ENTERİT, ENTEROKOLİT, KOLİT - nazik və yoğun bağırsaqların
müstəqil (enterit, kolit) və ya birgə (enterokolit) - gedən kəskin və xroniki xəstəlikləri. Bağırsaqların sekretor, hərəki və sorulma funksiyalarının, zülal və karbohidrat mübadiləsinin pozulmasına, uzun müddət davam etdikdə bədənin taqətdən düşməsinə səbəb olur. Çox vaxt bağırsaqda qıcqırma və çürümə prosesinin inkişafına, tez-tez və sıyığa bənzər, yaxud duru defekasiyaya səbəb olur. Xroniki getdikdə defekasiya davamsız olur, ishal və qəbizlik bir-birini əvəz edir.
Kaskin enterokolit zamanı həzm yolu mexaniki və kimyəvi qıcıqlardan qorunmalıdır. 1-ci gün 7-8 stəkan çox şirin olmayan açıq çay, 2-ci gün 7-8 dəfə bir stəkan isti düyü həlimi, itburnu dəmləməsi, heyva həlimi, tünd çay məsləhət görülür. 3-cü gün və kəskin əlamətlər sakitləşmədikdə həmçinin 4-cü gün bunu təkrar edirlər. Xəstənin vəziyyəti yaxşılaşdıqca 4-5-ci günlər 4 Ne-li pəhriz təyin edilir. Ağırlaşmalar olmadıqda və kəskin əlamətlər aradan qaldırıldıqda 4b Ne-li və ya 15 No-li pəhriz təyin edilir. Fizioloji cəhətdən tam dəyərli pəhrizlərə keçilməsi rasionda mexaniki qıcıqlardan qoruyan xörəklərin tədricən azaldılması ilə müşayiət olunur. Xəstəlik yüngül getdikdə 4 və ya 4b Ne-li pəhrizlər birinci gündən təyin edilə bilər. Xroniki enterokolit zamanı sürtgəcdən keçirilmiş variantı, xəstənin vəziyyəti yaxşılaşdıqda isə 4B Ne-li
Hiç yorum yok:
Yorum Gönder