26 Şubat 2016 Cuma

xolestronu azaldan qidalar

Xolesterin yağa bənzər maddə olub, qaraciyər hüceyrələrində hazırlanır. Çox az miqdarda hazırlanmasına baxmayaraq, həmin maddə bütün hüceyrə qişalarının yaradılmasına, öd turşularının, hormonların və D vitamininin əmələ gəlməsinə kifayət edir. Lakin qəbul edilən qidanın təsiri ilə xolesterin ifrazının artması onu faydalı maddədən sağlamlığın bir nömrəli düşməninə çevirir. Məsələn, damarların daxili divarlarında, xüsusi ilə də, ürək və beyin damarlarında yığıntı şəklində toplanaraq ateroskleroza səbəb olur. Buradan da ürək xəstəliklərinə yol açılır. Stenokardiya, infarkt və beyin qan dövranının pozulması- insulta qədər bir çox problemlər baş verir.
 Xolesterinin yüksəlməsi günümüzdə ən mühüm sağlamlıq problemləri arasında yer alır. Dünyada və ölkəmizdə ölüm səbəblərinin çoxu ürək xəstəliklərindən qaynaqlanır. Alimlər illərdir ki, xolesterinin artması və dərman istifadəsi ilə bağlı araşdırmalar aparırlar.
 Onların qənaəti belədir ki, xolesterin dərman müalicəsi olmadan da nizamlanır. Məsələn, Badamlı Universiteti Tibb Fakültəsinin kardioloqu və professor Əhməd Qarabulud yazıb:
 1 “Ürək-damar, şəkər xəstəliyi və anadangəlmə xolesterin yüksəkliyini nəzərə almasaq, yüksək xolesterin ilə mübarizədə pəhriz və həyat tərzini dəyişmək müsbət nəticə verir. Xolesterin səviyyəsini aşağı salmaq üçün həyat tərzini dəyişən insanlar, demək olar ki, 2 ay ərzində əvvəlki sağlamlıqlarına qovuşur”.
 2 Həkim Qarabulud xəstələrə xolesterini nizamlayan dərmanları həkimlə məsləhətləşmədən dayandırmağı məsləhət görmür. Onun fikrincə, dərmandan başqa, bəzi qidalar da xolesterini aşağı salmağa kömək edir. Əhməd Qarabulud xolesterinin düşməni olan 11 qidanın siyahısını açıqlayıb.
3 Kətan toxumu faydalıdır, amma diqqətli olun!
Kətan toxumu xolesterin müalicəsində ən çox istifadə edilən bitkilərdən biridir. Lif baxımından zəngindir və antioksidant xüsusiyyətə malikdir. İki ay ərzində gündə 1 xörək qaşığı üyüdülmüş kətan toxumu istehlakı xolesterin səviyyəsini endirir. Həmçinin, bağırsağın fəaliyyətini yaxşılaşdırdığı üçün arıqlamağa kömək edir.
 4 Ancaq kətan toxumunun müalicə məqsədi ilə istifadəsi 2-3 aydan çox davam etməməlidir. Çünki estrogen təsirini nəzərə alıb, xüsusilə, döş və yumurtalıq xərçəngində, həmçinin hamiləlikdə istehlakı təklif edilmir.
5 Gündə 2-3 fincan yemişan çayı
  Yemişan ürək-damar xəstəliklərinin bir nömrəli düşmənidir. O, C vitamini baxımından zəngin bitkidir. Xüsusilə, xolesterin səviyyəsini 2 aylıq müalicədən sonra aşağı salır. Antioksidant xüsusiyyəti olan bu bitkidən gündəlik azı 150 mqr. istehlak edilməsi təklif edilir. Gündə 2-3 fincan yemişan çayı xolesterin səviyyəsini aşağı salır.
 6  Adaçayını həddindən artıq istehlak etməyin
 Mədə və bağırsağın dostu adaçayı eyni zamanda xolesterini salma xüsusiyyətinə malikdir. Antioksidant təsiri olan və bədəni sakitləşdirən bu çaydan gündə 2 fincan içmək kifayətdir. Əlavə olaraq bildirək ki, bazarda satılan bəzi adaçayı növlərinin həddindən artıq istifadəsi qaraciyərə əks təsir göstərir.
