Öd kisəsi və sidik yolları
+ Zirənin köklərini və yarpaqlarını xırda-xırda
doğrayın. Ondan 20 qram götürüb bir stəkan suda 15-20 dəqiqə dəmə qoyun. Bu
dəmləmədən gündə axşam və səhər çay kimi 2 stəkan için. Bu öd kisəsində daş
əmələ gəlməsinin qarşısını alır və ödyolu xəstəliklərini müalicə edir.
+ Yaz aylarında gicitkənin təzə yarpaqlarını və
körpə zoğlarını ovucun içində duzla ovuşdurub yemək öd kisəsini
təmizləyir. Onu bir həftə hər gün yemək məsləhətdir.
təmizləyir. Onu bir həftə hər gün yemək məsləhətdir.
+ Yaxşı ödqovucu vasitələrdən biri də qarğıdalı
saçaqlarıdır. 20 qram qarğıdalı saçağını bir stəkan suya qatıb bir saat
qaynadaraq və süzdükdən sonra ondan gündə 4 dəfə, hər dəfədə 2 xörək qaşığı
içmək məsləhətdir.
+ Öd kisəsi və öd yolları xəstəliyində ən güclü
təsirə malik bitki yarpızdır. Onun əridici; yuyucu xassəsi vardır. Gündə bir neçə
dəfə yarpız yemək və çay kimi dəmləyib içməklə öd yollarını təmizləmək, öd
kisəsini yumaq və daşları əritmək olar. Bu müalicəni 1 ay davam etdirmək
lazımdır.
+ Öd kisəsi xəstələyində yarpız dovğası dərman
rolunu oynayır. Yayda təzə yarpızdan, qışda isə 200-300 qram qu- rudulmuşundan
dovğa bişirtdirərək gündə ara verə-verə bir litr içmək xeyirlidir.
+ Baldırğanın sorucu xassəsi olduğuna görə ondan
dovğa bişirtdirmək və gün ərzində bir necə stəkan içməklə öd kisəsi
xəstəliyini müalicə etmək olar.
+ Öd kisəsi xəstəliyi olanlar hər səhər acqarına
3-4 bağayarpağı yarpağı yesələr özlərini yünğül hiss edərlər.
+ Qurudulmuş əvəliyin 50 qramını xırda-xırda
doğrayıb bişirmək və ondan gündə bir dəfə sulu-sulu yemək öd kisəsindən
şikayətlənən xəstələrə xeyirdir.
+ İtburnu bitkisinin qurudulmuş meyvəsindən 30
qram götürüb 200 qram qaynar suda 15 dəqiqə dəmbəyib 24 saat saxladıqdan sonra
sıxıb süzməli və bu cövhərdən gündə 2 dəfə yarım stəkan içməklə öd axarını
təmizləmək mümkündür.
+ Öd yolları tutulduqda yer sarmaşığı
dəmləməsindən istifadə edilir. Bu bitkidən xırda-xırda doğrayıb 20 qramını 200
qram qaynar suda 15-20 dəqiqə dəmləyəndən sonra gündə bir dəfə bir stəkan
içirlər. Bu öd yollarının açılmasına və faəliyyətinin bərpa olunmasına kömək
edir.
+ Öd kisəsinin normal işləməsi üçün vaxtaşırı
şaftalı şirəsi və albalı kompotu içmək xeyirlidir.
+ Öd kisəsində daş olduqda yeməkdən yarım saat
qabaq bitki yağı içilməlidir. Yarım çay qaşığından başlayıb
50
yarım çay stəkanına çatdırmaq olar. Müalicə
adətən 2 həftədən 3 həftəyə qədər davam edir.
Müalicə dövranda mədə şirəsinin ifrazı azalır.
Nəticədə mədədə irinləmənin və xoraların qarşısını alır və eyni zamanda öd
kisəsindən daşların cərrahi yolla deyil, öz-özünə sürüşüb düşənəsinə səbəb
olur.
+ Öd kisəsində qum və çirk olduqda toyuğun bir
neçə ədəd cinadanmm (pətəyəsinin) iç qabığım soyub çıxardıqdan sonra qurudub,
toz halına salmaq lazımdır. Həmin tozdan bir xörək qaşığı yarım stəkan
qaynanmış suya töküb 8- 10 gün içmək xeyirlidir.
+ Ödün bədəndən tez xaric olması üçün hər
naharda 30-50 qram bitki yağı içmək məsləhətdir.
+ Sidik yollarının iltihabı zamanı reyhan
yarpağından 2 dəstə yığıb qaynadın və süzəndən sonra suyundan 5-6 gün gündə bir
dəfə yarım stəkan içmək xeyirlidir.
+ Sidik kisəsini təmizləmək üçün kəklikotunu,
razya- naya qatıb qaynar suda islatdıqdan sonra süzüb gündə bir neçə dəfə bir
stəkan içmək məsləhətdir.
+ Sidik tutularkən xiyar və arpa suyunu doşaba
qatıb 15-20 dəqiqə qaynatdıqdan sonra suyunu süzüb bir neçə gün 1-2 stəkan
içmək faydalıdır.
+ Sidik
kisəsini təmizləmək üçün gicitgənin toxumunu şirin biyan kökü ilə birlikdə
qaynadıb süzün. 5-10 gün müddətində gündə bu sudan bir stəkan içmək xeyirlidir.
Hiç yorum yok:
Yorum Gönder