Vitamin B12-nin defisiti
zamanı hiperxrom anemiya, bəzən normoxrom anemiya inkişaf edir. Qanm änalizində
oval formada çox böyükhəcmli eritrositlər nüvə qalığı ilə (Jolli cismi, Kebot
həlqəsi), tipik makrositoz müşahidə edilir. Periferik hüceyrədə leykositlərin,
trombositlərin miqdarı azalır. Sümük iliyində meqaloblastlar tapılır. Metamielositlərin,
çubuq nüvəlilərin, seqment nüvəli leykositlərin həcmi və sayı artır. Hiperbilirubinemiya
sümük iliyində baş verən məhvolma ilə əlaqədar meydana çıxır. Kəskinləşmə
dövründə zərdab dəmirinin miqdarı da arta bilər. Eritrositlərin həyat tutumu
azalır.
Müalicəsi. Vitamin B12-defisitli
anemiyanın müalicəsinin əsas prinsipi:
1)
Əsas səbəbi aradan götürməli;
2)
Qidanı və həyat
tərzini düzgün qurmalı;
3) Xəstələrə yüksək dozada vitamin B12 təyin olunmalıdır
(200—400 mkq), müalicə 4—6 həftə aparılmalıdır. Əgər fol turşusunun və dəmirin
çatışmazlığı yoxdursa, müalicədə bu dərmanlarm təyinatma ehtiyac olmur.
Sonradan həftədə bir dəfə saxlayıcı doza siankobalamin 500 mkq təyin
edilməlidir. Qastroektomiyadan sonra əzələyə mütamadi vitamin B12
vurulmalıdır. Nadir halda eyni qrup və rezusdan olan eritro- sit kütləsi
yeridilməlidir. Qaraciyər preparatlarmdan vitohepat, sirepar yeritmək olar. '
Mədə-bağırsaqda olan patoloji proses aradan götürülməlidir. Xəs-
təliyin anadangəlmə, irsi formalarmm müalicəsi xeyli çətindir.
Hiç yorum yok:
Yorum Gönder