Qara
ciyər
+ Bir xörək
qaşığı keşniş toxumunu döyüb bir stəkan qaynar suya töküb üstünü örtmək və 20 dəqiqədən
sonra cunadan keçirib (süzüb) gündə 3 dəfə, hər dəfədə 2 xörək qaşığı içmək
qara ciyərin fəaliyyətini artırır.
+ Acıqovuq (zəncirotu) bitkisinin yerüstü
hissəsinin çiçəyindən toplayıb açıq havada qurutduqdan sonra toz halına salıb
ondan 2 xörək qaşığı götürüb bir stəkan qaynar suda dəmləyirlər. Ondan səhər və
axşam yeməyindən 15-20 dəqiqə əvvəl yarım stəkan içmək qara ciyəri xəstə olan adamlara məsləhət görülür.
axşam yeməyindən 15-20 dəqiqə əvvəl yarım stəkan içmək qara ciyəri xəstə olan adamlara məsləhət görülür.
+ Qara ciyər ağrılarında qozu sındırıb ləpələri
arasındakı pərdələri çay kimi dəmləyib bir neçə dəfə içmək faydalı və xeyirlidir.
+ Qara ciyər xəstəliyində dəmirotu dəmləməsindən
də istifadə olunur. Bitkinin yerüstü hissəsindən 10 qram götürüb 200 qram
qaynar suda dəmləyir və ondan gündə 3- 4 dəfə bir xörək qaşığı içmək müsbət
nəticə verir.
+ Qara ciyər xəstəliyində yerkökü, albalı, alma
yemək, nar şirəsi içmək faydalıdır.
+ Qara ciyər xəstəliyində 5-10 gün püstə yemək
məsləhətdir.
+ Qara ciyər və ürək xəstəliyində qızıl gülün
ləçəklərini bankaya sıx yığaraq üstünə qaynar su tökün, bir çay qaşığı limon
turşusu əlavə edin və bankanın ağzını bərk bağlayın. 20 gün qaranlıq yerdə
saxladıqdan sonra 10-15 gün, gündə 3 xörək qaşığı içmək məsləhət görülür.
Hiç yorum yok:
Yorum Gönder