29 Şubat 2016 Pazartesi

qan təziqini aşağı salan təbii vastələr


kərəviz, quşüzümü və şirəsi, boryoza ağacının qabıqları, şirəsi, bitki yağları xüsusən kətan yagları

yuxu gətiricidir

Bal, isti süd, apelsinin quru qabığı

Qurani-Kərimdə adı çəkilən 6 MEYVƏ

Qurani-Kərimdə adı çəkilən 6 MEYVƏ

Qurani-Kərim bizlərə doğru yolu göstərən bir kitabdır. Və bu kitabda Rəbbimiz əlbəttə ki, həyatımızın hər sahəsində bizə yol göstərmiş, yaxşılığı və gözəli həmişə əmr edib, pislikdən və pis şeylərdən uzaq dayanmağımızı istəmişdir. Həyat tərzimizdə bəzi meyvələrdən bəhs etmiş və bu qidanı bizlər üçün şəfalı və ləzzətli etmişdir. Bəs hansıdır o meyvələr? 
Alodoctor.az faktxeber.com-a istinadən Qurani-Kərimdə bəhs edilən 6 meyvəni təqdim edirik.
ZEYTUN
"Ənam", 99: Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
Zeytun ürək sağlamlığına, qan dövranı sisteminin sağlamlığına yardım etdiyi kimi, arıqlamaq istəyənlərin də köməkçisidir və xərçəngin də qarşısını alır. Eyni zamanda, dəri sağlamlığı və gözəlliyimiz üçün də çox faydalıdır.
BANAN
"Vaqiə", 28-33: Tikansız sidr (ağacı bağları içərisin)də! Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı). Və uzanan daimi kölgəlik. Və (şəlalələrdən) tökülən su. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr. Nə tükənəndir, nə də istifadəsi qadağan.
Bananın da sağlamlığımıza bir çox faydası var. Məsələn, böyrəklərə yaxşı təsir edir, bağırsaqlara da faydalıdır, xərçənglə mübarizədə metabolizmə yardımçı olur, həzmə kömək edir, xoraya faydalıdır, dəri sağlamlığına ciddi mənada kömək edir. Bununla yanaşı, tərkibində olan zəngin vitamin və elementlərlə bir çox xəstəliyə qarşı orqanizmi gücləndirir.
NAR
"Rəhman", 68:  O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.
Nar tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə dərmandır. Eyni zamanda, bədəni xəstəliklərə qarşı da bir qalxan kimi qoruyur. Xolesterin və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olur və ürək sağlamlığının qorunmasına da kömək edir.
ƏNCİR
"Tin", 1: And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa - "Tin" və "Zeytun" dağlarına).
Əncirin tərkibində yüksək miqdarda lif var. Onun bu xüsusiyyəti ürək sağlamlığına ciddi mənada töhfə verir. Əncir eyni zamanda sümük sağlamlığının qorunmasında, həzm sistemində, qanın və yoğun bağırsağın təmizlənməsində də mühüm rol oynayır.
XURMA
"Yasin", 34-35: Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq). Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükür etməzlər?!
Xurma DNT və hüceyrələri yeniləmə xüsusiyyəti olan nadir meyvələrdən biridir. Bədəni təmizləyir, xərçəngə, ürəyə, yaddaşa faydalıdır. Xurmanın diabet və yüksək təzyiqə çox faydası var. Şəkər səviyyəsini normallaşdırır, qan azlığı xəstəliyinə, qara ciyərə də yaxşı faydası var. Gözləri qüvvətləndirir, sümüklərə faydalıdır. Əhval-ruhiyyəni yüksəldir, damar sərtliyi və xolesterini normallaşdırır. Uşaqların inkişafına ciddi töhfəsi var. Həzm sisteminə kömək edir, dəri sağlamlığını qoruyur.
ÜZÜM
"Nəhl", 11: Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
Üzüm miqren, alzeymer kimi xəstəliklərin müalicəsində müsbət effekt verir. Göz sağlamlığını və görmə qabiliyyətini qoruyur. Xolesterini aşağı salmaqla yanaşı, böyrək pozuntularını aradan qaldırır. Astma xəstələrinə də çox kömək edir. Mikrobları öldürür, qəbizliyin qarşısını alır. Dəri sağlamlığına da faydası var. Dərini yumşaldır, cavanlaşdırır. 

