9 Mart 2016 Çarşamba

Kəskin bronxit

Kəskin bronxit

Etiologiyası və patogenezi. Kəskin bronxit bronxların kəskin iltihabı olub, tənəffüs orqanlarının ən çox yayılmış xəstəliyidir.

Kəskin bronxit xəstəliyinin ən çox rast gəlməsi halları xüsusən, yuxarı tənəffüs yollarının kataral iltihab xarakterli xəstəliklərinin artdığı dövrdə və qrip epidemiyası zamanı qeyd edilir. Kəskin bronxitin əmələ gəlməsinə 80% virus infeksiyası, 20% isə bakterial infeksiya və xarici kimyəvi faktorlar səbəb olur. Bəzi hallarda isə allergik mənşəli də ola bilər.

Kəskin bronxit virus mənşəli olduqda, patoloji proses daha çox halda traxeya və bronxlara yayılmış olur. Bronxlarm zədələnməsinə həm də ağır gedişə malik qızılca, göyöskürək və difteriya kimi xəstəliklər səbəb olur. Kəskin bronxitin etiologiyasmda qrip virusu olduqca böyük rol oynayır, belə ki, yuxarı tənəffüs yollarının selikli qişası epitellərinin və simpatik sinir sistemi qanqliyalarının virus təsirindən zədələnməsi bronxların trofikasının pozulmasına gətirib çıxarır. Bu da spesifik və qeyri-spesifik müqaviməti zəiflədərək, bakterial floranm aktivləşməsinə səbəb olur.

Kəskin bronxitli xəstələrin bəlğəmində inflyuens çöpləri, pnevmo-kokklar, hemolitik streptokokklar, qızılı stafilokokklar, Fridlender çöpləri, nadir hallarda isə başqa flora tapılır. Bəzi hallarda isə qarışıq flora müəyyən edilir.

Soyuqlama, siqaretçəkmə, spirtli içkilərə aludə olmaq, xronik intoksikasiya kimi faktorlar bronxitlərin inkişafma kömək edir.

Yuxarı tənəffüs yollarmda müşahidə olunan ocaqlı infeksiyalar (sinusitlər, rinit, tonzillit və başqaları) kəskin bronxitin yayılmasma kömək edən amillərdəndir. Nəfəs alman havanm tərkibində kükürd, sulfat, xlor və ya başqa bu kimi zəhərli maddələrin olması kəskin toksik bronxitin inkişafma səbəb olur.

Nəfəsalma zamanı havanm tərkibində çoxlu miqdarda tozun, xüsu-silə də üzvi tozlarm olması kəskin toz bronxitinin inkişafma səbəb olur.

Patoloji anatomiyası. Kəskin bronxitin yüngül formasında dəyişiklik yalnız selikli qişada əmələ gəlir, xəstəliyin ağır mərhələsində isə patoloji proses bronx divarmm bütün qatlarmda müşahidə olunur. Selikli qişada ödem, hiperemiya, selikli-irinli və ya irinli eksudat əmələ gəlir.

Kəskin bronxitin ağır formasmda selikli qişada qansızma müşahi-də olunur, ekssudat hemorragik xarakterli ola bilər. Bəzi hallarda kiçik bronxlarm və bronxiolların sekretlə tam tutulması halları müşahidə olunur. İltihabi proses yayılmış, ya da məhdud xarakter daşıyır.

Klinik mənzərəsi. Kəskin bronxit xəstəliyi ümumi intoksikasiya və bronxlarm zədələnməsi əlamətləri ilə özünü büruzə verir.

Yuxarı tənəffüs yollarmm kəskin iltihabının simptomları olan xəstədə quru, qıcıqlandırıcı öskürəyin, döş sümüyü arxasmda ağrının  meydana çıxması iltihabi prosesin traxeyaya yayıldığını göstərir.

Proses tezliklə iri, sonra isə kiçik bronxlara keçməklə, tənəffüs yollarınm keçiriciliyini pozur və tutmaşəkilli öskürəyin, təngnəfəsliyin yaranmasma səbəb olur.

Kəskin bronxitin 2—3-cü günündə az miqdarda bəlğəm ifraz olunmağa başlayır (sutka ərzində 50 ml-ə qədər), bəlğəm selikli və ya selikli-irinli olur, bəzən bəlğəmdə qan qarışığı da müşahidə olunur.

Əksər xəstələrdə öskürək və diafraqmanın qıcolması ilə əlaqədar olaraq döş qəfəsinin aşağı hissəsində ağrılar, ümumi zəiflik, əzginlik, bel-oma nahiyəsində və ətraflarda ağrılar, bəzən isə tərləmə qeyd olunur.

