Xronik bronxit
Xronik bronxit, bronxların selikli qişasının və divarının daha dərin
təbəqələrinin diffuz iltihabı olub, dövri kəskinləşmə ilə, uzun sürən gedişlə
xarakterizə edilir.
Ümumdünya Səhiyyə təşkilatının qərarına görə, o şəxslər xroniki bronxitlə xəstə sayılır ki, belə adamlarda iki il ərzində, hər il ən azı üç
ay müddətində yuxarı tənəffüs yollarının, bronxların, ağciyərlərin başqa xəstəliklərini inkar etməklə bəlğəmli öskürək davam etmiş olsun.Xronik bronxit tənəffüs sisteminin ən geniş yayılmış xəstəliyidir.
Son illərdə onun daha çox artması müşahidə olunur. Bəzi müəlliflərin fikrincə
yaşlı əhalinin 3—8% -i xronik bronxitdən əzab çəkir. Əksər hallarda bu
xəstəlik daha çox 50 yaşdan yuxarı şəxslərdə rast gəlir, həm də kişilər
qadınlara nisbətən 2—3 dəfə çox xəstələnir.
Qeyd etmək lazımdır ki, xronik bronxitin ağciyər emfizeması və
ağciyər-ürək çatışmazlığı kimi ağırlaşmalarının inkişafı və erkən əlilliyə
gətirmə hallarının artması müşahidə olunur.
Təsnifatı.
İltihabi prosesin xarakterinə görə 1) kataral, 2) kataral-irinli, 3)
irinli hemorragik və fibrinoz bronxitlər kimi nadir formalara da rast gəlinir.
Funksional xüsusiyyətlərə görə 1) obstruktiv, 2) qeyri-obstruktiv xronik
bronxitlər ayırd edilir. Zədələnmə səviyyəsinə görə 1) proksimal bronxların və
2) distal bronxların (bronxiolların) iltihabı müəyyən olunur.
Etiologiyası və patogenezi. Papirosçəkmə
xronik bronxitin etiologiyasmda əsas yer tutur, belə ki əhali arasında papiros
çəkmə çox geniş yayılmışdır. Alim N.İ. Qolubun (1996-cı il) göstərdiyinə görə
10 yaşından yuxarı yaşlarda kişilərin 35—80%-i, qadınların isə 10—20%-i papiros
çəkir. Papirosçəkmə və sağlamlığa həsr olunmuş 7-ci Ümumdünya Konqresinin məlumatına
görə, 1990-cı ildə papiros çəkməyə görə 3 milyon adam dünyasını dəyişmişdir.
Papiros tüstüsünün tərkibində toksik, mutagen və xərçəngə səbəb olan 1900
komponent aşkar edilmişdir. Etioloji faktor kimi, əsasən xarici mühitin çirklənməsi
nəticəsində daimi olaraq tənəffüs yollarının selikli qişasının qıcıqlanmasını
göstərmək olar. Bəzi hallarda isə iqlim şəraitinin pisləşməsi, yəni rütubətli
günlərin tez-tez soyuq və sərt hava şəraiti ilə dəyişməsi xəstəliyin
inkişafına şərait yaradır.Tənəffüs yollarının selikli qişasının tozla və ya
tüstü ilə qıcıqlanması, xüsusən də papirosun mənfi təsiri nəticəsində tənəffüs
yollarında selik ifrazı artır, bu da öskürək və bəlğəm ifrazına səbəb olur.
Xronik bronxitə papiros çəkməyənlərə nisbətən papiros çəkənlərdə 3-4 dəfə çox
rast gəlinir. Xronik bronxit həm də peşə ilə əlaqədar olaraq yun və tütün
fabriklərində, un, kimya zavodlarında işləyənlərdə daha çox müşahidə olunur. Böyük
şəhərlərin havasının avtonəqliyyat və ya başqa səbəblərdən müxtəlif qazlarla
çirklənməsi şəhər əhalisi arasında xronik bronxitin artmasına səbəb olur. Xronik bronxitin inkişafına həm də tənəffüs
yollarında olan infek siya ocaqları, o cümlədən xronik tonzillit, sinusitlər,
bronxoektaziya və ürək çatışmazlığı nəticəsində kiçik qan dövranında yaranan
durğunluq da kömək edir. Təkrar olunan və düzgün müalicə olunmayan kəskin
bronxit asanlıqla xronik bronxitə çevrilir. İnfeksiya qoşulduqda xronik
bronxitin gedişi ağırlaşır, proses bronxların daha dərin təbəqələrinə keçərək
əzələ və elastik lifləri zədələyir. Beləliklə də, sekretin miqdarı artır və
irinli xarakter alır. Xronik bronxitin etiologiyasında, xüsusən də onun kəskinləşməsində bakterial
infeksiya böyük rol oynayır. Əksər hallarda, bəlğəmi əkməklə müayinə etdikdə
stafilokokk, streptokokk, inf lyuens çöpləri, pnevmökokk, nadir halarda isə göy
irin çöpləri, Fridlender çöpləri və başqa mikroflora təyin edilir.
