Coffein
KOFEİN (Coffeinum) - çay yarpaqlannın tərkiblndə 2 %-ə qədər, kofe toxumalarında isə 1-2 % miqdarında tapılan alkaloiddir. O, həm də sintez üsulu ilə əldə edilir. Kofein kimyəvi quruluşuna görəteobromin və teofillinə oxşamaqla metilksantin qrupuna aiddir.
Kofein mərkəzi sinir sistemini güclü oyadır. İ.P.Pavlov və onun əməkdaşlan kofeini ətraflı öyrənərək, belə bir nəticəyə gəlmişdir ki, kofein mərkəzi sinir sistemində, onun qabıq hissəsində gedən oyanma prosesini qüvvətləndirir, cavab reaksiyanın müddətini (latent dövrünü) qısaldır və həmin prosesi tənzimləyir, hərəki fəallığı yüksəldir, müsbət şərti refleksləri gücləndirir, əqli və fiziki iş qabiliyyətini artınr. Qavrama və mənimsəməni asanlaşdırır. Yorğunluğu aradan qaldırır, yuxuya meylliyi azaldır, lakin kofeinin böyük dozalan sinir hüceyrələrini gücdən salır. Kofeinin tə’siri mərkəzi sinir sisteminin tipindən, funksional vəziyyətindən və kofeinin dozasından çox asılıdır. O kiçik dozalarda şərti reflekslərin əmələ gəlməsində latent dövrünü qısaldır, davametmə müddətini uzadır. Güclü və zəif qıcıqlara qarşı uyğun cavab reaksiyası yaradır. Güclü qıcığa qüvvətli, zəif qıcığa zəif cavab reaksiyası əmələ gəlir. Kofeinin dozasını artırdıqda isə tarazlaşdıncı faza əmələ gəlir ki, bu zaman qüvvətli və zəif qıcıqlara qarşı eyni cavab reaksiyası alınır. Daha yüksək dozalar verildikdə isə paradoksal faza yaranır ki, bu zaman zəif qıaqlara güclü, güclü qıcığa isə zəif cavab reaksiyası törədir. Odur ki, zəif tipli mərkəzi sinir sisteminə malik olan xəstələrə böyük dozalann verilməsi müsbət nəticə verə bilməz. Böyük dozaların tə’sirindən sinir hüceyrələri daha çox fəaliyyətdən düşür. Kofeinin tə’siri altında yuxugətirici və narkoz törədici maddələrin tə’siri zəifləyir. Bulbar mərkəzlərdən-tənəffüs və qan-damar mərkəzi, peri-ferik sinirlərdən isə azan sinir mərkəzləri oyanır. Tənəffüs mərkəzinin oyanması tənəffüsün dərinləşməsinə, ağciyərlərin ventilyasiyasının yaxşılaşmasına, toxumaların oksigenlə təchiz olunmasının yüksəlməsinə səbəb olur. Qan-damar mərkəzinin oyanması bir sıra damarların sıxılmasına səbəb olsa da (məs. beyin damarlarının), qan təzyiqi yüksəlmir. Bunun səbəbi kofeinin, həm də qan damarlanna birbaşa genişləndirici tə’sir göstərməsidir. Azan sinir mərkəzlərinin oyanması yenə də ürək ritminin seyrəlməsinə səbəb olmur, ona görə ki, kofein həm də birbaşa ürəyə müsbət xronotrop tə’sir göstərir. Kofein onurğa beyinindən impulsların keçməsini, baş-beyin hüceyrələrində neyronlararası qıcıqların keçirilməsini asanlaşdınr. Kofeinin ürəyə stimuləedici tə'siri koronar damarların genəlməsinə səbəb olur. Bundan başqa o beyin, böyrək və skelet əzələlərinin, qan damarlannın genəlməsinə səbəb olur. Kofein ürək-damar sisteminə iki cür: mərkəzi sinir sistemi vasitəsi ilə və bilavasitə tə’sir göstərə bilir. Maraqlıdır ki, mərkəzi sinir sistemi vasitəsilə kofeinin tə’siri nəticəsində qarın boşluğu orqanlarının damarlan sıxılır, kofeinin bilavasitə damar divarına tə’sirindən isə ürək, beyin, patoloji fonda - miqrendə tonuslandınr, böyrək damarları genəlir, ürək əzələsinə bilavasitə tə’sirdən isə ürək əzələsinin gücü artır, nəticədə onun zərbə və dəqiqəlik həcmi böyüyür. Sistolası güclənir, diastola fazası uzanır, qan cərəyanı süriətlənir, qan təzyiqi normadan aşağıdırsa, normallaşır. Kofein mübadilə proseslərindən əsas mübadiləni yüksəldir, qanda sərbəst yağ turşulannın və şəkərin miqdannı artınr. Adenozinmonofosfatların (AMF) parçalanmasına səbəb olan fosfodiesteraza fermentini blokada etdiyi üçün beyin, ürək, eninəzolaqlı və saya əzələ hüceyrələrində hüceyrədaxili s-AMF-in miqdarını artırır. Kofein mərkəzi sinir sistemində adenozinlə antaqonistlik hesabına endogen adenozinə həssas reseptorların blokadaya alınmasına, nəticədə sinir fəaliyyətinin yüksəlməsinə səbəb olur. s-AMF isə öz növbəsində mübadilə proseslərinin yaxşılaşmasına, əzələlərdə qlikogenin parçalanmasının süriətlənməsina, mə’də şirəsinin çoxalmasına, lipolizə və s. səbəb olur. Kofein öd axarlannın və bronxların əzələsinə boşaldıcı tə’sir göstərir, diurezi artınr, tibbdə narkotik maddələrlə zəhərlənmələrdə, baş ağrılarında, ürək fəaliyyəti zəifləmələrində, miokardiodistrofıyada və məişətdə fıziki və zehni yorğunluğu aradan qaldırmaq, zehni iş qabiliyyətini yaxşılaşdırmaq məqsədi ilə istifadə edilir. Kofein praktikada kofein-natrium benzoat və metilkofein formasında 0,1 dozalarda poroşok və tablet halında, daxilə, 10-20 %-i sulu məhlulu, ampulalarda 1-2 ml buraxılır, dəri altına və ya vena daxilinə yeritmək üçün istifadəyə buraxılır. Kofeindən uzun müddət istifadə edildikdə xroniki, birdəfəyə böyük dozalarda istifadə olunduqda isə kəskin zəhərlənmə müşahidə edilir. Kofeinin xroniki zəhərlənməsinə teizm-çayxorluq kimi baxmaq olar. Kəskin zəhərlənməsi isə onun olduqca böyük dozalarından istifadə edildikdə baş verə bilir. Bu da təcrübədə nadir haldır. Lakin təhlükəli deyil. Çünki kofein orqanizmdə çox intensiv sürətdə parçalanır. Hər halda onun zəhəriənməsi zamanı, zəhərlənmə əleyhinə ümumi simptomatik tədbiriər apanlmalı və yuxu dərmanlarından istifadə edilməlidir. Kofein "Kofisil", 'Tomapirin", "Kofalgin", "Sitramon" adı altında istifadəyə buraxılan ofisinal tabletlərin tərkibinə daxil edilir.
Rp.: Sol. Coffeni-natrio benzoatis 10 %-1 ml
D.t.d. N 6 in ampull.
S. 1 ml dəri altına yeritməli
Rp.: Tab. Coffeini-natrio benzoatis 0,1
D.t.d. N 6
S. Gündə 2 dəfə 1 tab daxilə qəbul etməli.
Hiç yorum yok:
Yorum Gönder