TABLETLER
TABLETLƏR (Tabulettae) İsimin adlıq tək halında tabuletta, isimin tək tə’sirlik halında tabulettam, isimin cəm tə’sirlik halında tabulettas, isimin çıxışlıq halında in tabulettis kimi yazılırlar. Tabletləri poroşoklardan fərqli olaraq yalnız dərman zavodlarında hazırlanılır. Dozalar daha dəqiq olur, acı dadı, xoşagəlməz iyi və s. hiss edilmir, az yer tutur. Onların tərkibində spesifik tə’sirə malik bir neçə (əsas və köməkçi və s.) dərmanı istifadəyə buraxmaq olur. Çatışmayan cəhəti
həzm sistemində pis həll olunması və tə’sirinin gec baş verməsindən ibarətdir. Uşaqlara və 60-dan yuxarı yaşı olanlara tə'yin edilməsi məsləhət deyil. Başqa imkan olmadıqda onlar bir neçə hissəyə bölünürlər və ya suda həll edilir, sonra istifadə edilir. Tabletlərin kənarları və səthi hamar olmalıdır, 37 dərəcə temperaturda suda 10 dəqiqə müddətində həll olunmalı, bir metr hündürlükdən taxta döşəməyə düşdükdə sınmamalı, rəngini dəyişməməli və deformasiyaya uğramış olmamalıdırlar. Bu tələblərə cavab verməyən tabletlər yararsız hesab olunurlar.Tərkibinə
görə tabletlər sadə və mürəkkəb olurlar. Sadə tabletlərin tərkibində bir maddə,
mürəkkəblərin tərkibində isə iki və daha çox dərman maddəsi olur.
Tabletlərə
resept 3 variantda yazılır. Birinci variantda yazıldıqda Rp.: sonra dərmanın
adı və birdəfəlik dozası qramla gəstərilir. Sonra reseptin 4 hissəsində D.t.d.
N-in tabuletis yə'ni - ver belə dozada, bu miqdarda (sayda) tabletləri sözləri
yazılır. Resept Signa - göstər, sözü ilə sona çatır. Məs.:
D.t.d. N-15 in tabulettis
S. Səhər və axşamlar 1 tablet daxilə
qəbul etməli.
Tabletlərə
II variantda resept yazdıqda Rp.- dən sonra tabulettam sözü dərman maddəsinin
adı və onun birdəfəlik dozası qramla göstərilir. Reseptin 4-cü hissəsində
D.t.d. N sözləri göstərilir. Resept Signetur - göstər sözü ilə sona çatır.
2.
Rp.: Tabulettam Cyclodoli - 0,02
D.t.d. N-10
S. Səhər və axşamlar 1 tablet daxilə
qəbul etməli.
Göründüyü
kimi, tabletlərə II variantda resept yazılışı ilə, I variantda resept yazılışı
fərq II variantda Rp. -dən sonra tabulettam sözünün yazılmasından, I variantda
isə D.t.d. N-10 sözündən sonra in tabulettis sözünün yazılmasından ibarətdir.
Tabletlərə hansı variantla reseptlərin yazılmasının əhəmiyyəti yoxdur. Onların hər
ikisini bilmək lazımdır. Tibb işçiləri və III kurs tələbələri arasında
tabletlərə II variantda reseptin yazılmasına daha çox rast gəlinir, nəinki I
variantda bu baxımdan onu (II variant) I variant kimi qəbul etmək olar. Mürəkkəb
tabletlərə resept yazdıqda variantdan asılı olmayaraq dərmanların adları və
birdəfəlik dozaları göstərilir və resept məlum qaydada sona çatdırılır. Məs.:
3.
Rp.: Tabulettam Papaverini hydrochloridi - 0,02
Phenobarbitali - 0,05
D.t.d.N -12
S. gündə 3 dəfə 1 tablet daxilə
qəbul etməli.
Hiç yorum yok:
Yorum Gönder