16 Mart 2016 Çarşamba

Hamiləlik və süd verən qadınların müalicəvi qidalanması.



     HAMİLƏLİK

 HAMİLƏLİK - hamiləliyi ağırlaşmasız gedən və yanaşı gedən xəstəlikləri olmayan sağlam qadının qidalanması fızioloji cəhətdən tam dəyərli olmalı, əməyin xarakterindən asılı olmalı və tərkibində əvəz edilə bilməyən qida maddələrinin  bütün yığımı olmalıdır. Lakin hələ hamiləliyin birinci yarısının sonuna doğru enerjiyə tələbat
100-150 kkal artır. O, hamiləliyin ikinci yarısmda artaraq, sonuna doğru sutkada 2800 kkal.-yə çatır. Həmin müddətədək hamilə qadının bədən kütləsi təxminən 10 kq artmalıdır. Oturaq həyat tərzi zamanı, xüsusən doğuşdan əvvəlki məzuniyyət dövründə, rasionun kaloriliyinin artması artıq bədən kütləsinin toplanmasma səbəb ola bilər. Buna yol verməmək lazımdır, əks halda belə vəziyyət doğuş prosesinin ağırlaşmasma gətirib çıxarır və hələ ana bətnində ikən uşaqda piylənməyə meyillik yaranır. Hamiləliyin ikinci yarısında qadın orqanizminin vitaminlərə (20-30%-dək), kalsiuma (sutkada 1 qramadək), fosfora (1,5 qramadək), maqneziuma (0,45 qramadək)dəmirə (20 mq-dək) tələbatı artır. Eyni zamanda, xüsusən son 1-2 ayda xörək duzunun işlədilməsinin sutkada 6 qramadək və sərbəst mayeni 1-1,2 litrədək azaldılmasına ehtiyac yaranır. Bu dövrdə qidalanma 4 dəfəlik olmalı, hər qida qəbulu kaloriliyinə görə sutkalıq tələbatın 35-40%-dən çox olmamalıdır. Bədən kütləsinin həddən çox artmasına yol verməmək üçün müntəzəm surətdə tərəzidə çəkilmək lazımdır. Yanaşı gedən xroniki xəstəliklər olduqda həmin xəstəliklər zamanı təyin edilən müalicəvi qidalanmanı tətbiq etmek, amma yuxarıda deyilənlərin hamısını nəzərə almaq lazımdır (Azərbaycan milli mətbəxində pəhriz xörəkləri və ümumi dietologiyanın əsasları kitablarında bu mövzuda, yəni yazılar verilmişdir).

Hamilə və süd verən qadınların müalicəvi qidalanmas. Hamiləliyin normal keçməsində və onun gedişinin nəticəsində uşağın sağlam inkişafı üçün hamilə vo uşaq əmizdirən qadınların tarazlaşdıhlmış və adekvat qidalanmasının böyük əhəmiyyəti var. Orqanizmə daxil olan qida maddələri və nutrientlər (zülallar, yağlar, karbohidratlar, makro və mikro elementlər, vitaminlər) anaların qidalanması üçün istifadə olunurlar. Eləcə də ananın qidalanması dölün üzvlərini, quruluşunu və onun həyat fəaiyyətini təmin edir. İndiki vaxtda şübhəsiz üzvü və qeyri-üzvü maddələrin müntəzəm və daimi olaraq qida vasitəsi ilə orqanizmə daxil olması müəyyənləşib. Ana vo döl üçün vacib olan üzvü birləşmələr arasında əvəz olunmaz amin turşulannı (valin, izoleytsin, leylsin, lizin, mctionin, treonin, triptofan, fenil-alanin), 2 doymamış yağ turşularını (linoleum vo. linoleıt), 13 vitaminləri (A, C, D, E, K., Bb B2, B6, B12j PP folium və pantoten turşuları, biotin) göstərmək olar. Qeyri-üzvü mineral maddələrdən əvəz olunmayanları natrium, kalium, kalsium, xlor, fosfor, maqnium, yod, dəmir, sink, mis, kobalt, xrom, manqan, molibden və seleni göstərmək olar.