28 Şubat 2016 Pazar

Piylenme zamani istifade edilen pəhriz № 8

                                  8 Nü-li PƏHRİZ
G ö s t ə c i ş 1 ə r. piylənmə - əsas xəstəlik və ya xüsusi pəhriz tələb etməyən digər xəstəliklərlə yanaşı gedən xəstəlik kimi.
M ə q s ə d: maddələr mübadiləşini yaxşılaşdırmaq, orqanizmdə bədən kütləsinin artmasına və piyin toplanmasına mene olmaq.
Ü m u m i   x a r a k t e r i s t i k a: əsas karbohidratlar, birinci növbədə şəkər, daha az dərəcədə yağlar, xüsusən asanlıqla mənimsənilən yağlarm hesabına enerji dəyərin azaldılması. Sərbəst mayenin, xörək duzunun, iştahanı artıran ərzaq məhsullannm və xörəklərin məhdudlaşdırılması. Hüceyrə qişaları miqdarının artınlması. Qızardılmış xörəklərin məhdudlaşdırılması. Şəkərin qismən ksilit və sorbitlə əvəz edilməsi. Tərəvəz və meyvələrin hesabına yeməyin həcmi doyma hissi törətmək üçün kifayət qədər olmalıdır.
Kulinariyä işlənməsi: xörəklər suda bişirilmiş şəkildə ədviyyatsız və duzsuz verilir.
Kimyəvi tərkibi vəenerji y ə r i: zülallar - 90-110 q (60%-i heyvan mənşəli), yağlar - 80-85 q (30%-i bitki mənşəli), karbohidratlar - 150 q, enerji dəyəri - 1700-1800 kkal, xörək duzu - 5-6 q, sərbəst maye— 1-1,2 1.
Qldalanma rej imi: az-azgündə 5-6dəfə.
Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər:
Çörək — narın üyüdülməmiş undan və ya zülal — kəpəkli çovdar və buğda unundan çörək - 150-200 q. Qalan çörəkləri isə istina e d i 1 i r.
Şorbalar: bir dəfəyə qəbul 250-300 q. Bir qədər yarma əlavə etməklə tərəvəz şorbalarının bütün növləri. Həftədə 2-3 dəfə ət və ya balıq bulyonunda, tərəvəz və frikadellə olan xörəklər. Kartof, paxlalılar, yarma, makaronməmulatı ilə olan yeməklər i stisna e d i 1 i r.
Ət və tquş: suda, duxovkada bişirilmiş, pörtülmüş, suda bişirildikdən sonra qızardılmış — 150 qramadək. Mal əti həlməşiyi, sardelka. Kolbasa, sosiska,konservlər istisna edilir.
Balıq: suda, duxovkada bişirilmiş qızardılmış -gündə 150-200 q.
Süd məhsulları: əsasən yağlılığı az olan süd məhsullanndan istifadə olunur. Təbii kəsmik və ondan xörəklər. Məhdud miqdarda yağsız pendir. Yağlı və şirin süd məhsullan və xörəkləri i s t i s n a e d i 1 i r.
Yumurta: gündə 1-2 ədəd istənilən şəkildə.
Yarmalar: tərəvəz şorbalanna əlavə etmək üçün məhdud miqdarda. Tez ovulan arpa, darı, buğda (çörəyin hesabma) sıyıqları. Digər yarmalar, makaron məmulatı, paxlalılır istisna e d i l i r.
Tərəvəz: müxtəlif tərəvəzlər çiy və bütün kulinariya üsulları vasitəsi ilə işlənmiş şəkildə geniş tətbiq edilir. Kartof, çuğundur, yerkökü (cəmi gündə 200 qramadək), şor və marinada qoyulmuş tərəvəz məhdudlaşdmlır;
Qəlyanaltılar: çiy və turş tərəvəzdən salat, suda bişirilmiş ət və balıqla vineqretlər, üstünə şirə tökülmüş balıq, yağsız vetçina. Yağlı və kəskin qəlyanaltılar i s t i s n a    e d i 1 i r.
Meyvələr, şirin xörəklər, şirniyyat: çiy və bişmiş turşaşirin meyvə və giləmeyvələr. Ksilitdə və sorbitdə jele və muss. Şirin olmayan kompot. Üzüm, xurma, əncir, digər meyvə və giləmeyvələrin çox şirin növləri, qənnadı məmulatı, mürəbbə, bal, dondurma, kisel i s ti.s n a e d i 1 i r.
Souşlar və ədviyyat: tomat, tərəvəz sousları. Yağlı və kəskin souslar, bütün xörək şirələri. i s t i s n a    e d i 1 i r. Göyərti məhdudlaşdırılır.
İçkilər: çay, suda və süddə hazırlanmış kofe. Şirinliyi az olan tərəvəz, meyvə, giləmeyvə şirələri. Üzüm və digər şirin şirələr, kakao i s t.i s n a   e d i 1 i r.
Yağlar: məhdud miqdarda kərə yağı, xörəkdə bitki yağları.
Məsləhət görülən Azərbaycan xörəkləri:
Bozbaş, ətsiz dovğa, doğramac, düyü ilə toyuq şorbası, parçabozbaş, düşbərə, sulu xingəl, qovurma ilə şorba, toyu şorbası, kəlləpaça və ya xaş, kartoflu küftəbozbaş, noxudlu şorba, piti, sulu dindili küftə, qovurma ilə şorba, toyuq şorbası, bibər dolması, buğda bişirilmiş lülə kababı, yumurta ağı ilə tava kababı, fimi, çığırtma.
Q e y d: -li pəhriz I və II dərəcəli piylənməsi olan xəstələr üçün daha çox tətbiq edilə bilər ki, bunlann da bədən kütləsi normadan 15-50% artıq olur. III dərəcəli piylənmə (bədən kütləsi normadan 50-100% artıq olur) zamam 8 № -li pəhrizin variantı olan 8a -Ii pəhriz tətbiq edilir ki, bunun da tərkibində 80 q zülal (70%-dək heyvan mənşəli), 60 q yağ (35%- i bitki yağı), 100 q karbohidratlar vardır və enerji dəyəri 1100-1200 kkal,- dir. III-IV dərəçəli piylənmə zamanı 8 və 8a -li pəhrizlər kifayət qədər effektli olmadıqda 8b -li pəhriz tətbiq edilir ki, bunun da tərkibində 40- 50 q zülal, 30-40 q yağ, 50-70 q karbohidrat vardır və eneıji dəyəri 600- 800 kkal.-dir. 8b -li pəhrizi yalnız xəstəxana şəraitində və bir aydan çox olmayaraq təyin etmək olar.
Məsləhət görülən və qadağan edilən xörəklər:
-li pəhrizdə oduğu kimi qalır, xörəklərin kütləsi orta hesabla iki dəfə azaldılır.