 7 Yulaf və arpanın faydası
 Lif baxımından zəngin olan yulaf və arpa həm xolesterini aşağı salır, həm də bağırsaq tənbəlliyinə mane olur.
 8 Bir stəkanı kefir
  Kefirin orqanizmə bir çox faydalı təsiri var. Sümükləri gücləndirir, bədəni xəstəliklərdən müdafiə edir, həm də nizamlı istehlak edildikdə xolesterini azaldır. Xolesterini azaltmaq üçün hər gün 1 stəkan içmək kifayət edir.
  9 Üzüm çəyirdəyi ilə tanış olun
  Qocalmanı gecikdirən və antioksidant xüsusiyyətə malik üzüm çəyirdəyi ilə xolesterin səviyyəsini aşağı salmaq mümkündür. Gündəlik təklif edilən miqdar 150-300 mq-dır. Çox az olsa da, təbii yolla istehlak etmək istəyənlərə gündəlik bir ovuc çəyirdəkli kişmiş, ya da bir porsiya çəyirdəkli təzə üzüm yemək kifayətdir.
 10 Bir ovuc qoz və badam
 Omeqa 3 baxımından zəngin olan qoz və badamın təzəsini hər gün yemək xolesterin səviyyəsini xeyli azaldır. Hər gün bir ovuc, təxminən 30 qram qoz və badam yeyilməlidir.
 11 -  1-2 çay qaşığı keşniş
 Ət xörəklərinə dad verən bu ədviyyatdan gündə 1-2 çay qaşığı istifadə edilməsi xolesterin səviyyəsini xeyli azaldır. Lakin keşnişin əks təsiri də var. Belə ki, təzyiqi azaltdığı üçün çox istehlak edildikdə baş gicəlləndirici təsir göstərir və unutqanlığa səbəb olur.
 12 Həftədə iki dəfə balıq istehlak edin
 Balıq yağı da xolesterini aşağı salan təsirə malikdir. Gündəlik 500-1000 mqr. istehlak edilməsi ilə xolesterin səviyyəsini tarazlaşdırır. Həftədə 2 gün balıq istehlak edilməsi kifayətdir. Alabalıq və ton balığı Omeqa 3-lə ən zəngin balıqlar sayılır.
 Tünd şokolad
 13Şokolad yeyərək də xolesterini aşağı salmaq mümkündür. Şokolad depressiyanı aradan qaldırmağa kömək etsə də, onun həddindən çox qəbul edilməsi ziyan verir. Həddindən artıq şokolad yemək üzdə sızanaqların yaranmasına səbəb olur.
14 Alma
 Əgər alma ağacdan dərilən kimi yeyilərsə, xolesterinin səviyyəsi aşağı düşəcək. Əgər keçənilki alma yeyilərsə, xolesterin dəyişməyəcək. Nitratlarla zəngin alma da  qanda xolesterinin səviyyəsini artırır. Nitratlar və digər toksinlər, zəhərli mikro əlavələr qara ciyərin fermentlərini zəiflədir və onun sintetik funksiyası pozulur. Ona görə də, siqaret çəkməyənlərə nisbətən siqaret çəkənlərdə xolesterin yüksək olur.
15 Bu qidaların çoxu oxşar təsirə malik olduğundan birlikdə istifadə edilməməlidir. Bundan başqa, həmin qidalara arxayın olub xolesterinin dərmanla müalicəsi dayandırılmamalıdır. Bu qidalar istifadə edildikdə dərmanların dozasını, sadəcə, azaltmaq olar.
 Sakit vəziyyətdə yağlı qida qəbulu zamanı  sizi xolesterin səviyyəsinin qalxma  riski gözləmir. Lakin həmin qidanın depressiya vəziyyətində qəbulu zamanı risk edirsiniz.
16 Əgər uzun müddət qida yağlı ət yeyirsinizsə,  xolesterinin yüksək olacağına şübhə yeri qalmır. Lakin ətlə birlikdə çoxlu miqdarda göyərti, tərəvəz, meyvə də qəbul edirsinizsə, xolesterin səviyyəsi təhlükəli həddə qalxmır.
 Əlbəttə, ət, toyuq və balıq təzə olmalıdır.