Hamiləliyin ilk 3 ayında (erkən ontogenez mərhələsində) müxtəlif nutrientlərin defisitliyi ana bətnində dölün inkişafının normal gedişinin pozulmasma və hətta dölün məhv olmasına səbəb ola bilər. Məlumdur ki, əhəmiyyətli dərəcədə A, B2, PP, C, E, və bu kimi hipovitaminozlar anadangəlmə eybəcərliyə və rüşeymin (embrionun) inkişafdan qalmasına və pozulmasına gətirib çıxanr, Belə ki, rasionda B2-(ribovlavinin) olmaması dölün inkişafdan geri qalmasına və eybəcərliye səbəb olur -hidrosefaliya, bərk damağın parçalanması, ətraf üzvlərin deformasiyası, anadangəlmə ürək qüsurları. E vitamininin çatışmazlığı rüşeymin inkişafını poza bilir və hətta döl məhv də olur. Yeni doğulan uşaqlarda baş beynin, gözün və sinir sistemlərinin anomaliyasına rast gəlinir.

Hamiləliyin ikinci və üçüncü dövründə qidalanmada olan ayrı-ayrı komponentlərin defisitliyində ana bətnində anomaliyalar inkişaf etməsə də yeni doğulan uşaqlarm orqanizmində üzvlərin və sistemlərin (ürək qan-damar, sinir, endokrin, həzm) müxtəlif patologiyalan meydana gəlir və ya patologiyalar sonradan inkişaf edir. Belə ki, qida vasitəsilə ananın orqanizminə daxil olan və sonra ananın qanı vasitəsilə dölə əvəz olunmaz amin turşularının, mikroelementlərin və vitaminlərin lazımi səviyyədə çatdırılmasının böyük əhəmiyyətini qeyd etmək olar.
Qadmlann orqanizmində qida maddələrinə tələbatın yüksək olması ilə əlaqədar gündəlik rasionda aşağıdakı qida məhsullan iştirak etməlidir:

Ət və bälıq - 200-300 q;

Süd və ya qatıq - 1 litrə qədər;

Kəsmik - 100-200 q;

Toyuq yumurtası - 1 ədəd;

Kərə yağı - 20 q;

Bitki yağı - 30 q;

Çörək - 200 q;

Yarmalar və ya makaronlar - 50 q;

Tərəvəzlər - 500 q;

Meyvə və giləmeyvələr - 500 q.


Qidalanmada baş verən dəyişikliklər imkan vermir ki, hamilə və əmizdirən qadmlar yuxarıda qeyd olunan gündəlik qida rasionunu qəbul etsinlər. Bundan başqa əgər hamilə qadınlarda piylənmə və ya bədənin kütləsi hamiləliyin ikinci yansında həftədə 350 q artıq artım olursa, belə qidalanma enerji dəyərinə görə artıq hesab olunur. Bele rasionun
məhdudlaşması isə əvəzolunmayan nutrientlərin defisitliyinə gətirib çıxanr (xüsusən amin turşulan, vitaminlər və mikroelementlər) bu isə həm anaların, həm də uşaqların sağlamlığına xoşagəlməyən təsir edəcəkdir.

Hamilə qadınların və əmizdirən anaların qida rasionunun zənginləşdirilməsində son illər xüsusi preparatlarlardan və müalicəvi qida məhsullarından istifadə olunur.

a) Vitamin - mineral kompleksləri ("Matema", "prenatal", "preqnavit" və s.

b) Hamilə qadınların və əmizdirən analann əlavə və əsas qidalanması üçün balanslaşmış qarışıqlardan istifadə olunur (Vitabalans-2000 və s.).

Birinci qrupda olan preparatlarda bütün lazımi vitaminlər makro və mikroelemeıitlərin olması hamilə qadmlar və əmizdirən analarm gündəlik tələbatınə tam mənasında ödəyir. Ancaq bu preparatlarlarm tərkibində əvəzolunmayan amin turşulan, yağ turşulan və enerji mənbəyi yoxdur. Odur ki, bu preparatlardan tam dəyərli qidalanma fonunda istifadə olunmalıdır. Nəzərə älınsa ki, istifadə olunan qida məhsullarında nutrientlər var, yəni vitaminlərden A, B,, B6, B|2, PP və başqalan, mikroelementlərdən (yod, sink və b.) bunlan preparatlar vasitəsilə orqanizmə daxil etmək artıqlıq yaradacaq və hamilə qadmlarm, xüsusən ana bətnində formalaşan uşaqlann orqanizmində xoşa gəlməyən nəticələr baş verə bilər.

