Fol defisitli anemiya
Etiologiyası. Bu növ anemiya fol turşusunun
defisiti nəticəsində baş verdikdə sümük iliyində meqaloblastlar müşahidə
edilir. Sutkalıq tələbat fol turşusu üçün 100—200 mkq-dır, hamiləlikdə,
hemolitik anemiyada bu təlabat daha da arta bilir.
Fol turşusu defisitli anemiya əsasən, bağırsaq xəstəlikləri (spru,
bağırsaqlarda cərrahi müdaxilə), alkoholizm, hamiləlik, bəzi dərman
preparatlarmm uzun müddət qəbulu (məsələn, qıcolma əleyhinə, fol turşusunun
antaqonistləri, sulfanilamidlər), alimentar çatışmazlıq (xüsusilə keçi südü
ilə qidalanma) zamanı inkişaf edir.
Patogenezi. Fol turşusu çatışmazlığı
qanyaradıcı hüceyrələrdə, o cümlədən eritroblastlarda DNT-nın sintezini
dayandırır və hüceyrə bölünməsi pozulur. Nəticədə eritroblastlar böyüyərək
meqaloblastlara çevrilir. Sonuncularm çox hissəsi qana daxil olmamış sümük
iliyində məhv blur.
Klinik mənzərəsi. Xəstələr ümumi
zəiflikdən, başgicəllənmədən, paresteziyadan şikayət edirlər. Bu tip anemiya
uşaqlarda və gənc qadınlarda üzün şişməsi, gözdə sarılıq, axiliya, atrofik
qastrit və mədə turşuluğunun azalması ilə tez-tez təsadüf edir. Xəstələrin
periferik qanmda makrositoz, hiperxrom anemiya, anizositoz müşahidə olunur.
Retikulositlərin miqdarı azalmış olur. Trombositopeniya, leykopeniya müşahidə
edilir. Ağır halda fol turşusunun çatışmazlığı şizofreniya əlaməti ilə özünü
büruzə verir.
Müalicəsi. Fol turşusu ilə (5—15
mq/sut.) orqanizmi təmin etməli. Mədə-bağırsaqda olan patoloji dəyişikliyi
müalicə etmək vacibdir. Qida tam dəyərli olmalıdır. İrsiyyət nəzərə almmalıdır.
Çalışmaq lazımdır ki, bağırsaqdan fol turşusu sorula bilsin.
Hiç yorum yok:
Yorum Gönder