8a və 8b -li pəhrizlərin fonunda həftədə 2-3 dəfə ət-tərəvəz, kəsmik- kefir, meyvə-tərəvəz pəhriz günləri təyin etmək məqsədə uyğundur.

Zohrab.

DƏRMAN FORMALARl VƏ YA DƏRMAN NÖVLƏRİ

DƏRMAN FORMALARl VƏ YA DƏRMAN NÖVLƏRİ

Dərman formaları dedikdə dərmanların praktik istifadəsini asanlaşdıran, onların laızımi fiziki hala salınması anlayışı nəzərdə tutulur. Bu formada onların istifadəsi asan olmaqla tə’sirləri daha yüksək və səmərəli olur.
Tibbi təcrübədə işlədilən dərman maddələri konsistensiyasına-fıziki halına görə 3 formada olur. 1. Maye dərman formaları. 2. Bərk dərman formaları. 3. Yumşaq dərman formaları. Son zamanlar praktikada digər yeni dərman formalarından (aerozollardan, membranula oftalmikadan) da istifadə olunur.
MAYE DƏRMAN FORMALARI
Bunlara məhlullar, dəmləmə və bişirmələr, qarışıqlar (miksturalar) damcılar, tinktu- ra və ekstraktlar, emulsiyalar və seliklər, ətirli sular və şərbətlər və s. aid edilir.
Məhlullar. (Solutionis) Məhlul - (Solutio) Məhlullar bərk maddələri həlledicilərdə tam həll etmək yolu ilə və ya iki və daha artıq mayeni bir-biri ilə və ya həlledicilərlə qarışdırılması yolu ilə əldə edilir. Məhlullan əldə etmək üçün həlledici kimi destillə edilmiş sudan, spirtdən, qliserindən, bitki yağlarından, vazelin yağından və s. istıfadə olunur. Onlann arəsında destillə olunmuş su indeferent (orqanizm üçün tə’sirsiz) olduğu və çox ucuz başa gəldiyi üçün daha geniş istifadə edilir, nəinki digər həlledicilər. Odur ki, məhlulları həlledicinin növündən asılı olaraq sulu, spirtli, yağlı və qliserinli məhlullara bölmək olar. Məhlullar istifadə yerinə görə xaricə, daxilə tətbiq edilən və iynə ilə yeridilən məhlullara bölünür. Məhlullar şəffaf olmalıdır. Bulanlıq və çöküntülü məhlullar istifadə üçün yararsız hesab edilir.
Xaricə tətbiq edilən məhluilar. Adından göründüyü kimi bu növ məhlullar xaricə istifadə olunmaq üçün yazılırlar. Bu məqsədlə əksər hallarda  antimikrob antiseptik xassəyə və ya büzüşdürücü, bürüyücü xassəyə malik maddələrin məhlulu istifadə olunur, həmin məhlullar dəri və selikli qişaların zədələnmələri və iltihabında o cümlədən, müxtəiif mənşəli yaraların, iltihabıi proseslərin (konyunktivit, rinit, stomatit, tonzillit, angina) və s. müalicəsində tətbiq edilir, cərrah əlini və yaraları yumaq, gözə, buruna və qulağa damızdırmaq ağızı və boğazı qar-qara etmək və s. yollarla tətbiq edilir. Xaricə işlədilən məhlullara reseptlər tam (geniş) və qısa üsulla yazılır. Qısa üsul % və nisbət (:), və qram/həcm üsulu ilə icra edilir. Xaricə tətbiq edilən məhlullara tam üsulla resept yazdıqda Rp.. -dən sonra dərman maddəsinin adı və onun ümumi miqdarı qramlarla göstərilir. Onun altından həlledicinin adı və onun ümumi miqdarı və ya qədəri "ad" (dək) yəni həlledicinin miqdarı deyil, məhlulda həll olunmuş maddələrlə həlledicinin birlikdəki qədəri - həcmi ml-lə yazılır. Reseptin 4-cü hissəsində M.f. solutionis - yə'ni qarışdır alınsın məhlul sözləri yazılır. Resept Da. Signa - yə'ni ver, göstər sözləri ilə sona çatır. Ver, göstər sözündən sonra məhlulun xarıcə