İkinci qrup preparatlar tam mənasında tarazlaşdınlmış qidalanma qanşığı olduğundan və onun tərkibində orqanizm üçün lazımi qida maddələrinin (makro və mikro nutrientlərin) olmasıdır. Bunlann aşağıdakı üstünlükləri var:

Qadmların və dölün orqanizmlərinin tam və hərtərəfəli tələbatının ödənilməsidir (ana südü vasitəsilə) döş əmər uşaqların qida dəyərli maddələrlə və enerji ilə təmin olunmasıdır.

- Xaricdən balanslaşmış nutrientlərin (B vitamini və karbohidratlar; kalsium, fosfor və maqnezium; zülallar) və enerjinin daxil olması;

- Amin turşulannm, makro və mikroelementlərin, vitaminlərin eyni vaxtda qəbul olunması və enerjini təmin etmək;

- İstifadə olunan qidalar vasitəsilə mikroblarla yoluxma və toksinlərlə zəhərlənmə riskinin azalmasını təmin etməkdir;

- Hamilə və əmizdirən qadınları əvəzolunmaz qida maddələri ilə, zəngin, əlavə qida ilə təmin etmek üçün, qidalılıq qarışıqların gündəlik rasionda istifadəsi kifayətdir.


Hamiləliyin gedişi ağırlaşdıqda və bəzi yanaşı gedən xəstəliklər zamanı müalicəvi qidalanma.

Hamiləliklə əlaqədar olaraq orqanizmdə dəyişikliklər xəstəlik xarakterli olmur. Lakin bəzən hamiləlik zamanı ayrı-ayrı orqan və sistemlərdə dəyişikliklər normal fizioloji həddən kənara çıxır. Bu vaxt yalnız hamilə qadınlara xas olan xüsusi xəstəliklər törəyir ki, bunlara hamilə toksikozları deyilir. Onlar iki hissəyə ayrılırlar: hamiləliyin ilk dövrü inkişaf edib başa çatan erkən töksikozlar və son üç ayda inkişaf edən gec toksikozlar. Həm erkən, həm də gec toksikozlann yaranma və inkişaf etmə əlamətləri xeyli müxtəlif olub, onların əmələ gəlməsində müxtəlif orqan və sistemlər iştirak edir. Erkən toksikozlara hamilə qadınlann qusması, ağız suyunun axması, dərinin müxtəlif zədələnmələri gec toksikozlara - hidroks, nefropatiya, preeklompsiya və eklammpsiya aiddir. Adətən, erkən toksikozlarm törəməsində həzm sistemində, gec toksikozlarda isə damarlarda pozulmalar əmələ gəlir.

Hamiləliyin erkən toksikozları zamanı qidalanma. Hamilə qadında qusma sutkada 2-5 dəfədən çox olmayıb, ümumi vəziyyətinə nəzərə çarpan qədər təsir göstərmədiyi toksikozlarm yüngül formalan zamanı xususi dietoterapiya tələb olunmur. Ancaq qadın birinci səhər yeməyini yataqda ikən qəbul edib, sonra bir müddət uzanmalıdır. Lakin orta ağırlıqlı və ağır toksikoz baş verərsə, yəni qusma sutkada 10 dəfə və ya öndan artıq təkrar olarsa, bu zaman qusma və onunla yanaşı, ağız suyunun axmasına gorə, orqanizmdə susuzlaşma yaranır. Bundan başqa, qusuntu kütlələri ilə orqanizm təkcə qəbul etdiyi qidanı yox, çoxlu miqdarda həzm şirələri də itirir, qadın arıqlamağa başlayır, əsəb sistemi ağır təsirə məruz qalır. Bu halda dietoterapiya tətbiq etmək vacibdir. Ondan məqsəd - aclığın və orqanizmin susuzlaşmasının qarşısinı almaqdır. Bunun üçün hər hansı xüsusi pəhrizlər müəyyən etmək lazım deyildir. Rasion tamamilə hamiləliyin ikinci yarısı üçün məsləhət görülən məhsul və xörəklərdən tərtib edilir, amma qida yataqda, uzanmış vəziyyətdə qəbul edilməli, yaxşı bişirilməli, sürtgəcdən keçirilməli, başlıcası isə - kiçik pörsiyalarla, qısa fasilələrlə -hər 2-3 saatdan bir qəbul edilməlidir. Əlbəttə, məhsul və xörəkləri seçərkən hamilə qadının zövqünü və istəyini nəzərə almaq, dietoterapiya ilə hesablaşmaq lazımdır. Diototerapiya sutkada 1-2 1 fızioloji məhlulun damcı imaləsi şəklində yeridilməsi ilə tamamlanmalıdır. Bu, xəstənin stasionara qoyulmasmı tələb edir. Qusuntu kütlələri və ağız süyu ilə hamilə qadın çoxlu miqdarda natriumxlorid itirdikdə, yeməyi orta dərəcədə duzlamaqla və rasiona siyənək, paştet tipli duzlu xörəklər daxil etməklə qarşısı alına bilər. Bununla yanaşı, əsasən quru yeməklər vermək lazımdır: duxovkada bişirilmiş kartof yağla, bərk bişirilmiş yumurta, qızardılmış ağ çörək, yağla sıyıq. Yeməkdən yanm saat əwəl və 1,5 saat sonra xəstə heç nə içməməlidir. Marinada qoyulmuş meyvəler, xususən alma, vitamin preparatları, xüsusən E vitamini, fol və askorbin turşusu vermək faydalıdır. Bununla bərabər, qida qəbulundan kənar vaxtlarda, xüsusən orqanizmin susuzlaşması əlamətləri olduqda, kiçik porsiyalarla (50-100 ml) maye vermək lazımdır. Erkən toksikozun ağır formalannın müalicəsi müəyyən inadkarlıq tələb edir. Bu zaman yadda saxlamaq lazımdır ki, sağalmış qadınlar çox zəifləmiş, taqətdən düşmüş olurlar və qusma tutmalan kəsildikdən sonra uzun müddət orqanizmə ümumi möhkəmləndirici müalicə tələb olunur.

