklə səhv etmədən istənilən müddətə istifadə
olunmaq üçün məhlullara resept yazmaq olar.
Məsələn, 7 gün müddətinə gündə üç dəfə, hər dəfə
daxilə bir desert qaşığı qəbul etmək üçün natrium bromidin məhluluna resept
yazmalı. Natrium bromidin birdəfəlik dozası 0,3, desert qaşığının tutumu 10
ml-ə bərabərdir. Deməli əgər xəstə gündə üç dəfə bir desert qaşığı məhlul qəbul
edirsə, gün ərzində 30 ml istifadə edilir. 7 gün ərzində isə istifadə olunan
məhlulun ümumi miqdarı 210 ml-ə bərabər olur. Başqa sözlə sutkalıq qəbul sayı
3, ümumi qəbul sayı isə 21 -ə bərabər olur. Deməli, buradan natrium bromidin
birdəfəlik dozasını (0,3), 21-ə (ümumi qəbul sayına) vurmaqla məhlulda həll
olan maddənin ümumi dozasını tə'yin etmək olar. 0,3x21=6,3. Deməli natrium
bromidin ümumi dozası 6,3, məhlulun ümumi miqdarı (qədəri) isə 210 ml-ə bərabər
olmalıdır.
2. Rp.: Natrii bromidi - 6,3
Aquae destillatae ad 210 ml.
M.f. solutionis
D.S. Gündə 3 dəfə daxilə 1 desert qaşığı qəbul
etməli.
Bu reseptdə yuxarıda göstərilən qanunauyğunluğa
əsasən natrium bromidin birdəfəlik dozasını tapmaq üçün natrium bromidin ümumi
dozasını (6.3), məhlulun ümumi qəbul sayına (21), bölmək lazımdır. 6.3 :
21=0.3. Yaxud da mütənasiblik qurmaqla bu məsələni həll etmək olar.
Məsələn, əgər 210 ml məhlulda 6,3 q maddə həll olmuşdursa, bəs onda 1 desert
qaşığında, yə'ni 10 ml (birdəfəlik dozadır) məhlulda nə qədər maddə həll olmuş
olar?
210-6,3
10-X
x =10.6,3/210=0.3
Deməli natrium bromidin birdəfəlik dozası 0,3
qr-a bərabər olur. Daxilə istifadə olunan məhlullara %- üsulu ilə resept
yazmaq üçün Rp.: -dən sonra Solutionis sözü, sonra məhlulun adı, onun %-i
və ml-lə ümumi miqdarı göstərilir. Resept Da Signa sözləri ilə sona
çatır.
Məs.
-
Rp.:
Solutionis Kalii iodidi -2 %-210 ml
D.S. Gündə 3 dəfə daxilə 1 desert qaşığı qəbul
etməli.
Kalium yodun (birdəfəlik dozası 0,2) reseptinin tam
üsulla yazılışı
-
Rp.:
Kalii iodidi 4,4
Aquae destillatae ad 220 ml.
M.f. solutionis
D.S. Gündə 3 dəfə daxilə 1 desert qaşığı qəbul
etməli.
4-cü Rp.-də məhlulun %-i tapmaq üçün kalium
yodun birdəfəlik dozasını yə'ni 0,2- ni 100-ə vurub (çünki faiz 100-dən
götürülür, tapılır) qaşığın tutumuna yə’ni 10 -a bölmək lazımdır.
0,2 x 100:10=2 %.
5 -ci reseptdə kalium yodid məhlulunun birdəfəlik
dozasını, yə'ni bir desert qaşığında qəbul olunan dərmanın miqdarını tapmaq
üçün əvvəlcə onun ümumi dozasını tapmaq lazım gəlir. Bunun üçün mütənasiblik
qurmaq lazım gəlir. Faiz 100-dən götürülür. Məhlul 2%-lidir. Bu o deməkdir ki,
onun hər 100 ml-də 2 q maddə həll olub. Bəs onda, 220 ml. məhlulda nə qədər
kalium yod həll olunmuşdur?
100-2
220-x
x =2.220/100=4.4
Deməli 2%-li kalium yodun 220 ml, məhlulunda 4,4
qram kalium yod həll edilmişdir.
Bundan sonra birdəfəlik dozanı tapmaq üçün ümumi
doza (4.4), məhlulun ümumi qəbul sayına bölünməlidir. Məhlulun ümumi qəbul sayı
22-dir. Başqa sözlə 220 ml məhlulu xəstə 22-dəfə qəbul edir 4,4:22=0,2. Deməli
kalium yodun birdəfəlik dozası 0.2 qrama bərabərdir.
Daxilə istifadə olunan məhlullara nisbət (:)
üsulu ilə reseptin yazılışı onlara reseptin %- üsulu ilə yazılışı kimidir.
Fərq %- işarəsinin yerində nisbət (:) işarəsinin yazılma- sındadır. Nisbət
üsulu ilə yazılmış məhlulda %-i tapmaq (və ya nisbəti %-ə çevirmək) üçün 100-ü
nisbətə bölmək lazımdır. Məs. Atropin sulfatın 1:1000 nisbətli məhlulu (100
bölünsün 1000-ə) 0,1%-lidir. Furasilinin 1:5000-ə nisbətli məhlulu
(100-bölünsün 5000-ə) 0,02 %-lidir. Nisbəti faizə çevirdikdən sonra məhlulun
tərkibində olan maddənin ümumi dozasını və birdəfəlik dozası və s. faiz
üsulunda olduğu kimi tapmaq olar.