Son
illərdə, flüoressent mikroskopiya üsulu tətbiq edilməklə virusoloji və seroloji
üsullarla xronik bronxitin əmələ gəlməsində virusların və mikroplazmalı
infeksiyanın rolu aşkar edilmişdir.
Əhalinin çoxunda il ərzində, xüsusən də qış fəslində heç olmasa bir və ya bir
neçə dəfə yuxarı tənəffüs yollarının İnfeksiyalı xəstəliyi müşahidə olunur. Xronik bronxiti olan
xəstələrdə bu infeksiya respirator aparatın aşağı şöbələrinə yayılır.
Müəyyən
olunmuşdur ki, bronxların iltihablaşmış. selikli qişası normal selikli qişaya
nisbətən xarici qıcıqlara qarşı daha həssas olur. Hazırda ağciyər-bronx
sisteminin xronik iltihablaşmasmda irsi meylliliyin rolu öyrənilmişdir. Xronik
qeyri-spesifik xəstəliklərin inkişafı 10% halda irsi olaraq cq-antitripsinin
çatışmazlığı ilə əlaqədardır.
Xronik
bronxitin inkişafında allergiyanın rolu tam öyrənilməmişdir.
Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, inkişaf etmiş ölkələrin
əhalisinin 40% -də allergiyanın gizli və ya həqiqi forması müşahidə
olunur. Klinik təcrübələr göstərir ki, xronik bronxitli xəstələrdə çox hallarda
allergik əlamətlər müşahidə olunur. Amma xronik bronxitin inkişafında bir
etioloji faktor kimi allergiyanın rolu tam öyrənilməmişdir.
Patoloji
anatomiyası. Xronik
bronxitdə morfoloji mənzərə patoloji prosesin yayılma dərəcəsindən və müxtəlif
fəsadlardan asılıdır.
Bronxların
selikli qişasının hiperemiyası və hipertrofiyası daha xarakterikdir. Bronxial
vəzilərin hiperfunksiyası, həm də selik ifraz edən qədəhəbənzər hüceyrələrin
sayının artması hesabına bronxial sekretin miqdarının artması müşahidə olunur.
Bronxiollar
asanlıqla sekretlə tutulur. İltihabi proses kəskinləşdikdə bronx mənfəzində
selikli və ya selikli-irinli möhtəviyyatm olması, bronxların selikli qişasının
hiperemiyası müşahidə olunur.
Xronik
bronxitin gecikmiş mərhələlərində selikli qişanın atrofiyası başlayır. Əksərən,
bronx divarının daha dərin təbəqələrinin dəyişilməsi müəyyən edilir. Bronx
divarının nazikləşmiş nahiyəsində bronxoektaziya əmələ gəlir.
Kiçik
bronxların zədələnməsinin (obstruktiv bronxit) üstünlüyü ilə gedən hallar üçün
alveolların genəlməsi, onların divarının atrofiyası, alveollararası arakəsmənin
dağılması və ağciyər emfizemasınm inkişafı xarakterikdir.
Kiçik qan
dövranında baş verən durğunluq nəticəsində ağciyər arteriyaları genəlmiş,
qalınlaşmış olur, bəzi hallarda isə ateromatoz əlamətləri qeyd olunur.
Mikroskopik müayinədə alveolyar divarın destruksiyası və atrofiyası nəticəsində
kapillyar şəbəkənin nazikləşməsi və atrofiy ası aşkar olunur.
