6 Mart 2016 Pazar

Əsəb xəstəliyi ve tesirinden əmələ gələn digər xəstəliklər. Əsəbi və yuxusuzluğu aradan qaldıran təbii vastələr

Əsəb  xəstəliyi ve tesirinden əmələ gələn digər xəstəliklər. Əsəbi  və yuxusuzluğu aradan qaldıran təbii  vastələr
♦ Elə bir xəstəlik yoxdur ki, əsəb sistemi ilə bağlı olmasın. Sinir sistemi orqanları həyat faəliyyətində həlledici rol oynayır. Narahatlıq, həyəcan, əsəb pozğunluğu, ürək xəstəliyinə, yüksək qan təzyiqinə, vərəmə belə gətirib çıxara bilər.
Qəflətən qəzəblənmək, xüsusi ilə ürək xəstəliyi, ya hiporteniya (təzyiq) zamanı iflic olmağa, beyinə qan sızmasına, ölümlə nəticələnməyə səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki:
-               Qorxu hissi və ağlamaq ürək üçün,
-               Qəzəb hissi qara ciyər üçün təhlükəlidir,
-               Qorxu, nigaranlıq böyrəklərə,
-              Qəmginlik dalağa, mədəaltı vəzə,
-              Darıxma ağciyərə zərərlıdir.
  Artıq həyəcan mədənin pozulmasma səbəb olur. O uzun müddət davam edərsə qastritə, mədə divarlarınm dağılmasına və yara əmələ gəlməsinə səbəb ola bilər.
-              Tər ifrazmı sinir sistemi nizama salır. Tez əsəbləşən adamlar daha çox tərləyir. Belə adamlar nə inki isti havada, hətta yünğül fıziki işdən, kiçik bir həyəcanlamadan da tərləyirlər. Əsəbləri sakitləşdirmək üçün idman və soyuq suda yuyunmaqdan istifadə edilməlidir. Bunlar əsəbləri sakitləşdirən vasitələrdir. Əsəbləri sakitləşdirməyin və möhkəmləndirməyin qayğısına daim qalmaq lazımdır.
-              Müəyyən edilmişdir ki, mədə xorası təkcə mədənin deyil bütün orqanizmin xəstəliyi hesab olunur. Ona görə ki, sinir sisteminin vəziyyəti ilə sıx əlaqədardır.
-              Xalq təbibləri məsləhət görürlər ki, əsəbləri sakitləşdirmək, beyin və ürək damarlarının fəaliyyətini tənzimləmək üçün zirinc dəmlənməsi içmək lazımdır. Bir xörək qaşığı zirinci bir stəkan qaynar suda 10 dəqiqə dəmləyib üstünü örtür, sonra cunadan keçirib (süzüb) ondan gündə 3 dəfə, hər dəfədə yarım stəkan içirlər.
-              Yovşan bitkisinin uc hissəsini xırda-xırda doğrayıb onun bir xörək qaşığım bir stəkan qaynar suda dəmləyib, süzür və axşamlar ondan yarım stəkan icirlər. Bu əsəbləri sakitləşdirir və şirin yuxu gətirir.
-              Şərq qərənfilinin çiçəyindən və yarpaqlanndan 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib üstünü basdırırlar. Sonra süzərək ondan gündə 3 dəfə, hər dəfədə yarım stəkan içmək əsəb sistemini möhkəmləndirir.
-              Xamırmaya otunun xırdalanmışından 3 xörək qaşığını 3 stəkan qaynar suda 5 dəqiqə dəmləyir sonra onu süzüb bir az şəkər qataraq ilıq halda gündə 3 dəfə, hər dəfədə yarım stəkan içirlər. Bu yuxugətirən dərmanların ən təsirlisidir və yuxusuzluğu aradan qaldırır.
-              Yatmazdan qabaq təzə ilıq südə bir çay qaşığı bal qarışdırıb qurtum-qurtum için. Sonra bir tikə qəndə 30-40 damcı pişikotu (valerian) cövhəri damcıladıb sorun. Bu yaxşı yatmaq üçün ən münasib təminatdır.
-              Xalq təbibləri eyni miqdarda yarpızı və kəklikotunu xırda doğrayıb qarışdırmağı və onun 20 qramını bir stəkan qaynar suda 10-15 dəqiqə dəmləyib gündə 3 dəfə, hər dəfədə yarım stəkan içməyi lazım bilirlər. Bunu 2 həftə davam etdirmək lazımdır. Nəticədə əsəblər sakitləşir və yuxusuzluq aradan qaldırılır.
-              Çobanyastığı çiçəyinin 20 qramını bir stəkan qaynar suda bir saat saxlayıb sonra onu ikiqat tənzifdən keçirin, bir qədər şəkər töküb qarışdırın və için. Hər axşam yatmazdan əvvəl belə etsəniz əsəb gərginliyinin əmələ gətirdiyi əziyyətdən xilas olarsınız.
