DƏRMAN KAPSULLARI - Capsulae medicamentosae.
TİBBİ KAPSULALAR - Capsulae medicinales. KAPSULA -
Capsula.
Bunların tibbi təcrübədə əhəmiyyəti ondan ibarətdir ki, acı dada, xoşagəlməz iyə və dada, qıcıqlandırıcı və boyayıcı xassəyə malik olan dərman maddələri kapsullarda verildikdə xəstələr dərmanın həmin çatışmayan cəhətini hiss etmir. Kapsulalarda 1 qrama qədər bərk, maye və yumşaq dərm
an növlərinin hər hansı birisi istifadəyə buraxıla bilinər. Kapsulalar (elastik, sərt, qlütol, və s.) əsasən dərman zavodlarında hazırlanır və doldurulur. Qapaqlı sərt (durum) kapsullar isə həm də aptek şəraitində doldurulur. Kapsulların hazırlanması üçün nişasta və jelatindən istifadə olunur. Buna uyğun olaraq kapsullar əsas nişasta kapsullarına (Capsulae amylaceae) və jelatin kapsullarına (Capsulae gelatino- sae) bölünürlər. Praktikada jelatin kapsullarından da geniş istifadə edilir. Lakin polimer kapsullar da mövcuddur. Jelatin kapsullann elastik (yumşaq - molles) və sərt jelatin kapsula növü vardır. Sonuncunun həm də qapaqlı (operqulate) növü olur. Bunlarla yanaşı keratin (Capsulae keratinosae) və qlütol (Capsulae glutoidalis) kapsullar da var. Onlar xüsusi üsulla, o cümlədən formaldehid buxarlarından keçirmək və ya formaldehidin spirtli məhlulunda islatmaq yolu ilə keratindən və jelatindən alınır. Keratin və qlütol kapsullar mə’dənin turş mühitinə dözümlü olurlar. Odur ki, dərmanın tə’sirini bağırsaqlarda almaq lazım gəldikdə həmin kapsullalardan istifadə edilir. Formasına görə kapsullar ellipsvari, şarabənzər və yumurtayabənzər formada olurlar. Orta hesabla onların tutumu 0,1-0,5-ə bərabər olur. Elastik kapsulalar isə 1-2 q ola bilər. Son vaxtlar kapsulaların mikrokapsullarnövü
istehsal edilmişdir. Belə kapsullar xarici və daxili mühitin tə’sirinə daha
dözümlü olur. Onlan uzun müddət saxladıqda dərmanın tə’siri itmir. Həm də
içərisində olan dərmanın xoşagəlməz iyi, dadı və qıcıqlandırıcı və s.
xassələri digər kapsulalarda olduğu kimi hiss olunmur. Mikrokapsullar tədricən
təbəqə-təbəqə həll olunduqları üçün həmin dərmanın tə’siri və qanda qatılığı
stabil və nisbətən uzünmüddətli olur. Kapsulalarda reseptin yazılışı dozalanan
sadə və mürəkkəb poroşoklara-reseptin yazılışına uyğundur. Fərq (nu- mero) - N
işarəsindən sonra in capsulis sözünün yazılmasından ibarət olur. Məs.:
1.
Rp.: Oxacillini natrii - 0,25 2. Rp.: Ethosuximidi - 0,25
D.t.d. N 10 in capsulis gelatinosis Trimethini 0,15
S. Gündə 3 dəfə daxilə M.P. fulvis
1 kapsul qəbul etməli. D.t.d. N 10 in capsulis
gelatinosis
S.
Səhər və axşam
1 kapsul daxilə qəbul etməli.
Bəzi dərman
formaları müvafiq dozalarda məs. dənəciklər, mikrodragelər və s.
mikrokapsullaşdırılaraq tabulet və spansulla adı altında istifadəyə buraxılır.
Spansulla dedikdə sərt gelatin kapsulalar nəzərdə tutulur. Onların da dərmanların
farmokoloji effektini qorumaq imkanı yüksəkdir. Onlara da reset kapsulalarda
olduğu kimi yazılır. Deməli ofisional kapsulalara da resept qısa üsulla da
yazıla bilər.
Hiç yorum yok:
Yorum Gönder