Klinik
mənzərəsi. Xronik
bronxitin əsas simptomları müxtəlif miqdar və xarakterli bəlğəmin ayrılması,
öskürək (quru, yaş), ağciyər ventilyasiyasının və bronxial keçiriciliyin
pozulmasıdır.
Öskürək
“qoruyucu it” adlanır. Belə ki, öskürək tənəffüs sisteminə silahlanmış
caninin daxil olmasını xəbər verir. Odur ki, öskürəyin əsl səbəbini aşkar
etməkdən ötrü tənəffüs sistemi hərtərəfli müayinə olunub, xəstəlik müəyyən
edilməlidir.
Əksər
xəstələrdə bir neçə il ərzində əsasən, səhər saatlarında quru və ya bəlğəmli
öskürək müşahidə olunur, buna da xəstələr elə bir əhəmiyyət vermirlər.
Tədricən öskürək güclənir, xüsusən də rütubətli, soyuq havada xəstəni həddən
artıq narahat edir, selikli-irinli və ya irinli bəlğəm ifrazı müşahidə edilir.
Xronik
bronxitin başlanğıc mərhələsində daha çox halda iri bronxlar zədələnir.
Xəstəlik ağırlaşdıqca, daha kiçik bronxlar da prosesə cəlb olunur, bronx keçiriciliyi
pozulur və təngnəfəslik başlayır. Əvvəllər təngnəfəslik fiziki gərginlik zamanı
xəstəni narahat edirsə, sonralar daimi xarakter alır.
Xəstəliyin kəskinləşməsi ilə təngnəfəslik də güclənir. Kiçik bronxların
zədələnməsi ilə xəstələrdə tənginəfəsliklə bərabər sianoz və tutmaşəkilli öskürək
müşahidə olunur, bu hal isti mühitdən soyuğa çıxdıqda daha da güclənir.
Obstruktiv
bronxitin gedişində ağciyər emfizeması və xronik ağciyər ürəyinin inkişafı bir
qanunauyğunluqdur. Xronik bronxitin istənilən mərhələsində ekspirator dispnoye
ilə xarakterizə edilən bronxospastik sindrom müşahidə oluna bilər.
Xəstəliyin
klinikasının əsasını bronxospazım təşkil etdikdə və eyni zamanda allergiya
əlamətləri (vazomotorrinit, dərman və ya qida allergiyası) olduqda, bu hal
astmatik bronxitə aid edilir.
Xroniki
bronxitin kəskinləşməsi mərhələsində subfebril tempratur müşahidə edilir, ümumi
zəiflik, tərləmə, tez yorulma, əsəbilik və bərk öskürəklə əlaqədar müxtəlif
əzələ qruplarında ağrı əmələ gəlir.
Xəstəliyin
başlanğıcında ağciyərlərin perkussiyasmda dəyişiklik tapılmır. Emfizema inkişaf
etdikdə perkutor qutu səsi, həm də ağciyərlərin aşağı hüdudlarının
hərəkətliliyinin azalması qeyd olunur. Qutu səsli sahələr bəzən kütləşmə səsli
sahələrlə əvəz olunur.
Xəstəliyin
remissiya dövründə auskultasiyada vezikulyar tənəffüs, emfizema olduqda
zəifləşmiş vezikulyar tənəffüs eşidilir. Ayrı-ayrı sahələrdə sərt tənəffüs
fonunda xırıltılar eşidilə bilər. Kəskinləşmə dövründə müxtəlif sayda quru və
yaş xırıltılar eşidilir. Bronxospazm zamanı uzadılmış nəfəsvermə fonunda quru
fitverici xırıltılar aşkar edilir.
Qanın
müayinəsində, hətta xəstəliyin kəskinləşməsi dövründə belə dəyişiklik olmaya
bilər. Lakin bəzən zəif dərəcədə neytrofil leykositoz və EÇS-in artması
müşahidə olunur.
Astmatik
bronxit zamanı isə eozinofiliya təyin olunur. Emfizema və tənəffüs
çatışmazlığında hemoqlobinin səviyyəsinin cüzi artması ilə eritrositoz müəyyən
edilir. Qanın biokimyəvi müayinəsində dəyişiklik qeyd olunmur, bəzi hallarda
isə fibrinogenin, sial turşusunun miqdarının artması qeyd olunur, C—reaktiv
zülal reaksiyası isə müsbət olur. Xronik bronxitin kəskinləşməsi uzun müddət
davam etdikdə bəzi halda qanda ağciyər əleyhinə anticisimlərin yüksək titri
təyin edilir ki, bu da xəstəliyin inkişafında autoimmun proseslərin rolunu
göstərir.
