8 Ocak 2017 Pazar

SƏMƏRƏLİ VƏ DÜZGÜN QİDALANMA SAĞLAMLIĞIN ƏSAS ŞƏRTİDİR



Hər bir insan bilməlidir ki, sağlamlığı qorumaq və möhkəmləndirmək üçün düzğün və səmərəli qidalanmanın çox böyük əhəmiyyəti vardır. Başqa sözlə desək, insanın ta­leyi onun düzğün qidalanmasından asılıdır. Ona görə də elə qidalar qəbul etməliyik ki, onlar aclığımızı dəf etməklə ya­naşı, xəstələnməyimizin də qarşısım alsın və onun
müalicə­sinə də kömək etsin. Adamların nəyi, nə qədər, nə vaxtı və hətta necə yemək lazım olduğunu bilməsi çox vacib məsələ­dir.
Bəzən insan hər hansı xəstəliyə tutulandan sonra öz ye­məklərinə fikir verməyə məcbur olur ki, bu da adətən çox gec olur. Çünki düzğün qidalanmamaq orqanizmi demək olar ki sıradan çıxarmış olur, ciddi müalicəyə ehtiyac yara­dır. Bu deyim çox doğrudur ki, sağlamlığın qədrini onu iti­rəndən sonra bilirik.
Xəstəliyin əsas səbəblərindən bəri orqanizmə lazım olan maddələrin çatışmamazlığı, qəbul olunan qidalarda orqa­nizmin ayrı-ayrı üzvülərinin ehtiyac və tələb etdiyi qədər maddələrin olmamasıdır. Qidada zəruri elementlərin, birinci növbədə vitaminlərin çatışmaması ayrı-ayrı orqanların normal inkişafının zəifləməsinə, maddələr mübadiləsinin də pozulmasına səbəb olur, xəstəliklərin baş verməsinə zəmin yaradır.
Deməli, xəstəliklərin baş verməsinin qarşısını almaq üçün bədən onun tələb etdiyi qədər istər bitki, istərsə də heyvan mənşəli qidalar qəbul etməlidir. Yeknəsək qidalanma da orqanizmi yorub zəiflədir. Qidaların növlərini həftədə 1-2 dəfə dəyişmək məsləhət bilinir. Bir sözlə insanın sağlamlığı, onun dözümlülüyü və çox yaşaması qəbul etdiyi qida paymdən asılıdır. Qida payında ortimal miqdarda qi-
dalı maddələr, yəni lazımı kimyəvi tərkib də olmalıdır. Mey­vələrdən, tərəvəzlərdən, göy-göyərtilərdən müntəzəm və bol- bol istifadə olunmalıdır.
Qidalanma, xüsusilə düzğün qidalanmaq insan üçün bi­rinci dərəcəli zərurət olub, orqanizmin normal inkişafı və həyat fəaliyyəti üçün vacib şərtdir. Kifayət qədər yemədikdə orqanizm taqətdən düşür, xəstəliklərə düçar olur. Çox ye­mək də xəstşliklərə və ölümə səbəb ola bilər. Deməli yemək­də ifrata varmaq olmaz, orta həddi, normanı gözləmək, sə­mərəli qida qəbul etmək lazımdır.
Səmərəli qidalanma isə o deməkdir ki:
-                     Qəbul olunan yeməklər fizioloji normaya uyğun olsun;
-                     Qəbul olunan qidalar müxtəlif və keyfiyyət tərkibi zən­gin olsun;
-                     Qidalanma rejiminə düzğun əməl olunsun - vaxtlı- vaxtmda yemək, pəhrizi gözləmək;
-                     Tərkibində ən az zərərli maddələr olan (yaxşı olar ki, heç olmasın) yeyinti məhsulları qəbul olunsun.

İnsanın əmək fəaliyyətinin qorunub saxlanılmasında düzğün qidalanma ən vacib şərtdir. Qəbul olunan qidaların miqdarı və keyfiyyəti insanın yaş dərəcəsinə, iş rejiminə, hava-iqlim şəraitinə müvafiq olmalıdır. Sağlam olmağını istəyən hər bir kəs yeməyinin qədərini bilməli, qannqululuq etməməlidir. Butun hallarda az yemək çox yeməkdən yaxşı­dır. Qədərincə yemək vərdişinə yiyələnmək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...