Yadda saxlamaq lazımdır ki, qidalanmada aşağıdakı
şərtlərə əməl olunmalıdır:
+ Düzğün qidalanmamaq insan ömrünü 20-40 faiz
azaldır.
+ Düzğün
və məqsədli qidalanmaqla bir çox xəstəliklərin qarşısını almaq, bəzilərini
müalicə etmək mümkündür. Xəstəliklərin dörddə birini pəhrizlə, dərmansız
müalicə etmək olar.
+ İnsan sutkada, müxtəlif mərhələlərdə 3
kiloqram qida qəbul etməlidir.
+ Gün ərzində qəbul olunan qidanın 30 faizə
qədəri səhər, 40 faizə qədəri
günorta, 30 faizə qədəri axşam payına düşməlidir.
günorta, 30 faizə qədəri axşam payına düşməlidir.
+ Səhər yeməyi doyumlu olmalıdır.
+ Həmişə təzə, təmiz, keyfiyyətli qidalar qəbul
edilməlidir. Təzə qida, tərəvəz, meyvə, göy-göyərti gündəlik qida payının
beşdə üçündən az olmamalıdır.
+ Qidalanmada hər gün göy-göyərtidən,
tərəvəzdən, meyvədən, giləmeyvədən istifadə edilməli, təzə meyvə şirələri
içilməlidir.
+ Dərman bitkilərindən dəmlənmiş çay daha
xeyirlidir (Həmişə yox, fasilələrlə). Adi çayı kişmişlə, möyüzlə, limonla,
karamellə icmək yaxşıdır.
+ Əqli sağlamlıq, qəlb tarazlığı, əsəbiliyin və
psixi pozğunluğun olmaması qidanın keyfiyyətindən asılıdır. Düzğün qidalanma
əqli qabiliyyəti yaxşılaşdırır, uşaqlarda yaddaşı inkişaf etdirir.
+ Su, süd, şirə içəndə bir dəfəyə yox, ağızda
bir az saxlayıb qurtum-qurtum içilməlidir.
+ Xörəyi nə çox isti, nə də çox soyuq yeməməli
orta həddə istifadə olunmalıdır.
+'Yemək vaxtı və yeməkdən sonra bir saat
müddətində maye (çay) içməməli.
+ Yeməkdən sonra azı 15 dəqiqə gəzib s$nra
istirahət üçün oturmalı, ya uzanmalı.
+ Yeyib yatmaq olmaz. Yeməyi yatmazdan 3-4 saat
əvvəl qəbul etməli.
+
Yatmazdan qabaq bir stəkan təmiz su içmək çox xeyirlidir.
+ Ciddi xəstə
olanda insan az yeməlidir. Sadə və yünğül qidalar qəbul etməlidir. Suğalandan
sonra qidanı artırmaq olar.
+
Qəzəbli, əsəbi olanda yemək yeməməli. Çünkü bu vaxt əsəbilikdən daxili
sekresiya vəzləri düzğun işləmir və bir sıra xəstəliklərin yaranmasına səbəb
ola bilər. Belə halda yeməyə normal iştaha da olmur.
+ Şən və sevinc doğuran fikirlər iştahanı
gücləndirir, həzmə kömək edir, qan dövranını yaxşılaşdırır.
+ İlin soyuq və quraq dövrələrində ac qalmaq
zərərlidir.
+ Yİmək yeyərkən tələsməməli, qidanın hər payını
ağızda yaxşı-yaxşı çeynəməli və sonra udmah (Tələsik qidalanma qocalığa və
xəstəliyə gedən yoldur).
+ Yağda qızardılmış və qovralmuş yeməklərdən
qaçmalı, ona çox meyl etməməli (Çətin həzm olunan qidadar).
+ Ətin suda (soyutması), buğda bişməsi daha
xeyirlidir.
+ Yaşlaşdıqca əti balıq və süd məhsulları ilə
əvəz etməli, duzsuz şor, kəsmik, çiy meyvə, tərəvəz, suda bişmiş yağsız ət və
balıq təşkil etməlidir.
+ Lazımınca qidalanmaq üçün ən yaxşı vaxt səhər
çağıdır. Bu vaxtı orqanizm yeməyi piyə çevirmir. Ən qeyri münasib vaxt isə
gecədir. Çünki bu zaman orqanizmidə mübadilə prosesləri aşağı olur.
+ Səhər və günorta yeməyi vaxtı zülallarla
zəngin qidalar - ət, balıq, yemurta, sıyıq (kaşa), tərəvəz, kəsmik, şor, axşam
yeməyi zamanı isə südlü, yarmalı, tərəvəzli qudalar qəbul etmək lazımdır.
+ Gündəlik qida payında zülallar 1 pay, yağlar 2
pay, qarbohidratlar 4 pay təşkil etməlidir.
+ "Quru yeməklə" qidalanma adətindən
çəkinmək lazımdır. May eli yeməklər mədə şirəsinin ifrazını artırmaqla
həzmetməni asanlaşdırır.
-f Həddindən artıq şəkər və şəkərli qidalar
zərərlidir.
+ Ağ çörəklə müqayisədə qara çörək daha yüksək
qida xüsusiyyətinə malikdir. Onda olan maddələr toplusu ağ çörəkdə olmur. 150
qram qara çörəkdə insan üçün gündəlik yod norması olur.
Hiç yorum yok:
Yorum Gönder