Bəlğəm
müayinəsinin nəticələri müxtəlif xarakter daşıyır. Erkən mərhələdə bəlğəm çox
vaxt selikli, kəskinləşmə mərhələsində isə selikli-irinli və ya irinli olur.
Xəstəlik ağırlaşdıqda bəlğəm daimi irinli xarakter alır. Astmatik bronxit
zamanı bəlğəmdə eozinofillər, Kurşman spiralları və Şarko-Leyden kristalları
tapılır.
Rentgenoloji müayinədə dəyişiklik tapılmır. Peribronxial birləşdirici
toxumanın inkişafı və ağciyər arteriyalarının genişlənməsi rentgenoloji
müayinədə ağciyər şəklinin güclənməsinə səbəb olur ki, bu da yanlış olaraq
pnevmoskleroz kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, sonuncu,
xronik bronxit üçün az xarakterikdir. Bronxoqrafik
müayinədə bronxların daralması, yan bronx şaxələrinin sayının azalması,
silindrik və ya kisəformalı bronxoektazlar aşkar edilə bilər.
Xəstəliyin erkən mərhələsinin diaqnostikasında iltihabi prosesin
yayılmasını, dərinliyini, fəallığını dəqiqləşdirməyə imkan verən bron- xoskopik
müayinə böyük əhəmiyyət kəsb edir. Bronxial ağacın yuyuntu kütləsinin sitoloji
müayinəsi, selikli qişanın biopsiyası, bronx möhtəviy- yatının mikrofloraya və
antibiotiklərə qarşı həssaslığının öyrənilməsi bronxoskopik müayinənin
əhəmiyyətini daha da artırır.
Xarici tənəffüs funksiyasının öyrənilməsi (spiroqrafiya, pnevmo-
taxometriya) böyük əhəmiyyət kəsb edir. Ağciyərlərin həyat tutumunun və qalıq
həcminin müayinəsi ağciyər emfizeması və pnevmosklerozun olmasını və
ağırlığını təyin edir. Bronxospazmın diaqnostikasında farma- koloji sınaqlar
praktik əhəmiyyət kəsb edir. Bronxların üzvi zədələnmə- sindən fərqli olaraq,
bronxospazm zamanı bronxolitiklərdən sonra (efed- rin, eufillin, atropin) spazm
halı keçir və ağciyərin həyat tutumu və qalıq həcminin artması müşahidə
olunur. Xəstəliyin əvvəlində öskürək xəstələri səhərlər, yuxudan sonra narahat
edir və ifraz olunan bəlğəmin miqdarı az olur. Öskürəyin səhərlər baş
verməsinə, bronx divarlarının səyrici epitellərinin fəallığının gecəyə nisbətən
daha çox olması ilə bərabər, səhərlər simpatik sinir sisteminin oyanıcılığının
üstünlüyü səbəb olur. Adətən, öskürək soyuq və nəm havada artır, əksinə
quru-isti havada azalır, xəstələr özlərini nisbətən yaxşı hiss edirlər. Xronik
bronxitin kəskinləşmə mərhələsində, öskürək bütün gün ərzində xəstəni narahat
edir. Öskürəyə, qırtlaqda, səs tellərində, nəfəs borusunda yerləşən öskürək
reseptorlarınm qıcıqlanması səbəb olur. Xəstəliyin ağır formasında “hürücü”
xarakter daşıyır. Öskürək vaxtı bəlğəm selikli, irinli, bəzən isə qan qatışmış
olur. Xronik bronxitin kəskinləşməsində 10—17% qanhayxırma müşahidə olunur.
Qanhayxırma olanda, ətraflı müayinə olunaraq ağciyər vərəmi, ağciyər xərçəngi
və bronxoektaziya ilə müqayisə olunmalıdır. Xatırlatmaq lazımdır ki,
qanhayxırma həm də ağciyər arteriyasının tromboemboliya- smda, mitral stenozda,
ürək çatışmazlığında və hemorragik diatezdə müşahidə oluna bilər.