necə tətbiq edilməsi qaydası göstərilir.
Məs.:
    1.  Rp: Furacilini 0,1                                                       2.  Rp.: Hydrargyri cianidi - 0,05
      Aquae destillatae ad 500 ml                                              Aquae destillatae ad 250 ml
      M.f. solutionis                                                                    D.S. Səhər və axşam gözü 
     D.S. Səhər və axşam yaraları                                            yumalı
     yumalı və kompres qoymalı.

Xaricə istifadə olunan məhlullara %- üsulu ilə resept yazıldıqda Rp.: -dən sonra Solutionis sözü yə'ni məhlul sözü yazılır. Onun ardınca məhlulun -dərmanın (furasi- lin) adı, onun faizi (0,02 %) və ümumi miqdarı həcmi (500 ml) ml-lə göstərilir. Re- sept Da Signa - sözləri ilə sona çatır. Məs.:
    1.  Rp.: Solutionis Furacilini -0,02% -500 ml.   4. Rp.: Sol. hydrargyri cianidi-0,2% -250 ml. D.S. Səhər və axşam yaraları yumalı,                      D.S. Səhər və axşam gözü yumalı.
lazım gəlsə kompres qoymalı.

Xaricə istifadə  ediliən  məhlullaranisbət  üsulu ilə reseptin yazılışı, məhlullara reseptin % üsulu ilə yazılışı kimidir. Fərq  % işarəsinin  yerində  nisbət (:)  işarəsinin  qoyulmasından ibarətdi . məs

5. Rp.: Sol. hydrargyri cianidi -1:5000-250 ml.
 D.S. Səhər və axşam gözü yumalı.

6. Rp.: Sol. Furacilini -1:5000 -500 ml.
D.S. Yaraları yumaq və ya kompres qoymalı.

Bu o deməkdir ki. 5000 ml suda 1 qram maddə - həll edilmişdir, lakin xəstəyə 500 ml yazılmışdır.
Bəs 500 ml-də neçə qram maddə həll edilib?
5000 -1                                                                                     500x 1
500-X                                                 x= _____=0.1 ______________                                                                     
                                                                                                              5000
Deməli 500 ml-də 0,1 qram maddə həll edilib.
Bu reseptdə (və ümumiyyətlə) məhlulun %-ni tapmaq üçün başqa sözlə nisbəti %- ə çevirmək üçün məhlulda (500 ml) həll olan maddənin miqdarı (0,1) 100-ə vurulur o, da məhlulun ümumi miqdarına 500-ə bölünür.
0,1x100
_____________________________________   = 0.02
    500
 Məs.: 1 : 5000 - 500 ml. 1 : 5000 -ə olan nisbəti o deməkdır kı, 5000 ml-də 1 q. maddə həll edilib.