Temperatur adətən normal və ya bir neçə gün müddətində subfeb-ril olur, xəstəliyin ağır mərhələsində temperatur 37,5—38°-yə qədər yüksəlir. Qriplə əlaqədar olan kəskin bronxit zamanı temperatur 38—39°-yə qalxır, dodaqlarda uçuqlar, udlaq və əsnəyin selikli qişasmda hiperemiya, bəzən isə hətta nöqtəli qansızmalar əmələ gəlir. Ağciyərlərin perkussiyasmda aydın ağciyər səsi (bəzən qutu səsi) müəyyən edilir. Ilk günlər auskultasiya zamanı vezikulyar tənəffüs (nəfəsvermə fazasmın uzanması ilə), quru fısıldayıcı və ya vızıldayıcı xırıltılar eşidilir. Öskürəkdən sonra xırıltılarm sayı azala bilər. Bəzi hallar-da, sakit tənəffüs zamanı xırıltılar eşidilmir, yalnız güclənmiş tənəffüs zamanı eşidilir. Kəskin bronxitin başlanmasından 2—3 gün sonra müxtəlif ölçülü yaş xırıltılar eşidilə bilər.

Digər orqanlarda cüzi dəyişiklik müşahidə olunur. Bəzi hallarda taxikardiya, baş ağrısı, zəiflik, yuxunun pozulması kimi əlamətlər müşahidə olunur.

Rentgenoloji müayinədə dəyişiklik olmur. Qismən isə ağciyər kö-künün genəlməsi müəyyən edilir.

Xarici tənəffüs funksiyasının müayinəsi zamanı ağciyərin həyat tutumunun azalması (normanm 15—20%-ə qədəri) müəyyən edilir. Tənəffüsün dəqiqəlik həcminin artması hesabına qanın oksigenlə zənginləşməsi normada qalır. Patoloji proses kiçik bronxlara yayıldıqda bronxların keçiriciliyi pozulur, bu prosesdə həm də sinir-reflektor amillərin təsiri nəticəsində bronxların spazmı da böyük rol oynayır. Bu pnevmotaximetrin göstəricilərinin 80%-ə qədər azalmasma səbəb olur. Selikli qişanm qalınlaşması onun iltihablaşmasının və hiperemiyalaşmasının dərəcəsindən asılıdır.

Kəskin bronxit zamanı qanın müayinəsində mötədil dərəcədə neytrofil leykositoz və eritrositlərin çökmə sürətinin tezləşməsi müəyyən edilir. Qrip mənşəli kəskin bronxit leykositlərin normal sayı və ya qismən sola meylli leykopeniya ilə keçə bilər.

İltihabi proses daha kiçikhəcmli bronxlara yayılarsa, kəskin bronxiolit inkişaf edir. Bu xəstəlik yuxarı tənəffüs yollarının kataral simptomları ilə başlayır. Nadir hallarda isə bronxiolit iri bronxların və burunudlaq sisteminin iltihabı olmadan, birdən başlayır. Kəskin bronxiolit daha çox uşaqlarda müşahidə olunur. Kəskin bronxiolitin başlanması ilə xəstənin vəziyyəti ağırlaşır, təngnəfəslik, selikli qişalarm, üzün sianozu, burunun, qulaqlarm, ayaq və əl barmaqlarının akrosianozu müşahidə olunur. Tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə 40—50-yə çatır. Tənəffüs səthi olur, tənəffüs aktmda köməkçi əzələlər iştirak edir. Selikli xarakterli az bəlğəmli öskürək müşahidə olunur. Temperatur 38—39°-yə qədər yüksəlir. Alveollarm ödemi nəticəsində ağciyərlər üzərində perkutor səs kütləşmiş-timpanik xarakter alır. Ağciyərlərin hərəkətliliyi məhdudlaşır. Döş qəfəsi üzərində zəifləmiş tənəffüs fonunda xırda qabarcıqlı xırıltılar eşidilir. Rentgen müayinəsində ağciyər şəklinin güclənməsi müəyyən edilir.

Bronxit ağır gedişə malik olub, 1,5—2 ay davam edir. Bəzi hallar-da xəstəlik ölümlə nəticələnə bilər. Bronxit xəstəliyi, xüsusən qoca yaşlarda və ürək xəstəliyi olanlarda daha ağır keçir, çünki belə xəstələrdə tezliklə ürək-damar çatışmazlığı əlamətləri əmələ gəlir.  Gedişi və proqnozu. Xəstəlik dalğavarı gedişə malik olur. Bəzən qısa müddətə (2—3 gün) normal və subfebril temperatur, döş qəfəsində xoşagəlməz hissiyyat, öskürək, bəzən isə irinli bəlğəmli öskürək, təngnəfəslik, leykositoz, eritrositlərin çökmə sürətinin artması ilə özünü büruzə verir.

