+ Qatığı süzüb suyunu gündə bir dəfə içməklə qan təzyiqini aşağı salmaq olur.
+ Qan təzyiqi çox yüksələndə ayağın qalın bükuklərinə, ovucun içinə, ayağın altına, boyuna və başın əmgək yerinə
şirkə sürtüb ovxalamaqla təzyiqi aşağı salmaq olur.
+ Bir armudu stəkan zirinci, bir litr qaynar südə töküb 2 gün saxlamaq, sonra onu süzüb qənd ilə çay kimi içmək lazımdır. Bu qan təzyiqini aşağı salmaq üçün ən təsirli vasitələrdən biridir.
+ Qan təzyiqini aşağı salmaq üçün xardal suyunu bir parçanın üstünə yaxıb boyunun aşağı nahiyyəsinə qoymaq lazımdır. Təzyiqin aşağı düşməsini hiss edən kimi sarğı açılmalıdır.
+ Gündə 100 qram qoz ləpəsini bir xörək qaşığı balla bir ay yemək qan təzyiqini tənzimləyir.
+ 20 qram şüyüdü bir stəkan qaynar suda çay kimi dəmləyib gündə bir neçə dəfə içmək qan təzyiqini aşağı salır, ürəyin fəaliyyətini tənzimləyir.
+ Meşədə bitən qara yemşanın 150-200 qramını yemək və yaxud çay kimi dəmləyib içmək (gündə bir neçə dəfə) yüksək qan təzyiqini aşağı salır.
Hiç yorum yok:
Yorum Gönder