DAMCILAR
DAMCILAR - Guttae (Damcı-Gutta ixtsar halda gtts). Daxilə və xaricə işlədilən məhlulların bir növü də damcılardır. Lakin məhlullardan fərqli olaraq onların tərkibinə əsasən zəhərli və güclü tə’sirə malik dərmari maddələri daxil edilir. Odur ki, birdəfəlik dozanın çox kiçik miqdarda olmasını nəzərə alıb xəstələrə onu tam dəqiqliklə yə'ni damcı ilə tə'yin etmək məqsədəuyğun hesab edilir. Buna baxmayaraq onları nəinki maksimal, hətta optimal müalicə dozada tə'yin etmək risk etməkdir. Çünki damızdırıcının en kəsiyi və dämcının səthi gərginliyi müxtəlif olur. Təbii ki, reseptdə damcıların ümumi miqdarı məhlullardan fərqli olaraq çox az miqdarda (3-5ml) yazılmalıdır. Damcılara da reseptin yazılışı məhlullarda olduğu kimi tam və qısa üsulla yazılır və tətbiq olunma yerindən və s. asılı olaraq həlledici kimi sudan, natrium xloridin izotonik məhlulundan, spirtdən, qliserindən, bitki və vazelin yağiarından istifadə edilir. Damcılar da məhlullar kimi həm xaricə, həm də daxilə işlədilmək üçün hazırlanırlar. Lakin onlar məhlullara nisbətən yüksək konsentrasiyada hazırlanır. Damcılar tətbiq olunduğu yerə görə şərti olaraq göz damcısı, qulaq damcısı, burun damcısı, mə’də damcısı adlanırlar. Həmin damcılar arasında göz damcısının digər damcılara nisbətən fərqlən dirici cəhətləri vardır. Onlar ilk növbədə steril olmalı, natrium xloridin izotropik məhlu-lunda həll edilməklə hazırlanmalı və öz tə’sirini uzun müddətə saxlaya bilməlidirlər. Məs.:1. Rp: Argenti nitratis 0,1
Sol. Natrii chloridi isotonici -10 ml.
Misce. Sterilisetur!
D.S. Yeni doğulmuşlann gözünə 1 damcı damızdırmalı.
2. Rp: Sol- Argenti nitratis -1% - 10 ml
Sterilisetur!
D.S. Yeni doğulmuşların hər gözünə 1 damcı damızdırmalı.
3. Rp.: Mentholi 0,2
Olei Persicori ad-20 ml
M.f. solutionis
D.S. Yarım stəkan qaynar suya 15 damcı damızdlrıb İnhalyasiya etməli (gündə 2-3 dəfə)
4. Rp.: Ergocalcıferoli -0,05
Spiritus aethylici 70 %-10 ml
M.D.S. Səhər və axşam 1 damcı südə damızdırıb içməli.
5. İRp.: Phenoli ruri 0,5
Glycerini ad -10 ml
M.D.S. Səhər və axşam 1 damcı qulağa damızdırmalı (orta qulağın iltihabında)
6. Rp.: Sol. Mentholi oleosae 1%-20 ml
D.S.Gündə 2-3 dəfə yarım stəkan qaynar suya 15 damcı əlavə edib inhalyasi-ya etməli.
7. Rp.: Sol. Ergocalciferoli spirituosae 0,5 % - 10 ml
D.S. Səhər və axşam hər dəfə 1 damcı südə qarışdırıb İçməli (1yaşa qədər uşaqlara).
8. Rp.: Sol. Phenoli glycerinosae 5 %-10 ml
D.S. Səhər və axşam 1 damcı qulaqa damızdırmalı.
Hiç yorum yok:
Yorum Gönder