25 Şubat 2016 Perşembe

qan azliqi


                                          Fol defisitli anemiya
Etiologiyası. Bu növ anemiya fol turşusunun defisiti nəticəsində baş verdikdə sümük iliyində meqaloblastlar müşahidə edilir. Sutkalıq tələbat fol turşusu üçün 100—200 mkq-dır, hamiləlikdə, hemolitik anemiyada bu təlabat daha da arta bilir.
Fol turşusu defisitli anemiya əsasən, bağırsaq xəstəlikləri (spru, bağırsaqlarda cərrahi müdaxilə), alkoholizm, hamiləlik, bəzi dərman preparatlarmm uzun müddət qəbulu (məsələn, qıcolma əleyhinə, fol turşusunun antaqonistləri, sulfanilamidlər), alimentar çatışmazlıq (xüsusilə keçi südü ilə qidalanma) zamanı inkişaf edir.
Patogenezi. Fol turşusu çatışmazlığı qanyaradıcı hüceyrələrdə, o cümlədən eritroblastlarda DNT-nın sintezini dayandırır və hüceyrə bölünməsi pozulur. Nəticədə eritroblastlar böyüyərək meqaloblastlara çevrilir. Sonuncularm çox hissəsi qana daxil olmamış sümük iliyində məhv blur.
Klinik mənzərəsi. Xəstələr ümumi zəiflikdən, başgicəllənmədən, paresteziyadan şikayət edirlər. Bu tip anemiya uşaqlarda və gənc qadınlarda üzün şişməsi, gözdə sarılıq, axiliya, atrofik qastrit və mədə turşuluğunun azalması ilə tez-tez təsadüf edir. Xəstələrin periferik qanmda makrositoz, hiperxrom anemiya, anizositoz müşahidə olunur. Retikulositlərin miqdarı azalmış olur. Trombositopeniya, leykopeniya müşahidə edilir. Ağır halda fol turşusunun çatışmazlığı şizofreniya əlaməti ilə özünü büruzə verir.
Müalicəsi. Fol turşusu ilə (5—15 mq/sut.) orqanizmi təmin etməli. Mədə-bağırsaqda olan patoloji dəyişikliyi müalicə etmək vacibdir. Qida tam dəyərli olmalıdır. İrsiyyət nəzərə almmalıdır. Çalışmaq lazımdır ki, bağırsaqdan fol turşusu sorula bilsin.

Qanın analizi

Vitamin B12-nin defisiti zamanı hiperxrom anemiya, bəzən normoxrom anemiya inkişaf edir. Qanm änalizində oval formada çox böyükhəcmli eritrositlər nüvə qalığı ilə (Jolli cismi, Kebot həlqəsi), tipik makrositoz müşahidə edilir. Periferik hüceyrədə leykositlərin, trombositlərin miqdarı azalır. Sümük iliyində meqaloblastlar tapılır. Metamielositlərin, çubuq nüvəlilərin, seqment nüvəli leykositlərin həcmi və sayı artır. Hiperbilirubinemiya sümük iliyində baş verən məhvolma ilə əlaqədar meydana çıxır. Kəskinləşmə dövründə zərdab dəmirinin miqdarı da arta bilər. Eritrositlərin həyat tutumu azalır.
Müalicəsi. Vitamin B12-defisitli anemiyanın müalicəsinin əsas prinsipi:
1)   Əsas səbəbi aradan götürməli;
2)    Qidanı və həyat tərzini düzgün qurmalı;
3)  Xəstələrə yüksək dozada vitamin B12 təyin olunmalıdır (200—400 mkq), müalicə 4—6 həftə aparılmalıdır. Əgər fol turşusunun və dəmirin çatışmazlığı yoxdursa, müalicədə bu dərmanlarm təyinatma ehtiyac olmur. Sonradan həftədə bir dəfə saxlayıcı doza siankobalamin 500 mkq təyin edilməlidir. Qastroektomiyadan sonra əzələyə mütamadi vitamin B12 vurulmalıdır. Nadir halda eyni qrup və rezusdan olan eritro- sit kütləsi yeridilməlidir. Qaraciyər preparatlarmdan vitohepat, sirepar yeritmək olar. '

Mədə-bağırsaqda olan patoloji proses aradan götürülməlidir. Xəs- təliyin anadangəlmə, irsi formalarmm müalicəsi xeyli çətindir.