Rp.: Sol. Atropini sulfatis - 1:1000 - 5 ml Da
S. 10 damcı daxilə qəbul etməli.
1:1000-ə nisbətli məhlul. O deməkdir ki, 1 -litr
həlledicidə 1q maddə həll edilib. Bəs onda 100 ml-də neçə qram maddə həlledilmiş
olar? 100:1000=0,1. Deməli məhlul, 0,1%-dir. Əgər 100 ml-məhlulda 0,1q maddə
həll olunmuşdur. Bəs onda atropin sulfatın 5 ml məhlulunda nə qədər maddə həll
edilib? Əgər həmin məhlulun 100 ml-də 0.1 maddə həll olubsa, 5 ml.
"x" qr. maddə həll olunmuşdur.
100-0,1
5 – X
X =0.1 x5/100=
0.005
Deməli,
atropinin sulfatın 1:1000-nisbətli məhlulunun 5 ml-də 0,005 təmiz atropin
sulfat vardır. 0.005 atropin sulfatın ümumi dozasıdır. Onun birdəfəlik dozasını
tapmaq üçün isə 5 ml atropin sulfat məhlulunda neçə damcı olmasını tapmaq
lazımdır. Başqa sözlə (b.s.) ml-i damcıya çevirmək lazımdır. Çünki məhlul xəstəyə
damcı ilə verilir. Suda həll olunan maddələrin 1 ml-də 20 damcı olduğunu bilərək
5-i iyirmiyə vurub 5ml məhlulda 100 damcı olduğunu tapırıq, damcıların ümumi qəbul sayını tapmaq üçün isə
100 damcı bölünür 10-a, yə'ni birdəfəyə qəbul olunan damcıların ümumi sayına,
alınır 10 dəfə. Deməli ümumi qəbul sayı 10-dur. 0,005:10=0,0005. Beləliklə, hər
dəfə xəstə 10 damcıda yəni 0,0005 q atropin sulfat (5 desimilliqram) alır, bu
onun birdəfəlik dozası olur.
Nisbət üsulu ilə yazılmış məhlullarda həll
edilən maddənin ümumi miqdarını tapmaq üçün digər üsuldan istifadə etmək olar.
Bu hallda həll olan maddənin birdəfəlik dozasını irəlicədən bilmək lazım gəlir.
Beləki, birdəfəlik dozanı, ümumi qəbul sayına vurmaqla məhlulda həll olan
məddənin ümumi miqdarını (ümumi dozasını), qaşığın tutumunu və ya birdəfəyə
qəbul edilən damcıların sayını, 10 damcı 0,5 q və ya 0,5 ml) ümumi
qəbul sayına 5-ə vurmaqla məhlulun ümumi miqdarını tapmaq olar. Bu qanunauyğunluğa
görə atropin sulfatın birdəfəlik və ümumi dozasını və məhlulun ümumi qəbul
sayını bildiyimiz üçün atropin sulfat məhlulunda olan ümumi dozanı tapa
bilərik. Atropin sulfatın birdəfəlik dozası 0,0005, ümumi qəbul sayı 10
olduğundan 0,0005x10=0,005-ə bərabər olur. Deməli, atropin sulfatın məhluldakı
ümumi dozası 0,005-dir. Birdəfəyə qəbul edilən damcıların həcmi 0,5 ml və ya
sayı, miqdarı 10 damcı olduğundan (5ml və ya 100 damcı) onu ümumi qəbul sayına
10-a vurmaqla məhlulun ümumi miqdarını və ya həlledicinin ümumi miqdarını
tapmaq olar. 0,5x10=5. Deməli, məhlulun ümumi miqdarı 5 ml-dir.
Başqa bir misal: etilmorfinin 1:100-ə nisbətli
məhluluna 10 ml resept yazmalı.
-
Rp.: Sol.
Aethylmorphini hydrochloridi -1:100-10 ml
D.S. Gündə 3 dəfə daxilə 20 damcı qəbul etməli
Yuxarıda təsvir edilmiş qanunauyğunluğa əsasən
məhlul 1%-lidir. (100:100=1%) məhlulun ümumi miqdarı 200 damcı, 10 ml., ümumi
qəbul sayı 10, ümumi doza 0,1, birdəfəlik doza isə 0,01-dir.
Tibbi təcrübədə daxilə tətbiq edilən bir sıra
ofisinal məhlullar vardır. Onlara resept yazdıqda Rp-dən sonra Solutionis sözü və % işarəsi göstərilmir və resept Da. Siğna sözləri ilə bitir.
Daxilə tətbiq edilən bir sıra ofisinal məhlullar var.
Onlardan biri də durulaşdırılmış hidrogen xlorid
turşusudur ki, (Aciduçn hydrochlori- dum dilutum) onun tərkibində 8,2-8,4 %
hidrogen xlorid turşusu olur. Digər preparat kordiamindir - o, nikotin turşusu
dietilamidinin 25%-li məhluludur.
-
Rp.:
Acidi hydrochloridi diluiti -15ml
D.S.Yemək vaxtı 10 damcı daxilə qəbul etməli.
-
10. Rp.:
Cordiamini - 25ml
D.S.
25 damcı daxilə qəbul etməli.
Bunlarla yanaşı dil altına tətbiq olunan
nitroqliserinin (nitroglycerinum) 1%-li spirtli məhlulu və mentolun izovalerian
turşusu metil efirindəki 25 %-li məhlulu olan və istifadəyə, həm də tablet və
kapsullarda buraxılan validolu (Validolum) göstərmək olar. Nitroqliserinə
resept yazdıqda onun spirtli olmasını göstərmək hökmən deyil. Məs.;
Rp.: Sol. Nitroğlyserini -1%-5 ml
D.S. 2 damcı qəndin üzərinə damızdırıb dil
altına qoymalı.
Validola isə resept 5 ml yazılır.
Rp.: Validoli - 5 ml
D.S. 5 damcı qəndin üzərinə damızdırıb dil
altına qoymalı.
Hiç yorum yok:
Yorum Gönder