Əsəb xəstəliyi ve tesirinden əmələ gələn digər xəstəliklər. Əsəbi və yuxusuzluğu aradan qaldıran təbii vastələr
♦ Elə bir xəstəlik yoxdur ki, əsəb sistemi ilə
bağlı olmasın. Sinir sistemi orqanları həyat faəliyyətində həlledici rol
oynayır. Narahatlıq, həyəcan, əsəb pozğunluğu, ürək xəstəliyinə, yüksək qan
təzyiqinə, vərəmə belə gətirib çıxara bilər.
Qəflətən qəzəblənmək,
xüsusi ilə ürək xəstəliyi, ya hiporteniya (təzyiq) zamanı iflic olmağa, beyinə qan sızmasına, ölümlə nəticələnməyə səbəb ola bilər. Yadda
saxlamaq lazımdır ki:
-
Qorxu hissi
və ağlamaq ürək üçün,
-
Qəzəb hissi
qara ciyər üçün təhlükəlidir,
-
Qorxu, nigaranlıq
böyrəklərə,
-
Qəmginlik dalağa, mədəaltı vəzə,
-
Darıxma ağciyərə
zərərlıdir.
Artıq
həyəcan mədənin pozulmasma səbəb olur. O uzun müddət davam edərsə qastritə,
mədə divarlarınm dağılmasına və yara
əmələ gəlməsinə səbəb ola bilər.
-
Tər ifrazmı sinir sistemi nizama salır. Tez
əsəbləşən adamlar daha çox tərləyir. Belə adamlar nə inki isti havada, hətta
yünğül fıziki işdən, kiçik bir həyəcanlamadan da tərləyirlər. Əsəbləri
sakitləşdirmək üçün idman və soyuq suda yuyunmaqdan istifadə edilməlidir.
Bunlar əsəbləri sakitləşdirən vasitələrdir. Əsəbləri sakitləşdirməyin və
möhkəmləndirməyin qayğısına daim qalmaq lazımdır.
-
Müəyyən edilmişdir ki, mədə xorası təkcə mədənin
deyil bütün orqanizmin xəstəliyi hesab olunur. Ona görə ki, sinir sisteminin
vəziyyəti ilə sıx əlaqədardır.
-
Xalq
təbibləri məsləhət görürlər ki, əsəbləri sakitləşdirmək, beyin və ürək
damarlarının fəaliyyətini tənzimləmək üçün zirinc dəmlənməsi içmək lazımdır.
Bir xörək qaşığı zirinci bir stəkan qaynar suda 10 dəqiqə dəmləyib üstünü
örtür, sonra cunadan keçirib (süzüb) ondan gündə 3 dəfə, hər dəfədə yarım stəkan
içirlər.
-
Yovşan
bitkisinin uc hissəsini xırda-xırda doğrayıb onun bir xörək qaşığım bir stəkan
qaynar suda dəmləyib, süzür və axşamlar ondan yarım stəkan icirlər. Bu əsəbləri
sakitləşdirir və şirin yuxu gətirir.
-
Şərq
qərənfilinin çiçəyindən və yarpaqlanndan 20 qr. götürüb bir stəkan qaynar suda
dəmləyib üstünü basdırırlar. Sonra süzərək ondan gündə 3 dəfə, hər dəfədə yarım
stəkan içmək əsəb sistemini möhkəmləndirir.
-
Xamırmaya
otunun xırdalanmışından 3 xörək qaşığını 3 stəkan qaynar suda 5 dəqiqə dəmləyir
sonra onu süzüb bir az şəkər qataraq ilıq halda gündə 3 dəfə, hər dəfədə yarım
stəkan içirlər. Bu yuxugətirən dərmanların ən təsirlisidir və yuxusuzluğu
aradan qaldırır.
-
Yatmazdan
qabaq təzə ilıq südə bir çay qaşığı bal qarışdırıb qurtum-qurtum için. Sonra
bir tikə qəndə 30-40 damcı pişikotu (valerian) cövhəri damcıladıb sorun. Bu
yaxşı yatmaq üçün ən münasib təminatdır.
-
Xalq
təbibləri eyni miqdarda yarpızı və kəklikotunu xırda doğrayıb qarışdırmağı və
onun 20 qramını bir stəkan qaynar suda 10-15 dəqiqə dəmləyib gündə 3 dəfə, hər
dəfədə yarım stəkan içməyi lazım bilirlər. Bunu 2 həftə davam etdirmək
lazımdır. Nəticədə əsəblər sakitləşir və yuxusuzluq aradan qaldırılır.
-
Çobanyastığı
çiçəyinin 20 qramını bir stəkan qaynar suda bir saat saxlayıb sonra onu ikiqat
tənzifdən keçirin, bir qədər şəkər töküb qarışdırın və için. Hər axşam
yatmazdan əvvəl belə etsəniz əsəb gərginliyinin əmələ gətirdiyi əziyyətdən
xilas olarsınız.