Əsəbilik, yorğunluq, yuxusuzlu və onlardan azad olmanin təbi yolları



Əsəbilik, yorğunluq və yuxusuzluq 

Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Tə”sirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.
Bir sıra mənfi amillər – nigarançılıq, təngə gəlmək və s. yorğunluqa və nəticə e”tibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.
Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət tə”sir gös`tərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100q qaynadan suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər. Onun yağını isə əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.
Bədmüşk yarpağının qaynanmış suyu və ya çiçəyinin dəmləməsi (150q qurumuş çiçəyi 1L qaynar suda 12 dəq ərzində dəmləyib bir az şəkər qatırlar) gündə 3 dəfə olmaqla yeməkdən əvvəl 1 fincan tövsiyə edilir.
Əsəb pozğunluğunda 15–30q quru razyananı xırdalayıb 1L soyuq suya tökür, od üzərində 1 dəq qaynadırlar. Sonra onu 10 dəq ərzində dəmə qoyur, süzüb bir az bal əlavə edərək yeməkdən sonra 1fincan işlədirlər. Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər sakitləşir. Bu baxımdan 10q pişikotu kökünün 1L suda qaynamasından alınan məhlul da faydalı sayılır.
Əsəbdən doğan ağrılar zamanı 5q xırdalanmış tərxunu 1 fincan qaynanmış suda bir müddət dəmə qoyur, yeməkdən sonra içirlər. Əsəbi narahatlığı olanlar üçün üzüm xeyirli vasitələrdən biri sayılır. Onun şirəsini işlətmək daha yaxşıdır. Ispanaq və vəzəri də yorğunluq və əsəbi narahatlıq zamanı faydalıdır. Xaşxaş yuxu gətirəndir və əsəbləri sakitləşdirir. Onun çiçəyindən də istifadə edirlər.
Əsəb ağrıları olan yerlərə qozun qərzəyindən, bişmiş kələm yarpağından təpitmə qoymaq müsbət tə”sir göstərir. Sarımsağı döyüb yumşaldır, onu kamfora yağı ilə qatıb fəqərə sütununa sürtürlər. Bu cür masaj həm yorğunluğu çıxarır, həm də əsəbləri sakitləşdirir.
Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 q-dək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1L qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhət görülür.
Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir. Alma, ərik və limon şərbəti də əsəbləri möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir. Əsəbi böhran və gərginlik hallarında portağal və naringi yemək əsəbi amilləri tənzimləməyə kömək edir. Mərəçüyüd və sumaq isə əsəblər üçün zərərdir.
Əsəb xəstəliyi olanlar dağətəyi yerlərdə, yaxşı abhavası olan yaylaqlarda, sakitlik şəraitində istirahət etməlidirlər.
Yuxusuzluğu törədən səbəblər müxtəlif ola bilər. Bundan asılı olaraq, yuxusuzluğu aradan qaldırmaq üçün müvafiq tədbirlərdən istifadə olunur.
Bə”zi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli gəlir. Belə olduqda ürəyin fəaliyyəti pisləşir, qan dövranının normal davam etməsi pozulur. Bu zaman həzm prosesini gücləndirən tədbirlər görmək lazımdır.
Yataq yeri rahat, otağın havası təmiz, qış zamanı yatarkən ayaqlar isti olmalıdır. Rahat yatmaq üçün yatmazdan əvvəl xaşxaş qabığının qaynanmış suyundan 1 fincan içmək lazımdır. Bunun üçün 10q yetişmiş, quru xaşxaşın qabığını 200q suda 5 dəq qaynatdıqdan sonra, 10 dəq müddətində dəm çəkməyə qoyurlar. Sonra onu süzür, azca bal əlavə edərək 1 fincan içirlər. Yuxusuzluğa qarşı işlənən dərmanlardan biri də pişikotunun dəmləməsidir. Bunun üçün onun 60–100q quru kökünü 1L suya tökərək 12 saat saxlayır, sonra süzüb ondan 1 fincan içirlər.
Başqa bir vasitə kimi, 25q təzə dərilmiş və ya quru itburnu meyvəsini 1L soyuq suda 3 saat isladırlar. Sonra mülayim od üzərində 5 dəq qaynadır, 15 dəq dəm aldıqdan sonra süzüb bir azca şirin edərək, gün ərzində bir neçə dəfə içirlər.
Yuxusuzluq və əsəbi narahatlığı olan alamlar, şam yeməyi zamanı kahı yeməlidirlər. Axşamlar yatmazdan əvvəl alma yemək də bu baxımdan faydalıdır. Belə adamlar özlərinin yemək rejimlərini elə tərzdə tənzim etməlidirlər ki, ardıcıl sürətdə çox ət, yumurta və tərkibində nişasta olan başqa yeməklərdən bir növ pəhriz saxlamış olsunlar. Bunun əvəzində yemək zamanı daha çox göyərti və turş meyvələr, o cümlədən limon işlətmək məsləhətdir.
Zehni əməklə məşğul olan şəxslərə yemək zamanı soğan işlətmək məsləhət görülür. Zəiflik, əsəbi və fiziki yorğunluq zamanı, soğan orqanizm tərəfindən tez məsrəf olunur, nişasta tərkibli maddələrin həzmini asanlaşdırır və beləliklə orqanizmi yatmaq üçün hazırlayır. Bu baxımdan şam yeməyi zamanı qara turp işlətmək də faydalı hesab edilir.
Yuxusuzluq zamanı 25q pərpərəni 1L suda dəmləyərək işlədirlər. Qocaların yaxşı və çox yatması üçün yeralması yemək tövsiyə edilir. Xiyarın da yuxu gətirmək xüsusiyyəti vardır. Şam yeməyindən sonra naringi yemək də rahat yuxu gətirir. Balqabaq tumunun şirəsini süd və ya suda bişirib işlətmək, yuxusuzluq hallarında tövsiyə edilir.
Yuxusuzluğa qarşı işlədilən vasitələrdən biri də bədmüşkdür. Onun 50q qurumuş yarpağını 1L qaynar suda 2 dəq qaynadır, 10 dəq ərzində dəmə qoyurlar. Sonra süzərək gündə 3 dəfə, hər dəfə 1 fincan işlədirlər. Bədmüşkün 50q qurumuş çiçəyini 1L olduqça qaynar suda 12 dəq dəmləyir, sonra şirinləşdirib gündə 3 dəfə, hər dəfə də 3 fincan yeməkdən əvvəl işlədirlər.


