28 Şubat 2016 Pazar

Piylenme zamani istifade edilen pəhriz № 8

                                  8 Nü-li PƏHRİZ
G ö s t ə c i ş 1 ə r. piylənmə - əsas xəstəlik və ya xüsusi pəhriz tələb etməyən digər xəstəliklərlə yanaşı gedən xəstəlik kimi.
M ə q s ə d: maddələr mübadiləşini yaxşılaşdırmaq, orqanizmdə bədən kütləsinin artmasına və piyin toplanmasına mene olmaq.
Ü m u m i   x a r a k t e r i s t i k a: əsas karbohidratlar, birinci növbədə şəkər, daha az dərəcədə yağlar, xüsusən asanlıqla mənimsənilən yağlarm hesabına enerji dəyərin azaldılması. Sərbəst mayenin, xörək duzunun, iştahanı artıran ərzaq məhsullannm və xörəklərin məhdudlaşdırılması. Hüceyrə qişaları miqdarının artınlması. Qızardılmış xörəklərin məhdudlaşdırılması. Şəkərin qismən ksilit və sorbitlə əvəz edilməsi. Tərəvəz və meyvələrin hesabına yeməyin həcmi doyma hissi törətmək üçün kifayət qədər olmalıdır.
Kulinariyä işlənməsi: xörəklər suda bişirilmiş şəkildə ədviyyatsız və duzsuz verilir.
Kimyəvi tərkibi vəenerji y ə r i: zülallar - 90-110 q (60%-i heyvan mənşəli), yağlar - 80-85 q (30%-i bitki mənşəli), karbohidratlar - 150 q, enerji dəyəri - 1700-1800 kkal, xörək duzu - 5-6 q, sərbəst maye— 1-1,2 1.
Qldalanma rej imi: az-azgündə 5-6dəfə.
Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər:
Çörək — narın üyüdülməmiş undan və ya zülal — kəpəkli çovdar və buğda unundan çörək - 150-200 q. Qalan çörəkləri isə istina e d i 1 i r.
Şorbalar: bir dəfəyə qəbul 250-300 q. Bir qədər yarma əlavə etməklə tərəvəz şorbalarının bütün növləri. Həftədə 2-3 dəfə ət və ya balıq bulyonunda, tərəvəz və frikadellə olan xörəklər. Kartof, paxlalılar, yarma, makaronməmulatı ilə olan yeməklər i stisna e d i 1 i r.
Ət və tquş: suda, duxovkada bişirilmiş, pörtülmüş, suda bişirildikdən sonra qızardılmış — 150 qramadək. Mal əti həlməşiyi, sardelka. Kolbasa, sosiska,konservlər istisna edilir.
Balıq: suda, duxovkada bişirilmiş qızardılmış -gündə 150-200 q.
Süd məhsulları: əsasən yağlılığı az olan süd məhsullanndan istifadə olunur. Təbii kəsmik və ondan xörəklər. Məhdud miqdarda yağsız pendir. Yağlı və şirin süd məhsullan və xörəkləri i s t i s n a e d i 1 i r.
Yumurta: gündə 1-2 ədəd istənilən şəkildə.
Yarmalar: tərəvəz şorbalanna əlavə etmək üçün məhdud miqdarda. Tez ovulan arpa, darı, buğda (çörəyin hesabma) sıyıqları. Digər yarmalar, makaron məmulatı, paxlalılır istisna e d i l i r.
Tərəvəz: müxtəlif tərəvəzlər çiy və bütün kulinariya üsulları vasitəsi ilə işlənmiş şəkildə geniş tətbiq edilir. Kartof, çuğundur, yerkökü (cəmi gündə 200 qramadək), şor və marinada qoyulmuş tərəvəz məhdudlaşdmlır;
Qəlyanaltılar: çiy və turş tərəvəzdən salat, suda bişirilmiş ət və balıqla vineqretlər, üstünə şirə tökülmüş balıq, yağsız vetçina. Yağlı və kəskin qəlyanaltılar i s t i s n a    e d i 1 i r.
Meyvələr, şirin xörəklər, şirniyyat: çiy və bişmiş turşaşirin meyvə və giləmeyvələr. Ksilitdə və sorbitdə jele və muss. Şirin olmayan kompot. Üzüm, xurma, əncir, digər meyvə və giləmeyvələrin çox şirin növləri, qənnadı məmulatı, mürəbbə, bal, dondurma, kisel i s ti.s n a e d i 1 i r.
Souşlar və ədviyyat: tomat, tərəvəz sousları. Yağlı və kəskin souslar, bütün xörək şirələri. i s t i s n a    e d i 1 i r. Göyərti məhdudlaşdırılır.
İçkilər: çay, suda və süddə hazırlanmış kofe. Şirinliyi az olan tərəvəz, meyvə, giləmeyvə şirələri. Üzüm və digər şirin şirələr, kakao i s t.i s n a   e d i 1 i r.
Yağlar: məhdud miqdarda kərə yağı, xörəkdə bitki yağları.
Məsləhət görülən Azərbaycan xörəkləri:
Bozbaş, ətsiz dovğa, doğramac, düyü ilə toyuq şorbası, parçabozbaş, düşbərə, sulu xingəl, qovurma ilə şorba, toyu şorbası, kəlləpaça və ya xaş, kartoflu küftəbozbaş, noxudlu şorba, piti, sulu dindili küftə, qovurma ilə şorba, toyuq şorbası, bibər dolması, buğda bişirilmiş lülə kababı, yumurta ağı ilə tava kababı, fimi, çığırtma.
Q e y d: -li pəhriz I və II dərəcəli piylənməsi olan xəstələr üçün daha çox tətbiq edilə bilər ki, bunlann da bədən kütləsi normadan 15-50% artıq olur. III dərəcəli piylənmə (bədən kütləsi normadan 50-100% artıq olur) zamam 8 № -li pəhrizin variantı olan 8a -Ii pəhriz tətbiq edilir ki, bunun da tərkibində 80 q zülal (70%-dək heyvan mənşəli), 60 q yağ (35%- i bitki yağı), 100 q karbohidratlar vardır və enerji dəyəri 1100-1200 kkal,- dir. III-IV dərəçəli piylənmə zamanı 8 və 8a -li pəhrizlər kifayət qədər effektli olmadıqda 8b -li pəhriz tətbiq edilir ki, bunun da tərkibində 40- 50 q zülal, 30-40 q yağ, 50-70 q karbohidrat vardır və eneıji dəyəri 600- 800 kkal.-dir. 8b -li pəhrizi yalnız xəstəxana şəraitində və bir aydan çox olmayaraq təyin etmək olar.
Məsləhət görülən və qadağan edilən xörəklər:
-li pəhrizdə oduğu kimi qalır, xörəklərin kütləsi orta hesabla iki dəfə azaldılır.

8a və 8b -li pəhrizlərin fonunda həftədə 2-3 dəfə ət-tərəvəz, kəsmik- kefir, meyvə-tərəvəz pəhriz günləri təyin etmək məqsədə uyğundur.

Zohrab.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...