-              Qurudulmuş razyanam (boyananı) ovub ondan 20-30 qramını götürüb üzərinə 1 litr su töküb vam odun üzərində qaynamağa başlayandan bir dəqiqə sonra götürüb 10 dəqiqə dəmdə saxlayırlar. Hər dəfə yeməkdən bir az sonra bir stəkan içirlər. 10-15 günlük belə müalicədən sonra əsəblər sakitləşir və yuxusuzluq halları aradan qalxır.
-              Əsəb sistemi pozulmuş narahat tipli adamlar 20 gün müddətində bədəninin ümümi çəkisinin hər kiloqramına bir millilitr hesabı ilə abqora (Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu) içsələr xeyrini görərlər.
-              Çuğunduru döyüb sıxıb şirəsini çıxarın və onu eyni miqdarda balla qanşdırıb, yatmazdan əvvəl bir stəkan için. Bu qan təzyiqini aşağı salır, əsəbləri sakitləşdirir və şirin yuxu gətirir.
-              Istər çiy halda, istərsə də bişmiş halda yeyilən kahı yuxusuzluğu aradan qaldırmaq təsirinə malikdir. Gündə bir neçə dəfə kahı yeməklə müalicəni 1-2 həftə davam etdirmək lazımdır.
-              Bir stəkan qaynar suya 2-3 ədəd bənəvşə yarpağı atıb 10 dəqiqə dəmləyir, süzür və bir çay qaşığı bal qanşdırıb axşam yatmazdan əvvəl içirlər. Bu yuxusuzluğu dəf edir və şirin yuxu gətirir.
-               50 qram şüyüd toxumunu 500 millilitr çaxıra (kaqora yaxud partveynə) qatıb 15-20 dəqiqə zəif odda qaynadın, süzüb sıxaraq şirəsini çıxarın. Bu şırədən yatmazdan bir az qabaq yarım stəkan için. Bu yaxşı yuxu gətirən vasitə hesab olunur.
-               Xalq təbabətçiləri yemşam yuxugətirənlər sırasma daxil edirlər. 100 qram əzilniş və ya döyülmüş yemşana yarım litr su əlavə edib vam odda 30 dəqiqə dəmləyirlər. Sonra 10-15 dəqiqə soyudur və süzürlər. Bu dəmləmədən gündə 3 dəfə 50-60 qram qəbul edirlər. Yuxusuzluğa qarşı müalicənin müddəti 2 həftəyə qədərdir.
-              10 qram təzə açılmış yemşan çiçəyini 100 qram arağa qatıb qarışdırm və 10 gün qaranlıq yerdə saxlaym. Sonra süzüb bundan gündə 3 dəfə, hər dəfədə 20-25 qram suya qatıb qəbul edin. Bu sizi əsəb ərginliyindən xilas edəcəkdir. Müalicəni 2 həftə davam etdirmək lazımdır,
-              Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladıb qabıqdan təmizləyirlər. Gündə 30 ədəd (gündə 3 dəfə, hər dəfədə 10 ədəd hesabı ilə) yemək faydalı hesab olunur. Müalicəni, vəziyyətindən asılı olaraq, xəstə özü müəyyən etməlidir.
-               Novruzgülünün qurudulub döyülmüş və ovulmuş yarpaqlarından 5 qramını 200 qram suda 10 dəqiqə qaynadır, soyudub sıxaraq şirəsini alırlar. Bu şirədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı içirlər. 2 həftəlik müalicədən sonra əsəbləriniz möhkəmlənəcək, fıziki gərğinliyiniz yox olacaq, itirilən qüvvəniz bərpa olunacaq.
-              Xalq təbibləri deyirlər ki, şam edərkən xörəklə yanaşı bir baş orta böyüklükdə soğan yemək möhkəm və gümrah yuxuya zəmin yaradır.
-              Gündə 3 dəfə, hər dəfə yeməkdən sonra bir stəkan limon şirəsi içmək əsəbləri möhkəmləndirir.
-              Hər gün portağal və naringi yemək, yaxud onların şirəsin içmək əsəb böhranı və gərginliyi zamanı çox faydalıdır.
-              Əsəb xəstəliyində 2 dəstə təzə gəndalaş və gicitkəni doğrayıb üzərinə 2 yumurta çırpıb yemək çox xeyirlidir. 5-6 gün təkrar etmək lazımdır.
-              Yuxusuzluqda hər axşam bir stəkan turp suyu içmək (2-3 gün) məsləhətdir
-              Yuxusuzluqda vaxtaşırı axşamlar yovşan və damotundan müəyyən qədər dəmləyib içmək məsləhətdir.
-              Əsəb xəstəliyindən əziyyət çəkənlər vaxtaşırı alma və şaftalı yeməlidir.

-              Əsəbləri xəstə olanlar yaz vaxtı şahtərə oturidan hazırlanmış dovğa və qutab yeməsi (vaxtaşırı) məsləhətdir.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...