-
Qurudulmuş
razyanam (boyananı) ovub ondan 20-30 qramını götürüb üzərinə 1 litr su töküb
vam odun üzərində qaynamağa başlayandan bir dəqiqə sonra götürüb 10 dəqiqə
dəmdə saxlayırlar. Hər dəfə yeməkdən bir az sonra bir stəkan içirlər. 10-15
günlük belə müalicədən sonra əsəblər sakitləşir və yuxusuzluq halları aradan
qalxır.
-
Əsəb
sistemi pozulmuş narahat tipli adamlar 20 gün müddətində bədəninin ümümi
çəkisinin hər kiloqramına bir millilitr hesabı ilə abqora (Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin
şirəsi, qorasuyu) içsələr
xeyrini görərlər.
-
Çuğunduru
döyüb sıxıb şirəsini çıxarın və onu eyni miqdarda balla qanşdırıb, yatmazdan
əvvəl bir stəkan için. Bu qan təzyiqini aşağı salır, əsəbləri sakitləşdirir və
şirin yuxu gətirir.
-
Istər çiy
halda, istərsə də bişmiş halda yeyilən kahı yuxusuzluğu aradan qaldırmaq
təsirinə malikdir. Gündə bir neçə dəfə kahı yeməklə müalicəni 1-2 həftə davam
etdirmək lazımdır.
-
Bir
stəkan qaynar suya 2-3 ədəd bənəvşə yarpağı atıb 10 dəqiqə dəmləyir, süzür və
bir çay qaşığı bal qanşdırıb axşam yatmazdan əvvəl içirlər. Bu yuxusuzluğu dəf
edir və şirin yuxu gətirir.
-
50 qram şüyüd toxumunu 500 millilitr çaxıra
(kaqora yaxud partveynə) qatıb 15-20 dəqiqə zəif odda qaynadın, süzüb sıxaraq
şirəsini çıxarın. Bu şırədən yatmazdan bir az qabaq yarım stəkan için. Bu yaxşı
yuxu gətirən vasitə hesab olunur.
-
Xalq təbabətçiləri yemşam yuxugətirənlər sırasma
daxil edirlər. 100 qram əzilniş və ya döyülmüş yemşana yarım litr su əlavə edib
vam odda 30 dəqiqə dəmləyirlər. Sonra 10-15 dəqiqə soyudur və süzürlər. Bu
dəmləmədən gündə 3 dəfə 50-60 qram qəbul edirlər. Yuxusuzluğa qarşı müalicənin
müddəti 2 həftəyə qədərdir.
-
10 qram
təzə açılmış yemşan çiçəyini 100 qram arağa qatıb qarışdırm və 10 gün qaranlıq
yerdə saxlaym. Sonra süzüb bundan gündə 3 dəfə, hər dəfədə 20-25 qram suya qatıb
qəbul edin. Bu sizi əsəb ərginliyindən xilas edəcəkdir. Müalicəni 2 həftə davam
etdirmək lazımdır,
-
Əsəbləri
möhkəmləndirmək üçün badamı suda isladıb qabıqdan təmizləyirlər. Gündə 30 ədəd
(gündə 3 dəfə, hər dəfədə 10 ədəd hesabı ilə) yemək faydalı hesab olunur. Müalicəni,
vəziyyətindən asılı olaraq, xəstə özü müəyyən etməlidir.
-
Novruzgülünün qurudulub döyülmüş və ovulmuş
yarpaqlarından 5 qramını 200 qram suda 10 dəqiqə qaynadır, soyudub sıxaraq
şirəsini alırlar. Bu şirədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı içirlər.
2 həftəlik müalicədən sonra əsəbləriniz möhkəmlənəcək, fıziki gərğinliyiniz yox
olacaq, itirilən qüvvəniz bərpa olunacaq.
-
Xalq
təbibləri deyirlər ki, şam edərkən xörəklə yanaşı bir baş orta böyüklükdə soğan
yemək möhkəm və gümrah yuxuya zəmin yaradır.
-
Gündə 3
dəfə, hər dəfə yeməkdən sonra bir stəkan limon şirəsi içmək əsəbləri möhkəmləndirir.
-
Hər gün
portağal və naringi yemək, yaxud onların şirəsin içmək əsəb böhranı və
gərginliyi zamanı çox faydalıdır.
-
Əsəb
xəstəliyində 2 dəstə təzə gəndalaş və gicitkəni doğrayıb üzərinə 2 yumurta
çırpıb yemək çox xeyirlidir. 5-6 gün təkrar etmək lazımdır.
-
Yuxusuzluqda
hər axşam bir stəkan turp suyu içmək (2-3 gün) məsləhətdir
-
Yuxusuzluqda
vaxtaşırı axşamlar yovşan və damotundan müəyyən qədər dəmləyib içmək
məsləhətdir.
-
Əsəb
xəstəliyindən əziyyət çəkənlər vaxtaşırı alma və şaftalı yeməlidir.
-
Əsəbləri
xəstə olanlar yaz vaxtı şahtərə oturidan hazırlanmış dovğa və qutab yeməsi
(vaxtaşırı) məsləhətdir.