9 Kasım 2016 Çarşamba

XƏSTƏLİKLƏRİN MÜALİCƏ ÜSULLARI / ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ

+ Bir xörək qaşığı yerkökü toxumunu bir stəkan suda qaynadıb, dəm çaynikini qalın dəsmala büküb 12 saat dəmdə saxladıqdan sonra süzərək gündə 3-4 dəfə içmək stenokardiyanın müalicəsi üçün ən yaxşı vasitədir.

+ Gülxətminin qurudulmuş ləçəklərindən 20 qramını 200 qram qaynar suda çay kimi dəmləyərək gündə
3 dəfə yarım stəkan içməklə ürəyin sürətlə döyünməsinin qarşısı alınır.

+ Ürək-damar xəstəliklərində beçə balını keçi südünə qatıb içmək xeyirlidir. Bir stəkan bişmiş südə bir xörək qaşığı bal qatıb gündə 2 dəfə (səhər, axşam) yarım stəkan içmək lazımdır - 15 gün.

+ Heyva ağacının yeni əmələ gəlmiş yarpaqlarının və zoğlarının 20 qramını 1 stəkan qaynar suda dəmləyib gündə 2 dəfə içməklə ürək-damar sisteminin ağrılarım sakitləşdirmək olar.

+ Əncirin təzə yarpaqlarını əzib xırda-xırda doğramaq və ondan 20 qram götürüb 1 stəkan qaynar suda dəmləyərək gündə 3 dəfə yarım stəkan içmək ürəyin fəaliyyətinə müsbət təsir göstərir.

+ 3 ədəd limonu, 1 xörək qaşığı şəkəri, ya balı, bir xörək qaşığı ərik qurusunu ət maşınından keçirib qarışdırmaq və ondan hər gün yeməkdən qabaq bir xörək qaşığı qəbul etmək ürək-damar xəstəliklərini yüngülləşdirir.

+ Ürək qüsuru olanlar üçün 100 qram qırmızı çuğunduru sürtgəcdə çəkib üzərinə yarım litr bulaq suyu töküb qarışdırmaq və bir neçə saat saxlamaq lazımdır. Sonra sıxıb süzməli və gündə 3 dəfə bir xörək qaşığı qəbul etməklə yüngüllük hiss edər.

+ Ürəkgetmə xəstəliyindən əziyyət çəkənlərə 20-30 qr. zirinc meyvəsini 200 qram qaynar suda dəmləyib və ya qaynadıb süzərək gündə bir neçə dəfə stəkanın yarısı qədər içirtmək lazımdır.

+ Tərkibində çoxlu miqdarda yod olan qara meyvəli quş armudu ürək-damar xəstəliklərində xüsusi əhəmiyyətə malikdir. Bir kiloqram quşarmudunu 2 kiloqram şəkərlə qarışdırıb həll olunana kimi gözləmək lazımdır. Sonra bu qarışıqdan gündə bir dəfə bir çay qaşığı qəbul edirlər.

+ Müxtəlif ürək ağrılarında eyni miqdarda heyva ağacının təzə yarpaqlarını və qarğıdalı saçağını xırdalayıb qarışdırmaq və ondan 20 qram götürüb bir stəkan qaynar suda dəmləyirlər. Bu dəmləmədən gündə bir neçə dəfə çay kimi içmək xeyirlidir.

+ Tibetin ara həkimləri məsləhət görürlər ki, ürək-damar xəstəliyinə mübtəla olanlar gündə 100 qram şor yesinlər. Bu əla nəticələr verir.

+ Yetişmiş heyvanı soyub yaxşı döyür və şirəsini çıxarırlar, 2 gün saxladıqdan sonra ona sirkə və şəkər qatıb qarışdırırlar. Ondan gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı qəbul edirlər. Bu ürəkkeçmə xəstəliyinin əsl məlhəmidir.

+ Ürəkkeçmə zamanı adamın rəngi qaçır, bədəni soyuyur, onu tər basır. Belə hallarda xəstənin üzünə və sinəsinə gülab çiləyir və gülabdan damcı-damcı ona içirirlər.

+ Darçın, zəncəfil və nanə toxumlarını üzüm şərabına qarışdırıb 5-6 gün içdikdə ürək döyüntüsü qeyri muntəzəmliyinin qarşısı alınır.

+ Qatırquyruğu otundan hazırlanmış duru ekstratdan ürək xəstəliyində istifadə olunur. Bu otun dəmlənmiş suyundan 10 damcı iliq suya qarışdırıb 5-10 gün içmək məsləhət görülür.

+ Huşunu itirmiş adamın əvvəlcə qicgahını az ovuşdurmaq, sonra üzərliyin toxumunu camda yandırıb tüstüsünü buruna vermək xeyirlidir. Ayılan kimi istotlu çay içmək məsləhətdir. Əlavə zirinc meyvəsini çay kimi dəmləyib içmək xeyirlidir.

+ Urək xəstəliyində qarpızın qabığını qurudub döyüb toz halına saldıqdan sonra gündə bir xörək qaşığı yarım stəkan ilıq suya qatıb 5-10 gün içmək faydalıdır.



Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...