DƏRMAN HAQQINDA ANLAYIŞ
Dərman dedikdə elə kimyəvi birləşmə nəzərdə tutulur ki, onu münasib müalicəvi dozada xəstə orqanizmə yeritdikdə, o xəstəliyin törədicisinə və ya patoloji prosesə, yaxud da funksional pozğunluğa tə'sir gösterməklə həmin xəstəliyi və patoloji prosesi və ya onun əlamətlərini aradan qaldırır, xəstənin sağalmasına
səbəb olur. Dərman anlayışı ilə yanaşı zəhər anlayışı da vardır. Zəhər dedikdə yenə də kimyəvi birləşmə nəzərdə tutulur. Zəhər elə kimyəvi birləşməyə deyilir ki, onu (qəsdən və ya səhvən) orqanizmə daxil etdikdə orqanizmin fizioloji fəaliyyəti pozulur, xəstəlik əlamətləri meydana çıxır. Onun dozasından (mütləq ölüm dozası) asılı olaraq orqanizm tələf olur. Lakin buna baxmayaraq dərman ilə zəhər arasında qəti sədd qoymaq olmur. Başqa sözlə hər bir dərman yolverilməz dozalarda özünü zəhər kimi göstərir. Əksinə, zəhər isə müaliçəvi dozalarda bir sıra xəstəliklərdə özünü derman maddəsi kimi aparır və xəstəliyi sağaldır.
Alınma mənbəyinə görə dərmanlar bir necə qrupa bölünürlər. Dərman bitgilərindən, heyvani toxumalardan, mikroblardan, göbələklərdən alınan və kimyəvi üsulla sintez edilən dərmanlar. Həmin mənbələrdən götürülən ilkin material dərman xammalı adlanır. Onlan xəstələrə birbaşa tə'yin etmək məsləhət deyil. Çünki dərman xammalının tərkibində lazımsız (ballast) tə'sirə malik əlavə maddələr də ola bilər. Odur ki, onlar həmin əlavə qanşıqlardan təmizləndikdən sonra, xəstələrə verilməlidir. Başqa sözlə, onlar yalnız tam və ya qismən təmizləndikdən sonra dərman maddəsi və ya dərman preparatı adını alırlar. Bitki xammalı sadə üsulla işlədikdən, yə'ni qurudulduqdan, doğranıb əzildikdən, poroşok halına salındıqdan və ya dəmləmə, bişirmə, tinktura, ekstrakt və s. halına gətirildikdən sonra onlar sadə preparatlar (Qalen preparatları) adlanırlar, lakin onlar xüsusi mürəkkəb üsullarla derman zavod və fabriklərində daha təmiz hala salındıqdan sonra (yə'ni ballast maddələrdən tam azad edildikdən sonra) yeni - Qalen (Neo-Qalen) preparatlan adı alırlar. Məs. Adonizid, diqalen-Neo, lantozid, kitalen və s. kimi yeni-Qalen preparatlannı göstərmək olar. Bitkilərdən ilk dəfə dərman preparatları hazırlayan Roma həkimi Qalen (II əsr) olmuşdur. Odur ki, sonralar onun şərəfinə olaraq bitki mənşəli bə'zi dərman preparatları Qalen preparatlan adlandırılmışdır. Mə'lum olduğu kimi bə’zi dərman maddələri dərman zavod və fabriklərində hazırlanmaqla bərabər qismən də apteklərdə hazırlanır və satışa buraxılır.
Hiç yorum yok:
Yorum Gönder