Təbiətin
bəxş etdiyi 9 həkim əla sağlamlığın ya radılmasında sizin köməyinizə gəlməyə
hazırdır. Onlar 100%-lik təminat versə də, xəstəyə heç vaxt zərər yetirməsə də, xəstə
xeyrini başa düşməyərək, mənfı reaksiya verir. Xəstənin müraciət edib-etməməsi
onları heç maraqlandırmır da. Onlar həmişə kömək etməyə hazırdırlar, bilikləri
hamı üçün - qoca və cavan, varlı və kasıb üçün aşkardır. Onlar cərrahi
əməliyyat etmir, dərman - hətta, ən dəbdə olanını belə məsləhət görmürlər.
Hamımız
bu həkimlərlə tanışıq. Lakin, mən istərdim ki, onlara tez-tez müraciət
edəsiniz. Onlar sağlamlığa, uzunömürlülüyə, daimi gənclik adlanan həddən ziyadə
bəyənilən vəziyyətə doğru cəhdlərinizə kömək etməyə hazırdırlar.
Əvvəlcə,
onlardan ən alisini, Yer üzündəki hər şeyə həyat verən ən güclü və dahi
şəfavericini təqdim etmək istəyirəm
Onun
ixtisası helioterapiyadır.
Hər kiçik
ot, hər bir üzümlük, ağac, kol, gül, meyvə və tərəvəz öz həyatını günəş
şüasmdan alır. Yer üzündəki hər bir canlı