Siropun 5 ml-də təsiredici maddələr
qismində mövcuddur.
L-asparagin monohidrat 35 mq,
N-asetil-L-qlütamin 32.5 mq, DL-fosfoserin 35 mq, B6 vitamini 0.75 mq
NorAmin kompleks preparat olub sirop
Formasmdardır. Tərkibi L-asparagin , N-asetil-L-qlütamin,
DL-fosfoserin amin turşularından və B6 vitaminindən ibarətdir. Dərs
oxuyanlarda, yeniyetmələrdə, qocalarda və əqli işlə məşğul olanlarda preparat
beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı yaxşılaşdırır, yaddaşın həcmini
gücləndirir, xüsusilə də göz yaddaşını daha da yaxşılaşdırır, əhval-ruhiyyəni
yüksəldir, öyrənmənin effektivliyini və əqli çalışqanlığı artırır. L-asparagin
MSS-dən amonyakın xaric olmasında iştirak edir, yorğunluğu aradan qaldırır, yağların
mitoxondriyə transportunu yaxşılaşdırır. Beyin toxumasında lipofusçinin
sintezini ingibə edərək asetilxolinin aktivliyini artırır, beləliklə də yaşla
əlaqədar olan dəyişikliklərin qarşısını alır. N-asetil-L-qlütamin hesabına beyinin
fəaliyyəti yüksəlir, metabolizm prosesləri və enerji mübadiləsi yaxşılaşır. Həmçinin, beyin
toxumasının qurulmasında və maddələr mübadiləsində iştirak edir. Travma,
insult, cərrahi müdaxilə, müxtəlif mənşəli stress və yüksək zehni
yüklənmələrdən sonra beyinin
funksiyalarının bərpasını sürətləndirir, diqqət
və yaddaşı yaxşılaşdırır. DL-fosfoserin emosional və fiziki streslərdə ifraz
olunan kortizolun sintezini azaldır. DL-fosfoserin beyin hüceyrelerinde -enerji- utilizasiyasını tez
bir zamanda kəskin sürətləndirir, yaddaşı yaxşılaşdırır. B6 vitamini triptofan,
metionin, sistein, qlütamin turşusu və s. amin turşuların mübadiləsində aktiv
iştirak edərək mərkəzi və periferik sinir sisteminin normal funksiyasını təmin
edir.
❖
Normal
əqli inkişaf proseslərini təmin etmək məqsədilə;
❖
Böyük
həcmli məlumatların yadda saxlanılması üçün;
❖
Yüksək
psixi yüklənmələr zamanı;
❖
Psixi
inkişafın pozulması, serebral iflic;
❖
Beyinin
fəaliyyətini aktivləşdirmək məqsədilə yüksək əqli yüklənmələr zamanı;
❖
Neyrosirkulyator
distoniya (kompleks müalicədə);
❖
Ahıl
dövrdə olan insanlarda.
istifadə gavdası:
3 yaşa qədər uşaqlara 2.5 ml gündə 1 dəfə (həkim
təyinatı ilə), 3-6 yaş arası uşaqlara 2.5 ml gündə 2 dəfə, 6-12 yaş arası
uşaqlara 5 ml gündə 2 dəfə, 12 yaşdan yuxarı uşaqlara və böyüklərə 5 ml gündə
2-3 dəfə təyin olunur.
Preparatın hər hansı komponentinə qarşı yüksək
həssaslıq.
Reseptsiz buraxılır.
Quru, uşaqların əli çatmayan yerdə və 25°C-dən
aşağı temperaturda saxlanılmalıdır.
Yararlılıq müddəti: Qutu və flakonun üstündə göstərilib. Yararlılıq müddəti bitdikdən
sonra istifadə etmək olmaz.
1 OOml sirop
İstehsalçı: Labomar S.r.l., İtalya Perrery Farmaceutici S.r.l., Corso San Lorenzo 1, 37026 Pescantina,
Verona, İtalya. www.perrery.it
Salam qiymeti neçəyəd
YanıtlaSilSucicəyi olub oglum həkim bu siropu yazıb..istifadə edən olub sucicəyindən sonra?
YanıtlaSilBu dermani nece elde etmek olar?
YanıtlaSil