25 Şubat 2016 Perşembe

Əsəbilik, yorğunluq, yuxusuzlu və onlardan azad olmanin təbi yolları



Əsəbilik, yorğunluq və yuxusuzluq 

Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Tə”sirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.
Bir sıra mənfi amillər – nigarançılıq, təngə gəlmək və s. yorğunluqa və nəticə e”tibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.
Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət tə”sir gös`tərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100q qaynadan suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər. Onun yağını isə əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.
Bədmüşk yarpağının qaynanmış suyu və ya çiçəyinin dəmləməsi (150q qurumuş çiçəyi 1L qaynar suda 12 dəq ərzində dəmləyib bir az şəkər qatırlar) gündə 3 dəfə olmaqla yeməkdən əvvəl 1 fincan tövsiyə edilir.
Əsəb pozğunluğunda 15–30q quru razyananı xırdalayıb 1L soyuq suya tökür, od üzərində 1 dəq qaynadırlar. Sonra onu 10 dəq ərzində dəmə qoyur, süzüb bir az bal əlavə edərək yeməkdən sonra 1fincan işlədirlər. Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər sakitləşir. Bu baxımdan 10q pişikotu kökünün 1L suda qaynamasından alınan məhlul da faydalı sayılır.
Əsəbdən doğan ağrılar zamanı 5q xırdalanmış tərxunu 1 fincan qaynanmış suda bir müddət dəmə qoyur, yeməkdən sonra içirlər. Əsəbi narahatlığı olanlar üçün üzüm xeyirli vasitələrdən biri sayılır. Onun şirəsini işlətmək daha yaxşıdır. Ispanaq və vəzəri də yorğunluq və əsəbi narahatlıq zamanı faydalıdır. Xaşxaş yuxu gətirəndir və əsəbləri sakitləşdirir. Onun çiçəyindən də istifadə edirlər.
Əsəb ağrıları olan yerlərə qozun qərzəyindən, bişmiş kələm yarpağından təpitmə qoymaq müsbət tə”sir göstərir. Sarımsağı döyüb yumşaldır, onu kamfora yağı ilə qatıb fəqərə sütununa sürtürlər. Bu cür masaj həm yorğunluğu çıxarır, həm də əsəbləri sakitləşdirir.
Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 q-dək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1L qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhət görülür.
Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir. Alma, ərik və limon şərbəti də əsəbləri möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir. Əsəbi böhran və gərginlik hallarında portağal və naringi yemək əsəbi amilləri tənzimləməyə kömək edir. Mərəçüyüd və sumaq isə əsəblər üçün zərərdir.
Əsəb xəstəliyi olanlar dağətəyi yerlərdə, yaxşı abhavası olan yaylaqlarda, sakitlik şəraitində istirahət etməlidirlər.
Yuxusuzluğu törədən səbəblər müxtəlif ola bilər. Bundan asılı olaraq, yuxusuzluğu aradan qaldırmaq üçün müvafiq tədbirlərdən istifadə olunur.
Bə”zi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli gəlir. Belə olduqda ürəyin fəaliyyəti pisləşir, qan dövranının normal davam etməsi pozulur. Bu zaman həzm prosesini gücləndirən tədbirlər görmək lazımdır.
Yataq yeri rahat, otağın havası təmiz, qış zamanı yatarkən ayaqlar isti olmalıdır. Rahat yatmaq üçün yatmazdan əvvəl xaşxaş qabığının qaynanmış suyundan 1 fincan içmək lazımdır. Bunun üçün 10q yetişmiş, quru xaşxaşın qabığını 200q suda 5 dəq qaynatdıqdan sonra, 10 dəq müddətində dəm çəkməyə qoyurlar. Sonra onu süzür, azca bal əlavə edərək 1 fincan içirlər. Yuxusuzluğa qarşı işlənən dərmanlardan biri də pişikotunun dəmləməsidir. Bunun üçün onun 60–100q quru kökünü 1L suya tökərək 12 saat saxlayır, sonra süzüb ondan 1 fincan içirlər.
Başqa bir vasitə kimi, 25q təzə dərilmiş və ya quru itburnu meyvəsini 1L soyuq suda 3 saat isladırlar. Sonra mülayim od üzərində 5 dəq qaynadır, 15 dəq dəm aldıqdan sonra süzüb bir azca şirin edərək, gün ərzində bir neçə dəfə içirlər.
Yuxusuzluq və əsəbi narahatlığı olan alamlar, şam yeməyi zamanı kahı yeməlidirlər. Axşamlar yatmazdan əvvəl alma yemək də bu baxımdan faydalıdır. Belə adamlar özlərinin yemək rejimlərini elə tərzdə tənzim etməlidirlər ki, ardıcıl sürətdə çox ət, yumurta və tərkibində nişasta olan başqa yeməklərdən bir növ pəhriz saxlamış olsunlar. Bunun əvəzində yemək zamanı daha çox göyərti və turş meyvələr, o cümlədən limon işlətmək məsləhətdir.
Zehni əməklə məşğul olan şəxslərə yemək zamanı soğan işlətmək məsləhət görülür. Zəiflik, əsəbi və fiziki yorğunluq zamanı, soğan orqanizm tərəfindən tez məsrəf olunur, nişasta tərkibli maddələrin həzmini asanlaşdırır və beləliklə orqanizmi yatmaq üçün hazırlayır. Bu baxımdan şam yeməyi zamanı qara turp işlətmək də faydalı hesab edilir.
Yuxusuzluq zamanı 25q pərpərəni 1L suda dəmləyərək işlədirlər. Qocaların yaxşı və çox yatması üçün yeralması yemək tövsiyə edilir. Xiyarın da yuxu gətirmək xüsusiyyəti vardır. Şam yeməyindən sonra naringi yemək də rahat yuxu gətirir. Balqabaq tumunun şirəsini süd və ya suda bişirib işlətmək, yuxusuzluq hallarında tövsiyə edilir.
Yuxusuzluğa qarşı işlədilən vasitələrdən biri də bədmüşkdür. Onun 50q qurumuş yarpağını 1L qaynar suda 2 dəq qaynadır, 10 dəq ərzində dəmə qoyurlar. Sonra süzərək gündə 3 dəfə, hər dəfə 1 fincan işlədirlər. Bədmüşkün 50q qurumuş çiçəyini 1L olduqça qaynar suda 12 dəq dəmləyir, sonra şirinləşdirib gündə 3 dəfə, hər dəfə də 3 fincan yeməkdən əvvəl işlədirlər.


Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...