Əksər hallarda, xəstəliyin kəskin əlamətləri birinci həftənin axırın-da keçir, amma yüngül dərəcədə bəlğəmli öskürək 10—14 gün davam edə bilər.

Xarici tənəffüs göstəricilərinin normallaşması ilə tam sağalma ikinci həftənin sonunda və ya üçüncü həftənin əvvəllərində müşahidə olunur. İltihabi proses alveollara yayılarsa, bronxopnevmoniya başlayır. Bronxun sekretlə tutulması pnevmoniya ilə fəsadlaşan atelektazm inkişafma gətirib çıxarır.

Müalicə düzgün aparılmadıqda xəstəliyin gedişi uzanır və xronik formaya keçir.

Diaqnozu və müqayisəli diaqnozu. Diaqnoz xəstəliyin kəskin başlanması, bəlğəmli öskürək, intoksikasiya əlamətləri, quru, sonralar isə yaş xırıltılarm olması əsasmda müəyyən edilir. Rentgen müayinəsində kölgəliyin olmaması kəskin bronxiti ocaqlı pnevmoniyadan fərqləndirməyə imkan verir.

Müalicəsi və profilaktikası. Adətən, müalicə ev şəraitində aparılır. Xəstə, özünü xarici mühit temperaturunun kəskin dəyişməsindən qorumalıdır. İltihab əleyhinə dərmanlar tətbiq edilir (amidopirin, aspirin 0,5 qram gündə 3 dəfə), bu dərmanlar temperatursalıcı və ağrıkəsici təsir göstərir (vitaminlər, xüsusilə də C vitamini 0,1 qram gündə 3 dəfə istifadə edilir).

Qrip epidemiyası zamanı kəskin bronxitin ağır gedişində və ahıl yaşlarda bronxitli xəstəni mütləq xəstəxana şəraitində müalicə etmək məsləhətdir.

Müalicə məqsədilə antibiotik və sulfanilamidlər tətbiq edilir.

Qrip mənşəli kəskin bronxitin kompleks müalicə kursuna virus əleyhinə preparatlar daxil edilə bilər: qrip əleyhinə qamma-qlobulin 2—4 ml əzələdaxili 1—2 inyeksiya, interferon. Bəlğəmin yumşalması və asan ayrılması üçün termopsis cövhəri, ipekakuana, alteya kökünün ekstraktı və cövhəri, mukaltin həbi, 3%-li kalium-yodid məhlulu, qələvi inhalyasiyası  tətbiq edilir. Bəlğəmin tam xaric olunmasına drenaj vasitələri, müalicəvi gimnastika məşğələləri kömək edir. Bronxların spazmı müşahidə olunarsa, bronxiolitik maddələr təyin edilir: teofedrin, efedrin 0,025 q və eufillin 0,15 q həbləri gündə 3 dəfə.

Nadir hallarda, göstərilən dərmanlar effekt vermədikdə, qısa kursla kortikosteriod müalicəsi təyin edilir. Bu məqsədlə 6—10 gün müddətində gündə 20—30 milliqram prednizolon məsləhətdir. Əzabverici quru öskürək zamanı öskürək əleyhinə narkotik maddələr: kodein, dionin və qeyri-narkotik:-libeksin və ya başqa bəlğəmgətirici maddələr istifadə oluna bilər. Əlavə kömək məqsədilə döş və kürək nahiyəsinə xardal, banka və ayaqlara isti vanna təyin edilir.

Xəstələrə çoxlu isti maye içmək məsləhətdir.

Kəskin bronxitin xronik formaya keçməsinin qarşısını almaqdan ötrü müalicə tam sağalmaya kimi aparılmalıdır.

Kəskin bronxitdə əmək qabiliyyəti klinik əlamətlərin tam keçməsi ilə bərpa olunur.


Profilaktikası. Xarici mühit faktorlarının sağlamlaşdırılması, ümumi dövlət tədbirlərinin aparılması, virus mənşəli xəstəliklərin sayının azaldılması ilə bərabər kəskin bronxitin qarşısını almmasmda soyuqdəymədən qorunma, papiros çəkməmək, spirtli içkilər qəbul etməmək kimi faktorlar böyük əhəmiyyət kəsb edir. Daimi olaraq bədən tərbiyəsi ilə və idmanla məşğul olmaq kimi amillərin də kəskin bronxitin pro-filaktikasmda böyük əhəmiyyəti vardır.



Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...