29 Ocak 2020 Çarşamba

TƏNƏFFÜS SlSTEMl XƏSTƏLİKLƏRİ

TƏNƏFFÜS SlSTEMl XƏSTƏLİKLƏRİ 

Tənəffüs orqanlarını öyrənən elm — pulmonologiya, hazırda klinik təbabətin xüsusi bir sahəsi kimi inkişaf etməkdədir.

Etiologiya, patogenez və klinikasına görə fərqlənən tənəffüs sistemi xəstəliklərinin geniş yayılması pulmonologiyanm sərbəst fənn kimi ayrılmasına səbəb olmuşdur. Belə ki,
Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə, tənəffüs orqanları xəstəliklərinə 400-dən artıq xəstəlik aiddir.

Son illər dünyada ağciyərlərin qeyri-spesifik xəstəliklərinin sayı durmadan artır, belə xəstəliklərə isə, xronik bronxit, xronik pnevmoniya, ağciyər emfizeması, bronxoektaziya xəstəliyi, xronik ağciyər absesi, bronxial astma, tənəffüs sisteminin irsi amilləri və ağciyərlərin inkişaf qüsurları ilə əlaqədar olaraq əmələ gələn xronik iltihabı xəstəliklər aiddir.

Dünya statistik məlumatına görə, İngiltərə, Almaniya, Hollandiya, Fransa və bir sıra başqa ölkələrdə müşahidə olunan ölümün 10—11%-ni ağciyərlərin qeyri-spesifik xəstəlikləri təşkil edir. Ümumiyyətlə, kəskin bronxit daxili xəstəliklərin 1,5%-ni, ağciyərlərim qeyri-spesifik xəstəliklərinin isə, 30% -ni təşkil edir.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...