12 Kasım 2016 Cumartesi

Qan dövranı xəstəlikləri və qan azlığının bitkilərlə müalicə və prafilaktikası


+ 30 qram qurudulmuş gicitikan zoğunu və yarpağını 500 qram soyuq suya töküb vam odda 5 dəqiqə qaynadıqdan sonra 10 dəqiqə dəmdə saxlayıb və sonra süzmək lazımdır . Bu dəmləmədən gündə 3 dəfə bir stəkan içmək qan dövranına xeyirlidir.

+ Əncirin mürəbbəsindən, qurusundan və cemindən qan azlığında və ümumi zəiflikdə istifadə olunur.

+ Qanın zəifliyini və təmizliyini qorumaq üçün şahtərənin 20 qramını 1 stəkan qaynar suda dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır.

+ Qan dövranı pozulubsa və ya qanın tərkibi dəyişilibsə acqarnına
bir diş sarımsaq yemək lazımdır.

+ Tibet xalq təbabətçiləri qanın laxtalanmasmm qarşısım almaq üçün və qan xəstəliyi zamanı hər gün cəfəri (pet-ruşqa) yeməyi məsləhət görürlər.

+ Türkəçarəçilər məsləhət görürlər ki, gicitkən kökünün qurudulmuşundan 20 qramım bir stəkan suda qaynatmaq və xəstəyə içirtmək lazımdır. Bu qanaxmanı kəsmək üçün ən yaxşı dərmandır. Böyürtkən yarpağının da həmin qaydada qaynadılıb içilməsi xeyirlidir.

+ Fındığın qabığını (yaxşı olar ki, meşə fmdığı olsun) yuyub 50 qramını dəm çaynikində qaynadıb süzdükdən sonra gündə 3-4 dəfə isti halda çay kimi qurtum-qurtum içdikdə damarların varekoz genişlənməsi və iltihabı müalicə olunur.

+ Qan azlığında güleyşə narı yemək və ya gündə bir stəkan şirəsini içmək xeyirlidir.

+ Qan azlığında badam, püstə yemək, 5-10 gün albalı şirəsi içmək məsləhətdir.

+ Qan azlığında yabanı (meşə) fındığı yemək xeyirlidir.

+ Qan azlığı və əzələ zəifliyində acqarına qırmızı alma yemək və vaxtaşırı şirəsini icmək faydalıdır.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...