24 Şubat 2016 Çarşamba

bas agrisina karsi 5 sade yol

Çoxumuzun çətinliyi olan baş ağrılarını 5 sadə yolla azaltmaq mümkün.

Baş ağrıları, sinir pozucu dərəcədə şiddətli ya da əhəmiyyət verilməyəcək qədər yüngül ola bilər. Lakin şiddəti nə olursa olsun davamlı ya da tez-tez baş ağrısı çəkən insanlar bundan əhəmiyyətli dərəcədə təsirlənər. Bu ağrı kəslərin həyatdan al/götürdükləri zövqü azaldar, gündəlik həyatlarının mənfi bir istiqamətdə irəliləməsinə səbəb olar. Baş ağrılarınızı azaltmaq üçün bu 5 üsulu təcrübəyə bilərsiniz.
1- Sağlamlıq şərtlərinizi inkişaf etdirin.
Etməniz lazım olan ilk şey ikincil baş ağrınız olmadığından əmin olmaqdır. Bu, digər sağlamlıq problemlərinizin yan təsiri olan baş ağrısıdır. Bunu təyin etmək baş ağrınızın səbəbinin nə olduğunu anlamaq üçün sizə köməkçi olar; lakin baş ağrınızı tətikləyici faktorları təyin edə bilmək uzun zamanınızı ala bilər. Baş ağrınızın başlanğıcından 48 saat əvvəl nə yediyinizi və nələr etdiyinizi və ədəd/adət dövrünüzü idarə edə bilmənizi təmin edəcək tarixi və saatı olan bir gündəlik yapış.

2- Boyunuzu gücləndirin.
Zəif boyun əzələləri kürəyinizin üst tərəfində alt boyunuza və daha sonra üst boyunuza irəliləyən bir ağrıya niyə/səbəb ola bilər. Zəif əzələlər kompüterin qarşısında çox çox zaman keçirməkdən və qadınların uzun müddət hörgü hörməsindən ötəri meydana gələ bilər. Trapez əzələlərindəki zəiflik kürəyinizin üst tərəfində ağrıya niyə/səbəb ola bilər. Bu bölgəni gücləndirmək ağrını %80 azalda bilər.

3. Bu ağrını tərləyərək atmağa çalışın.
Getmək, üzmək və velosipedə minmək yalnız ürək sağlamlığınız üçün deyil; belinizin incəliyi və cinsi cazibədarlığınız üçün də faydalıdır. Nizamlı aerobik məşqləri demək daha az baş ağrısı deməkdir. Çünki məşq stressi azaltmağa, sizi rahatlaşdırmağa və ağrı kəsici endorfinlerin dərəcəsini artırmağa köməkçi olar. Eyni şəkildə, yoga, gərmə məşqləri və meditasyon da gərginliyi azaldar və buna görə baş ağrısına səbəb olan kimyəvi vəziyyətləri də rahatlaşdırar.