Xronik bronxit zamanı proses kiçik bronxlara yayılmadıqda,
perkussiyada aydın perkutor səs eşidilir. Səs titrəməsi dəyişmir. Xronik
bronxit üçün sərt tənəffüs və quru xırıltılar xarakterikdir, bronxlara maye
bəlğəm yığılarsa, yaş xırıltılar eşidilir. Bərk öskürək zamanı bəlğəm xaric
olarsa, xırıltılar artıq eşidilmir.
Gedişi və proqnozu. Xəstələrin
bir qismində xəstəlik uzun müddət nəzərəçarpacaq üzvi və funksional dəyişiklik
olmadan davam edir. Xəstələr uzun müddət əmək fəaliyyətini saxlamış olurlar. Xəstəliyin
belə gedişi adətən, iri bronxların zədələnməsi hallarında müşahidə olunur, əksinə,
kiçikhəcmli bronxlar zədələndikdə və obstruksiya yarandıqda xronik
bronxit qısa müddət ərzində ağciyər emfizeması ilə nəticələnir ki, bu da
sonradan ağciyər-ürək çatışmazlığının inkişafına səbəb olur.
Xronik
bronxit uzun müddət davam etdikdə bronxların divarlarındakı destruktiv
dəyişiklik silindrik və kisəyə oxşar bronxoektaziyaların əmələ gəlməsinə səbəb
olur. Belə bronxoektaziyaların yaranması tənəffüs çatışmazlığını artırır ki,
bu da öz növbəsində ağciyər ürəyinin inkişafına və onun dekompensasiyasına
gətirib çıxarır.
Xronik
bronxitin ağır gedişi pnevmoniya və ya ağciyər absesi ilə fəsadlaşa bilər.
Xronik astmatik bronxit isə bəzən infeksion allergik mənşəli bronxial astmanın
yaranmasına səbəb olur.
Diaqnozu
və müqayisəli diaqnozu. Anamnezdə tez-tez soyuqdəymə halları ilə bağlı xəstəliklərin, daimi
olaraq öskürək, bəlğəm ifrazı, təngnəfəslik, vaxtaşırı xəstəliyin kəskinləşməsi
əlamətlərinin, xarakterik auskultativ dəyişikliklərin olması, uzun müddət
papiros çəkmə xronik bronxitin diaqnostikasını asanlaşdırır. Xronik bronxitin
əsas xəstəlik və ya başqa bir xəstəliyin simptomu olması məsələsinin həllində
isə çətinlik meydana çıxır. Belə xəstəliklərə xronik pnevmoniya, ağciyər vərəmi,
ağciyər xərçəngi, bronxial astma, bronxoektaziya xəstəliyi, sarkoidoz,
pnevmokonioz, ağciyər mikozu aiddir.
Müqayisəli
diaqnostika məqsədilə rentgenoloji müayinə metodlarından (rengenoqrafiya,
tomoqrafiya, selektiv bronxoqrafiya) istifadə edilir, bronxial ağacdan sitoloji
müayinə və histoloji müayinə üçün selikli qişa parçasının biopsiyası ilə
diaqnostik bronxoskopiya aparılır. Sərbəst nozoloji forma olan xronik bronxiti
xronik pnevmoniya ocağındakı bronx ağacında inkişaf edən lokal iltihabi
dəyişikliklə müqayisə etmək çətindir. Lakin anatomik dəlillər, rentgenoloji
mənzərə və xarici tənəffüsün müayinəsinin nəticələri buna kömək edir. Xronik
bronxit zamanı bronxial sistemdə müşahidə olunan zədələnmə diffuz xarakter
daşıyır, daha tez müddətdə emfizema yaranır. Xronik pnevmoniyada bronxlardakı
iltihabi dəyişikliklər, adətən xronik iltihab sahəsində lokal olaraq inkişaf
edir. Xronik pnevmoniya üçün pnevmoskleroz ocaqlarının yaranması nəticəsində
ağciyərlərin zədələnmiş sahəsinin kiçilməsi xarakterikdir.
Ağciyərin
vərəmi ilə müqayisəli diaqnostikada bəlğəmin vərəm mikobakteriyasma
yoxlanılması və ağciyərlərin rentgenoloji müayinəsi həlledici rol oynayır.