                                    0,1 x100 = 10
                         10:500 = 0,02
Deməli, 0,1 vurulmalıdır 100-ə, bölünməlidir məhlulun ümumi həcminə -500-ə. Yə'ni 1-in 5000-ə nisbətindən 500 ml-in %-ni tapmaq üçün 0,1 x 100 : 500 = 0,02, məhlul 0,02 %-li olur.
nisbəti %-ə çevirmək üçün qısa üsuldan da  istifadə etmək olar. məs: 100 bölünsün nisbətə(5000) ; 100 :5000 = 0.02 %-i nisbətə çevirmək üçün isə 100-ü %-ə bölçək lazımdır. 100: 0.02 % = 5000. lakin birinci variantı da öyrənmək məksədyönlü  hesab edilir.
Məhlullara resept kütlə - həcm üsulu ilə yazıldıqda Rp.: sonra məhlul sözü, sonra dərmanın miqdarı qramla yazılır, tire qoyulur və həlledicinin ümumi miqdarı ml-lə göstərilir. Resept D.S. sözləri ilə bitir. Məs:
7. Rp.: Sol. Furacilini -0,1 -500 ml.
D.S. Səhər və axşam yaraları yumalı.
Bə’zi hallarda xaricə istifadə olunan məhlulların hazırlanmasında həlledici kimi spirtdən, qliserindən, bitki yağından və s. birindən istifadə edilir. Belə məhlullara % üsulu ilə resept yazıldıqda Rp-dən sonra Solutionis sözü, sonra məhlulun adı, sonra isə əlavə olaraq müvafiq surətdə həlledicinin adı (latın dilində), Spirituosae - Spirituoze, glycerinosae - qliserinoze, oleosae - oleoze sözlərinin biri yazılır. Məs..
8. Sol Tannini spirituosoe 5 %-200 ml              9.Rp.: Sol. Tannini ğlycerinosae 5 %-200 ml  D.S. Yanıqlarda səhər və axşam                                          D.S.  Yanıqlarda yara səthinə                   yara nahiyəsini silməli.                                                sürtməli                                                                  
10. Rp.: Sol. Camphorae oleosae 20 %-100 ml
D.S. Gündə 2-3 dəfə ağrı nahiyəsinə sürtməli.
(oynaq ağrılarında, mialgiyalarda)

Xaricə işlədilən ofisinal və yarımofisinal məhlullara resept yazdıqda reseptdə məhlulun qatılığının göstərilməsi hökm deyil, çünki onların faizi yolverilən standart qatılıq- da olur və əlavə tə’sir törətmir. Belə ofisinal məhlullardan Hidrogen peroksidin (3 %-li) durulaşdırılmış məhlulunu, formaldehidin (təxminən 40 %-ii) sulu məhlulunu, naşatır spirtini və s. misal göstərmək olar. Məs.:
11. Rp.: Sol. Hydroğenii peroxydi diluti -100 ml    12. Rp.: Sol. Formaldehydi - 50 ml D.S. Bir stəkan suya bir xörək qaşığı          D.S. 400-500 ml suya 1/2 çay
əlavə edib qarışdırmalı, ağızı və                          qaşığı qarışdırıb ayağı yumalı.
boğazı qar-qara etməli.

Bə’zi ofisional məhlullar - mayelər (Liquoris) adlanır. Məs.: naşatır spirti, Burov məhlulu, Novikov məhlulu və s.
Onlara resept yazdıqda Rp.: -dən sonra Liquoris sözü, sonra mayenin adı, onun ümumi miqdarı ml-lə yazılır. Resept D.S. ilə qurtarır. Məs.:
13. Rp.: Liquoris Ammonii caustici -10 ml

      D.S. Tənzifi isladıb inhalyasiya etməli.

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...