Hər bir insan bilməlidir ki, sağlamlığı qorumaq
və möhkəmləndirmək üçün düzğün və səmərəli qidalanmanın çox böyük əhəmiyyəti
vardır. Başqa sözlə desək, insanın taleyi onun düzğün qidalanmasından
asılıdır. Ona görə də elə qidalar qəbul etməliyik ki, onlar aclığımızı dəf
etməklə yanaşı, xəstələnməyimizin də qarşısım alsın və onun müalicəsinə
də
kömək etsin. Adamların nəyi, nə qədər, nə vaxtı və hətta necə yemək lazım
olduğunu bilməsi çox vacib məsələdir.
Bəzən insan hər hansı xəstəliyə tutulandan sonra
öz yeməklərinə fikir verməyə məcbur olur ki, bu da adətən çox gec olur. Çünki
düzğün qidalanmamaq orqanizmi demək olar ki sıradan çıxarmış olur, ciddi
müalicəyə ehtiyac yaradır. Bu deyim çox doğrudur ki, sağlamlığın qədrini onu
itirəndən sonra bilirik.
Xəstəliyin əsas səbəblərindən bəri orqanizmə
lazım olan maddələrin çatışmamazlığı, qəbul olunan qidalarda orqanizmin
ayrı-ayrı üzvülərinin ehtiyac və tələb etdiyi qədər maddələrin olmamasıdır.
Qidada zəruri elementlərin, birinci növbədə vitaminlərin çatışmaması
ayrı-ayrı orqanların normal inkişafının
zəifləməsinə, maddələr mübadiləsinin də pozulmasına səbəb olur, xəstəliklərin
baş verməsinə zəmin yaradır.
Deməli,
xəstəliklərin baş verməsinin qarşısını almaq üçün bədən onun tələb etdiyi qədər
istər bitki, istərsə də heyvan mənşəli qidalar qəbul etməlidir. Yeknəsək
qidalanma da orqanizmi yorub zəiflədir. Qidaların növlərini həftədə 1-2 dəfə
dəyişmək məsləhət bilinir. Bir sözlə insanın sağlamlığı, onun dözümlülüyü və
çox yaşaması qəbul etdiyi qida payındən asılıdır. Qida payında ortimal miqdarda
qidalı maddələr, yəni lazımı kimyəvi tərkib də olmalıdır. Meyvələrdən, tərəvəzlərdən,
göy-göyərtilərdən müntəzəm və bol- bol istifadə olunmalıdır.
Qidalanma, xüsusilə düzğün qidalanmaq insan üçün
birinci dərəcəli zərurət olub, orqanizmin normal inkişafı və həyat fəaliyyəti
üçün vacib şərtdir. Kifayət qədər yemədikdə orqanizm taqətdən düşür,
xəstəliklərə düçar olur. Çox yemək də xəstşliklərə və ölümə səbəb ola bilər.
Deməli yeməkdə ifrata varmaq olmaz, orta həddi, normanı gözləmək, səmərəli
qida qəbul etmək lazımdır.
Səmərəli qidalanma isə o deməkdir ki:
-
Qəbul
olunan yeməklər fizioloji normaya uyğun olsun;
-
Qəbul
olunan qidalar müxtəlif və keyfiyyət tərkibi zəngin olsun;
-
Qidalanma
rejiminə düzğun əməl olunsun - vaxtlı- vaxtmda yemək, pəhrizi gözləmək;
-
Tərkibində
ən az zərərli maddələr olan (yaxşı olar ki, heç olmasın) yeyinti məhsulları
qəbul olunsun.
İnsanın əmək fəaliyyətinin qorunub
saxlanılmasında düzğün qidalanma ən vacib şərtdir. Qəbul olunan qidaların
miqdarı və keyfiyyəti insanın yaş dərəcəsinə, iş rejiminə, hava-iqlim şəraitinə
müvafiq olmalıdır. Sağlam olmağını istəyən hər bir kəs yeməyinin qədərini
bilməli, qannqululuq etməməlidir. Butun hallarda az yemək çox yeməkdən yaxşıdır.
Qədərincə yemək vərdişinə yiyələnmək lazımdır.
Hiç yorum yok:
Yorum Gönder