YOD qalxanabənzər vəzi hormonunun tərkibinə daxildir. Torpaqda və yerli ərzaq
məhsullarında yodun miqdarı az olduğundan, əhalinin müntəzəm olaraq, lazımi
qədər yod qəbul etmədiyi yerlərdə endemik ur xəstəliyinə təsadüf edilir. Yodun
çatışmazlığı əlamətlərinin qarşısı başlıca olaraq sənayedə istehsal edilən yod
qatılmış duz işlətməklə alınır. Hipertoniya xəstəliyində (10 №-li) aterosklerozun müalicəsində (10c №-li), piylənmədə (8№-li) dietalarda tədbiq olunur. Gündəlik rasionda dəniz kələmindən, digər dəniz məhsullarından və pəhriz balıq konservlərindən hazırlanmış xörəklər hazırlamaqla yodun miqdarını rasionda artırmaq olur.
qatılmış duz işlətməklə alınır. Hipertoniya xəstəliyində (10 №-li) aterosklerozun müalicəsində (10c №-li), piylənmədə (8№-li) dietalarda tədbiq olunur. Gündəlik rasionda dəniz kələmindən, digər dəniz məhsullarından və pəhriz balıq konservlərindən hazırlanmış xörəklər hazırlamaqla yodun miqdarını rasionda artırmaq olur.
Yod qalxanvari vəzin hormaonlarının əmələ
gəlməsində mühüm elementdir. Yaşlı adamların orqanizmində 20-50 mq yod vardır,
bunun 8 mq-ı qalxanvari vəzin tərkibindədir. Ətraf mühit faktorlarında (suda,
torpaqda, havada, bitki və heyvan mənşəli qida məhsullarında) yodun çatışmamazlığından
yod defısitli xəstəliklər, o cümlədən endemik ur (zob) meydana gəlir. Endemik
zob o regionlarda inkişaf edir və ağır şəkildə gedir ki, insanların
qidalanmasında tam dəyərli zülalların, C və A vitaminlərinin, mikroelementlərin
(kobalt,
mis, molibden), makroelementlərin (kalsium və fosfor)
çatışmamazlığı olsun. Rasionda karbohidratlı, yağlı qidalanma üstünlük təşkil
edirsə və ftorun rasionda artıq dərəcədə olması da yodun orqanizmdə çatışmamasına
gətirib çıxarır.
Bu xəstəliyin profilaktikası üçün xörək duzuna
qarışdırılmış kalium- yodun qarışığından istifadə edirlər (25 q KJ/ton duza).
Endemik rayonların əhalisini belə duzla təmin etməklə gündəlik tələbatı 150-200
mkq miqdarında ödəmiş oluruq.
Yodla xüsusən dəniz balıqları və digər dəniz
məhsulları (krevetka - xırda dəniz xərçəngi, midi - dəniz molyuskası, dəniz kələmi) zəngindir. Qida məhsullarının
tərkibində olan yod isti kulinar emal neticəsində 40 %-ə qədəri parçalanır.
Hiç yorum yok:
Yorum Gönder