Təbiətin
bəxş etdiyi 9 həkim əla sağlamlığın ya radılmasında sizin köməyinizə gəlməyə
hazırdır. Onlar 100%-lik təminat versə də, xəstəyə heç vaxt zərər yetirməsə də, xəstə
xeyrini başa düşməyərək, mənfı reaksiya verir. Xəstənin müraciət edib-etməməsi
onları heç maraqlandırmır da. Onlar həmişə kömək etməyə hazırdırlar, bilikləri
hamı üçün - qoca və cavan, varlı və kasıb üçün aşkardır. Onlar cərrahi
əməliyyat etmir, dərman - hətta, ən dəbdə olanını belə məsləhət görmürlər.
Hamımız
bu həkimlərlə tanışıq. Lakin, mən istərdim ki, onlara tez-tez müraciət
edəsiniz. Onlar sağlamlığa, uzunömürlülüyə, daimi gənclik adlanan həddən ziyadə
bəyənilən vəziyyətə doğru cəhdlərinizə kömək etməyə hazırdırlar.
Əvvəlcə,
onlardan ən alisini, Yer üzündəki hər şeyə həyat verən ən güclü və dahi
şəfavericini təqdim etmək istəyirəm
Onun
ixtisası helioterapiyadır.
Hər kiçik
ot, hər bir üzümlük, ağac, kol, gül, meyvə və tərəvəz öz həyatını günəş
şüasmdan alır. Yer üzündəki hər bir canlı
günəş enerjisindən, onun intensivliyindən asılıdır. Yer üzü günəşin möcüzəli şüaları olmadan soyuq, həyat olmayan, daim qaranlıq olan bir yer ola bilərdi. Günəş insanlara həm işıq verir, həm də bu enerjini öz enerjimizə transformasiya edir. İnsan günəş şüaları altında öz sağlamlığını yaxşılaşdıra, həyatmı uzada bilər. Günəş şüası görməyən insanların rəngi həmişə avazımış vəziyyətdə olur. Bizim dərimiz yüngülcə qaralmalıdır. Bir çox xəstəliklər, günəş altında çox az olmağımızdan irəli gəlir. Günəş şüaları çox güclü bakterisid (mikroblan öldürən) vasitədir.
günəş enerjisindən, onun intensivliyindən asılıdır. Yer üzü günəşin möcüzəli şüaları olmadan soyuq, həyat olmayan, daim qaranlıq olan bir yer ola bilərdi. Günəş insanlara həm işıq verir, həm də bu enerjini öz enerjimizə transformasiya edir. İnsan günəş şüaları altında öz sağlamlığını yaxşılaşdıra, həyatmı uzada bilər. Günəş şüası görməyən insanların rəngi həmişə avazımış vəziyyətdə olur. Bizim dərimiz yüngülcə qaralmalıdır. Bir çox xəstəliklər, günəş altında çox az olmağımızdan irəli gəlir. Günəş şüaları çox güclü bakterisid (mikroblan öldürən) vasitədir.
Biz təzə
meyvə və tərəvəzlə qidalanarkən, bitkilərin qanını mənimsəyirik, yaşıl bitkilər
qida xlorofıli şəklində günəş enerjisi ilə zəngindir. Xlorofıl bizim orqanizmə ən zəngin və faydalı qida
olan, bitkilərdə yığılan günəş enerjisinin bir hissəsidir. Yaşıl bitkilər günəş
enerjisinin yığılması, insanlara və digər canlılara ötürülməsində böyük sirrə
malikdirlər. Öz bədəninizi birbaşa günəş şüalarına məruz qoyursunuzsa, həmçinin
rasionunuz 60% meyvə və tərəvəzlərdən ibarətdirsə, siz söz-
süz ki,
əla sağlamlığa malik olacaqsmız. Lakin bu canlı dərmanlar orqanizm tərəfindən əvvəlcə
kiçik dozalarda qəbul edilməlidir, çünki, günəş şüaları üçün ac olan bədən, bir
dəfəyə böyük dozalarda olan şüalan qəbul edə bilməz.
İlk günəş
vannalan qəbul edərkən, qısa müddətlərlə buna başlayın, sonra isə yavaş-yavaş
artırın. Günəş şüalarının qəbulu üçün ən yaxşı vaxt səhər tezdəndir. 5
dəqiqədən 10 dəqiqəyə qədər başlamaq lazımdır. Əlbəttə, günəş vannalarını
nahardan sonra da qəbul etmək olar, lakin ən faydalı günəş şüalan səhər
erkəndir. Saat 11-15 arası günəş şüalan ən qaynardır, onlar radiasiya
daşıyıcısıdırlar.
Təzə
meyvə və tərəvəzlərlə qidalanmaya keçid də tədricən olmalıdır. Qaynanmış qidaya
öyrəşən adam birdəfəlik təzə meyvə və tərəvəzlərlə qidaya keçərsə, mənfi
nəticələr əldə edə bilər. Yaxşı olardı ki, günəşli pəhrizi adi pəhrizə tədricən
əlavə edəsiniz. Yüksək dozada günəş enerjisi pis təsir edəcək. Bunlara tədricən
riayət etmək zəruridir. Burada, yenə də, öz təcrübəmlə bölüşmək istəyirəm.
16 yaşım
olanda mən vərəmdən ölü vəziyyətində idim. ABŞ-ın məşhur həkimləri qeyd
etdilər: «ümidsizdir», «sağalmazdır». Lakin mən xoşbəxtlikdən həmin dövr üçün
helioterapiya üzrə məşhur şəxsiyyət olan Lozannalı doktor Avqust Rollyenin
qəbuluna düşdüm. Alp dağlarının yüksəkliklərində doktor Rollye zəif bədənimə
müahcəvi günəş şüaları ilə təsir etdi və günəş məhsullarından pəhriz yazdı.
İki il
ərzində ölü candan güclü bir insana çevrildim. İndi, bu sətirləri yazarkən, yenə
də güclü və sağlamam.
Bütün bu
illər ərzində bədənimin günəş şüaları almasını diqqətlə izləmişəm. Onlar
həyatımı xilas etdilər. Ona görə də, günəş mənim üçün qarşısında baş əydiyim
mədəni qiymətlidir. Ona görə də, ən günəşli ştat olan Kaliforniyada yaşayıram.
Mənim
Santa-Monika dağlarında hücrəm var. Orada dağ günəşinin təsirindən istifadə
edirəm. Mən üzgüçülüyün qızğın pərəstişkanyam, yay və qışda vaxtımın çox
hissəsini Havay adalan, Florida, Fransada Kann, Ögey dənizi adaları, Krit və
Kiprin çimərliklərində keçirirəm.
ikinci
həkimimiz Təmiz havadır- blogmuzu izlesez daha ətrafli
orgene bilersiz elecədə digər təbi həkimlərimiz barədədə məlumat alarsı
Hiç yorum yok:
Yorum Gönder