Xronik
bronxitlə ağciyər xərçənginin müqayisəsində bronxoqrafiya müayinəsi kömək
edir. Xronik bronxitin ağciyər xərçənginin erkən mərhələsi ilə müqayisəsi
zamanı bronxoskopiya zamanı alınan materialın sitoloji və histoloji müayinəsi
xüsusi əhəmiyyət kəsb edir.
Müalicəsi
və profilaktikası. Xəstəliyin kəskinləşmə fazasında müalicəni xəstəxana şəraitində
aparmaq məqsədəuyğundur. Kəskinləşmə mərhələsində əmək qabiliyyəti müvəqqəti
itir, ağciyər-ürək çatışmazlığının qoşulması isə əmək qabiliyyətinin davamlı
itməsinə gətirib çıxarır.
Xronik bronxitin müalicəsi kompleks aparılmalıdır. Kəskinləşmənin
müalicəsi əsasən antibakterial terapiyadan ibarət olmalıdır. Mikrofloranın
həssaslığının təyini antibiotikoterapiyanın effektliyini daha da artırır.
əvvəllər antibiotiklərlə müalicə olunmamış və ya az müddət ərzində
xəstə olanlarda əzələ daxilinə 1200000— 3000000 vahid sutkalıq dozada
benzilpenisillin (300000—500000 vahiddən sutkada 4—7 dəfə) və ya onun 0,5—1,0 q
sutkalıq dozada (0,25—0,5 qram, sutkada 2 dəfə) streptomisinlə kombinasiyası
təyin olunur.
Xronik bronxitin gedişi uzanarsa, daha geniş təsir spektrli antibiotiklər-tetrasiklinlər
(tetrasiklin, oksitetrasiklin, xlortetrasiklin, rondo- misin), ampisillin,
levomisetin və s. istifadəsi tələb olunur. 2—3 gün ərzində effekt olmadıqda
antibakterial preparat dəyişdirilir və ya iki və daha çox preparatla
kombinasiyalı müalicə aparılır.
Hazırda xronik bronxitin kəskinləşməsinin müalicəsində sulfanila- mid
preparatları nadir hallarda istifadə olunur. Lakin sulfanilamid preparatları
yüngül gedişli kataral endobronxit zamanı göbələk fəsadları müşahidə olunduqda
istifadə edilə bilər. Uzun müddət təsirli sulfanila- midlərə (sulfadimetoksin,
sulfapiridazin) üstünlük verilir, birinci gün, 1,0—2,0 q dozada gündə bir və ya
iki dəfə, sonrakı günlər isə gündə 0,5—1,0 q bir dəfə təyin edilir.
Kombinəedilmiş preparatlardan baktrim (biseptol) tətbiq edilir.
Göbələk fəsadının profilaktikası üçün daxilə gündə 3—4 dəfə
250000—500000 vahid dozada nistatin və ya 2—3 dəfə 500000 vahid dozada levorin
10—12 gün müddətində və ya flükanazol—həftədə bir dəfə 150 mq dozada təyin
edilir.
Kompleks müalicənin əsas komponentlərindən biri də bronxların drenaj
funksiyasının bərpa olunmasıdır. Bu məqsədlə bəlğəmyumşaldıcı və bəlğəmgətirici
maddələr tətbiq edilir: termopsis cövhəri, gülxətmi cövhəri və ya ekstraktı,
1—2 xörək qaşığı ilə gündə 8—10 dəfə içilir və ya mukaltin həbi 0,5 q gündə 3
dəfə. Ən yaxşı bəlğəmgətirici maddə 3%-li kalium-yodid məhlulu sayılır (xörək
qaşığı ilə gündə 4—6 dəfə). Bəlğəm qatı olduqda fermentlərlə inhalyasiya
məsləhətdir (tripsin, ximotripsin, ribonukleaza, dezoksiribonukleaza və s).
Fermentləri həm də nəfəs borusuna və ya əzələ daxilinə yeritmək olar. 10—20 mq
tripsin və ximotripsin novokain məhlulunda gündə 1—2 dəfə əzələ daxilinə
yeridilir. Bəlğəmi yumşaltmaq məqsədilə həm də çox effektlə mukolitik maddə
tətbiq edilir: əzələdaxili 2 ml 10% asetilsistein məhlulu və ya daxilə
bromheksin gündə 2—3 dəfə qlaucini lasolvan tətbiq olunur. Yalnız quru,
əzabverici öskürək zamanı kodein tətbiq edilir. Qalan hallarda isə ko- dein
məsləhət deyildir, belə ki, kodein öskürək refleksini azaltmaqla bəlğəmin
xaric olmasına maneçilik törədir.
