XƏSTƏLİKLƏRİN MÜALİCƏ ÜSULLARI
+ Bir xörək qaşığı yerkökü toxumunu bir stəkan
suda qaynadıb, dəm çaynikini qalın dəsmala büküb 12 saat dəmdə saxladıqdan
sonra süzərək gündə 3-4 dəfə içmək stenokardiyanin müalicəsi üçün ən yaxşı
vasitədir.
+ Gülxətminin qurudulmuş ləçəklərindən 20 qr
amını 200 qram qaynar suda çay kimi dəmləyərək gündə 3 dəfə yarım stəkan içməklə ürəyin sürətlə döyünməsinin qarşısı alınır.+ Ürək-damar xəstəliklərində beçə balını keçi
südünə qatıb içmək xeyirlidir. Bir stəkan bişmiş südə bir xörək qaşığı bal
qatıb gündə 2 dəfə (səhər, axşam) yarım stəkan içmək lazımdır -15 gün.
+ Heyva ağacının yeni əmələ gəlmiş yarpaqlarının
və zoğlarının 20 qramını 1 stəkan qaynar suda dəmləyib gündə 2 dəfə içməklə
ürək-damar sisteminin ağrılarını sakitləşdirmək olar.
+ Əncirin təzə yarpaqlarını əzib xırda-xırda
doğramaq və ondan 20 qram götürüb 1 stəkan qaynar suda dəmləyərək gündə 3 dəfə
yarım stəkan içmək ürəyin fəaliyyətinə müsbət təsir göstərir.
+ 3 ədəd limonu, 1 xörək qaşığı şəkəri, ya balı,
bir xörək qaşığı ərik qurusunu ət maşınından keçirib qarışdırmaq və ondan hər
gün yeməkdən qabaq bir xörək qaşığı qəbul etmək ürək-damar xəstəliklərini
yüngülləşdirir.
+ Ürək qüsuru olanlar üçün 100 qram qırmızı
çuğunduru sürtgəcdə çəkib üzərinə yarım litr bulaq suyu töküb qarışdırmaq və
bir neçə saat saxlamaq lazımdır. Sonra sıxıb süzməli və gündə 3 dəfə bir xörək
qaşığı qəbul etməklə yüngüllük hiss edər.
+ Ürəkgetmə
xəstəliyindən əziyyət çəkənlərə 20-30 qr. zirinc meyvəsini 200 qram qaynar suda
dəmləyib və ya qaynadıb süzərək gündə bir neçə dəfə stəkanın yarısı qədər içirtmək
lazımdır,
+ Tərkibində çoxlu miqdarda yod olan qara
meyvəli quş armudu ürək-damar xəstəliklərində xüsusi əhəmiyyətə malikdir. Bir
kiloqram quşarmudunu 2 kiloqram şəkərlə qarışdırıb həll olunana kimi gözləmək
lazımdır. Sonra bu qarışıqdan gündə bir dəfə bir çay qaşığı qəbul edirlər.
+ Müxtəlif ürək ağrılarında eyni miqdarda heyva
ağacının təzə yarpaqlarını və qarğıdalı saçağını xırdalayıb qarışdırmaq və
ondan 20 qram götürüb bir stəkan qaynar suda dəmləyirlər. Bu dəmləmədən gündə
bir neçə dəfə çay kimi içmək xeyirlidir.
+ Tibetin ara həkimləri məsləhət görürlər ki,
ürək- damar xəstəliyinə mübtəla olanlar gündə 100 qram şor yesinlər. Bu əla nəticələr
verir.
+ Yetişmiş heyvanı soyub yaxşı döyür və şirəsini
çıxarırlar, 2 gün saxladıqdan sonra ona sirkə və şəkər qatıb qarışdırırlar.
Ondan gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı qəbul edirlər. Bu ürəkkeçmə
xəstəliyinin əsl məlhəmidir.
+ Ürəkkeçmə zamanı adamın rəngi qaçır, bədəni
soyuyur, onu tər basır. Belə hallarda xəstənin üzünə və sinəsinə gülab çiləyir
və gülabdan damcı-damcı ona içirirlər.
+ Darçın, zəncəfil və nanə toxumlarını üzüm
şərabına qarışdırıb 5-6 gün içdikdə ürək döyntüşünun qeyri muntə zəmliyinin
qarşısı almır.
+ Qatırquyruğu otundan hazırlanmış duru
ekstratdan ürək xəstəliyində istifadə olunur. Bu otun dəmlənmiş suyundan 10
damcı iliq suya qarışdırıb 5-10 gün içmək məsləhət görülür.
+ Huşunu itirmiş adamın əvvəlcə qicgahını az
ovuşdurmaq, sonra üzərliyin toxumunu camda yandırıb tüstüsünü buruna vermək
xeyirlidir. Ayılan kimi istotlu çay içmək məsləhətdir. Əlavə zirinc meyvəsini
çay kimi dəmləyib içmək xeyirlidir.
+ Ürək xəstəliyində qarpızın qabığını qurudub
döyüb toz halına saldıqdan sonra gündə bir xörək qaşığı yarım stəkan ilıq suya
qatıb 5-10 gün içmək faydalıdır.
+ Maşına minərkən ürəkbulanması baş verməsin deyə
zəncəfil çeynəmək məsləhətdir.
Yellen's Favor Casino Bonus Codes【FULL review
YanıtlaSilYellen's Favor Casino Bonus Codes,【FULL หาเงินออนไลน์ review 】,Yellen's Favor Casino 메리트카지노 Bonus Codes,【FULL 제왕카지노 review 】,Yellen's Favor Casino Bonus Codes,🎰 Popular Casino Games: Roulette, Blackjack, Ba🏆 Best Gambling Site: Red Dog, Baccarat