4. Qida möhkəmlətmələrini təcrübənin.
Bəzi vitaminlər, minarələr və digər qida dəstək məhsulları baş ağrısını önləməyə köməkçi ola bilər. Bu qida möhkəmlətmələrinin arasında B2 vitamini (səhərlər 400 milliqram riboflavin), koenzim Q10 (gündə üç dəfə 200 milliqram) və maqnezium sülfat (gündə iki dəfə 200 ilə 400 milliqram; heç olmasa seyrək olaraq böyük tualetə çıxırsınızsa) vardır. Bu qida möhkəmlətmələrinin məhsuldarlığı mövzusunda ümumi bir qərara varılamamıştır; lakin xroniki problemləriniz varsa sınağa dəyər. Bunu sınamaq 6 həftənizi al/götürəcək.

5. Təzyiq nöqtələrinə toxunun.
Bəli, barmaqlarınızın sizi rahatlaşdırmasına icazə verin. Asiyada 2000 il əvvəl inkişaf etdirilən akupresür, barmaqlarınız bədəninizdəki əzələlərlə əlaqədar stressi rahatlaşdıran nöqtələrə təzyiq etdiyində işə yarayar. ‘Shiatsu (bir növ Yapon masajı)' masajını etdirin ya da bir dahaki səfərə başınız ağrıdığında indi sizə verəcəyimiz addımları izləyərək bu masajı özünüz edin. Lakin hamiləsənsənik bu masajı etməyin!
- Gicgah sümüyü əzələnizin ortası: Bu, gicgah bölgəsinin tam ortasında var. Bu bölgəni baş barmağınız ilə orta barmağınızı bir-birinə yaxın şəkildə tutaraq əzələ sahəsində yumşalmağı hiss edənə qədər ovun. Əgər bu nöqtəni təyin etməkdə çətinlik çəksəniz barmaqlarınızı gicgahlarınıza yerləşdirin və sonra azı dişlərinizi bir neçə dəfə möhkəmin. Gicgah əzələlərinin ortasındakı ana əzələnin çıxıb endiyini hiss edəcəksiniz.
- Qulaqlarınızın arxası: Başınızın arxa tərəfindəki, qulaqlarının arxasındakı sümüyün dərhal önündəki kəllə nöqtələrini təyin edin və baş barmaqlarınızla 2 dəqiqə qədər dairəvi təzyiq tətbiq edin.
- Gözlərinin arası: Burnunuzun dərhal üzərindəki toxumanı orta barmağınızı bir gözünüzə baş barmağınızı da digərinə yaxın bir şəkildə yerləşdirərək möhkəmin. Yavaşca yuxarıya doğru itələtdirin, beləcə qaşlarınızın kənarlarında təzyiqi hiss edəcəksiniz.
- Əl toxuması: Baş barmağınızı və işarə barmağınızı istifadə edərək digər əlinizin baş barmağı ilə işarə barmağı arasındakı yumşaq toxumanı sıxışdırın və təzyiq tətbiq edin.


23 Şubat 2016 Salı

HƏSSAS DƏRİNİ YUMAQ ÜÇÜN CÖVHƏR

HƏSSAS DƏRİNİ YUMAQ ÜÇÜN CÖVHƏR. XVIII əsrdə Həsən İbn Rza Şirvani dəriyə qulluq еtmək üçün çobanyastığı çiçəyindən istifadə еtməyi məsləhət еdirdi. Müasir kosmеtoloqlarbеlə bir nüsxəni tövsiyə еdirlər: nanə, çobanyastığı, dazı, cökə. Hərəsindən 1 çay qaşığını götürürlər və üzərinə 2 stəkan qaynar su tökərək 1 saat saxlayırlar. 1 çay qaşığı qlisеrin də əlavə еtmək olar. Başqa bir rеsеpt: 2 ovuc buğda dənini 1 litrə suda 20 dəqiqə qaynadırlar. Həlimi süzüb, soyudurlar. Bu mayе ilə hər gün üzü yuyurlar. Bu həlim quru və həssas dəriyə müalicəvi təsir göstərməklə iltihabı aradan qaldırır.

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...