16 Mart 2016 Çarşamba

ŞƏKƏRLİ DİABET


ŞƏKƏRLİ DİABET

ŞƏKƏRLİ DİABET - orqanizmdə mədəaltı vəzinin hormonu olan insulinin olmaması və ya çatışmaması ilə əlaqədar olan xəstəlikdir. Bu zaman maddələr mübadiləsi və başlıca olaraq karbohidrat mübadiləsi pozulur. Az və ya çox sürən gizli dövrdən sonra xəstəliyin aşkar olan başlıca əlamətləri
çətin dəf edilən susuzluq, bol sidik ifrazı, ağızda qumluq,zəiflik, bəzi təsadüflərdə kəskin surətdə anqlama, başqa təsadüflərdə - piylənmədir. Xəstəlik yüngül və orta ağırlaqda getdikdə müalicəvi qidalanma əsas müalicə vasitəsi, ağır təsadüflərdə isə dərman müalicəsinə zəruri əlavədir. Şəkərli diabeti olan hər bir xəstəyə təyin edilə bilən vahid pəhriz yoxdur. Daimi pəhriz təyin etməzdən əvvəl xəstənin sidikdə şəkərin miqdarı artmadan hansı karbohidrat yükünə dözə bildiyini aydınlaşdırmaq lazımdır. Bu məqsədlə 9 Ns-li pəhriz təyin edilir. Karbohidratlara dözümün müəyyən edilməsindən asılı olmayaraq həmin pəhriz karbonat mübadiləsinin normallaşmasma yaxşı təsir göstərir. Pəhrizdə nəzərdə tütulan miqdarda (300 q) karbohidratlara dözən, xəstəliyin yüngül və ya orta ağırlıqda getdiyi insulin yeridilməyən və ya kiçik dozada (20-30 vahidədək) yeridilən xəstələrə 9 N2-Iİ pəhriz üzun müddətə təyin edilir. Piylənməsi olan xəstələrdə şəkərli diabet zamanı 8 Ne-li pəhriz təyin edilir və həmin pəhrizdə məsləhət görülən yüngülləşdirmə günləri tətbiq edilir. Şəkərli diabet orta ağırlıqlı və ağır formalan olan, daim böyük dozalarda insulin yeridilən xəstələrə tərkibinə görə fizioloji 15 N°-li pəhrizə yaxin pəhriz təyin edilir - karbohidratların miqdarı (400-450 qramadək) və enerji dəyəri (3000-3250 kkal.-dək) bir qədər azaldılır. Karbohidratların qida qəbulları arasmda bölüşdürülməsinin böyük əhəmiyyəti vardır, insnlinin yeridilməsi buna müvafiq olmalıdır. Karbohidratlann əsas kütləsini birinci səhər yeməyindən və nahar yeməyindən əyvəl vermək və həmin qida qəbullanndan əvvəl insulin təyin etmək məsləhət görülür. Onda ikinci səhər yeməyindən və şam yeməyindən əvvəl insulin yeritmək tələb olunmur. Bəzi xəstələrə insulin yeritdikdən -2-3 saat sonra qanda şəkərin miqdarinin kəskin surətdə azalması ilə əlaqədar olan əlamətlər inkişaf edir: son dərəcə zəiflik, dərinin avazıması, titrəmə, qorxu hissi. Belə xəstələrə insulin yeritdikdən 2 saat sonra sutkalıq norma hesabina kiçik miqdarlarda karbohidratlar (sıyıq, tərəvəz püresi, meyvə və s.) qəbul etməklə hissə-hissə qidalanma təyin edilməlidir.

Şəkərli diabetin təhlükəli ağırlaşması diabetik komadır - huşun itməsi və bütün həyat üçün vacib funksiyalarin (tənəffüs, qan dövram və s.) pozulması, Koma qəflətən, çox vaxt isə qabaqcadan aşkar olan ilk əlamətlər dövründən sonra inkişaf edir ki, bu da diabetin bütün əlamətlərinin son dərəcə güclənməsi, narahatlıq hissi, bqzən qusma, ağızdan aseton qoxusu ilə səciyyələnir. Koma təhlükəsi (ilk əlamətlərin aşkar olması) zamanı rasionda yağlann və zülallarm miqdarı müvafıq olaraq 30 qramadək və 50 qramadək, karbohidratlarm miqdarı 300 qramadək azaldılır, həm də onlar əsasən asan mənimsənilən şəkərlər şəklində verilir (şirin çay, kisel, kompot və s.). təcili yardım tələb olunur. Komadan çıxdıqdan sonra əsasən karbohidrath yemək verilir və tədricən 9 N2-Iİ pəhrizə keçilir.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...