Bəlğəmin daha asan xaric olunmasına qələvi
məhlullarla inalyasi- ya, çoxlu isti maye qəbulu da kömək göstərir. Bronxospazm
olduqda müxtəlif bronxolitik dərmanlar istifadə olunur. Bu məqsədlə daxilə
teofedrin, teofard, solu tan, parenteral yolla isə eufillin məsləhətdir.
Kompleks
terapiya məqsədilə desensibilizasiyaedici və antihista- min preparatlar təyin
edilir (dimedrol, suprastin, pipolfen, kalsiqlükonat, klaritin, allegix,
allerset, astemisol).
Xronik
bronxitin ağır formasında müalicəvi bronxoskopiya göstərişdir, bu məqsədlə
bronxlar Ringer və hidrokarbonat məhlulları ilə yuyulur, bronxlarda olan irin
təmizlənir və bronxlara antibiotiklər, hormonlar və ferment yeridilir.
Tətbiq
olunan köməkçi müalicələr də öz əhəmiyyətini itirməmişdir (banka, xardal, isti
ayaq vannası və s.). Xəstəliyin kəskinləşmə əlamətləri azaldıqda, adətən
xəstəliyin başlanğıcından 4—6-cı gün sonra fizioterapevtik əməliyyatlar
(solyuks, ultrabənövşəyi şüalanma, ultrayüksək tezlikli cərəyan, döş qəfəsinə
novokainlə, kalsium-xloridlə elektrofo- rez), müalicəvi bədən tərbiyəsi təyin
edilir.
Xronik
bronxitin kəskinləşməsində, xüsusilə xronik ağciyər ürəyinin dekompensasiya
əlamətləri olan xəstələrdə hipoksiya və hiperkapni- yanın dərəcəsi yüksəlir ki,
bunu aradan qaldırmaq məqsədilə oksigenoterapiya təyin edilir. Belə xəstələrə
sedativ (xüsusən də morfin) təsirli preparatlar təyin etmək qorxuludur, bu
preparatlar tənəffüs mərkəzinin fəaliyyətini dayandıra bilər.
Profilaktikası.
Siqaret
çəkmək qəti qadağan edilməlidir. Peşə ilə bağlı zərərli faktorları aradan
qaldırmaq lazımdır.
İmmunodefisit
halın fonunda gedən, uzun sürən kəskinləşmə dövrləri ilə davam edən xronik
bronxitin müalicəsinə faqositoz və T—hüceyrə immunitetini stimulə etmək
məqsədilə levamizol, diusifon, T-aktivin, natrium-nukleinat əlavə olunur.
Humoraldefisitli immunitet zamanı polisaxarid preparatları göstərişdir
(pirogenal, prodigiozan, ana- bol), venadaxili plazma və immunoqlobulin
preparatları yeritmək məsləhətdir.
Xronik
burun-boğaz-qulaq xəstəliklərinin (tonzillit, sinusit, rinit, haymorit, polip,
adenoid) vaxtında müəyyən edilərək müalicə edilməsi böyük əhəmiyyət kəsb edir.
Bu xəstəliklər infeksiya mənbəyi olmaqla bərabər, orqanizmi sensibilizasiya
edir.
Xronik
bronxitin kəskinləşməsinin qarşısının alınmasında sana- tor-kurort müalicəsi
xüsusi əhəmiyyət kəsb edir. İsti dəniz iqlimli dəni- zətrafı kurortlara və
yerli dağ və səhra kurortlarına üstünlük verilir.
Xronik
bronxitli xəstələr daim dispanser müşahidəsində olmalıdırlar.
Xronik
bronxitin profilaktikası yuxarı tənəffüs yollarının kəskin kataral iltihabını,
qrip, uşaqlarda kəskin infeksion xəstəliklər (qızılca, göyöskürək) vaxtında və
düzgün müalicə etməkdən ibarətdir. Rasional fiziki tərbiyə, bədən tərbiyəsi və
idmanla məşğul olmaq böyük rol oynayır.
Hiç yorum yok:
Yorum Gönder