Xüsusilə ağır təsadüflərdə (sutkada 20-50 dəfə qusma) təbii yolla qidalanma mümkün olmadıqda, darenteral qidalanmanı tətbiq etmək olar.

Hamilə qadmların erkən toksikozunun əsas əlaməti tənəffüsün və nəbzin tezləşməsi, dərinin xüsusən üzdə kəskin surətdə solğunlaşması ilə müşayiət edilib, ürəkbulanma ilə olur. Burada qidalanmanm prinsipləri eynidir, həm də ürəkbulanma tutmalan son nəticədə qusmaya səbəb olur.

Hamiləliyin gec toksikozları zamanı qidalanma. Müasir elmi-tədqiqat işlərinin nəticəsinə görə hamiləliyin gec toksikozlarının əsasını mərkəzi sinir sistemi reaktivliyinin dəyişiklikləri ilə əlaqədar olub, qadın orqanizminin adaptasiya mexanizmlərinin pozulmalan təşkil edir. Arterial təzyiqin yüksəlməsinə və periferik qan dövranmm kəskin surətdə pozulmasma, orqan ve toxumaların hipotoniyasma, metabolik asidozun inkişafına səbəb olan damar pozulmaları bununla əlaqədardır. Orqanizmin həyat üçün vacib funksiyalarının (damar tonusu, tənəffüs) mərkəzi tənzimi pozulur, böyrək qan cərəyanı azalır, orqanizmdə natrium və artıq maye ləngiyir. Qaraciyərin hipoksiyası onun dezintoksikasion zülal və sidik cövhəri əmələgətirmə funksiyalarının azalmasına səbəb olur.

Hamilə qadınların inkişaf edən gec toksikozunun əlamətləri əzabverici başağrısı, başda ağırlıq hissi, başgicəllənmə, əhvalın pisləşməsi, narahatlıq hissi, yaddaşın zəifləməsi, yuxuculuq ola bilər. Lakin çox vaxt gec toksiközun ilk əlaməti ödemdən ibarət olur. O, əvvəlcə epizotik olaraq uzun müddət ayaq üstə qaldıqda aşkar olur. Yalnız ayaqlan əhatə edir. Qadın yatağa uzandıqda keçib kedir, sonra isə daha davamlı olur, baldıra və bədənin daha yuxarı hissəsinə yayılır. Toksikozun inkişafinın erkən formasında ödem hamilə qadının əhvalının pisləşməsinə səbəb olmur (ağırlıq hissi ola bilər). Bəzən ödemin diaqnozu yalnız hər gün tərəzidə çəkilərkən bədən kütləsinin gündəlik artımı adi 300-350 q əvəzinə 500-600 qrama çatdıqda müəyyən edilir. Beləliklə, hamiləliyin ikinci yansmdan etibarən toksikozun, ödem kimi erkən əlamətini gözləmədən, qadın və onu muşahidə edən şəxslər onun qilalanmasına ciddi nəzarət edərək, süd məhsulları (xüsusən kəsrnik), suda bişirilmiş ət, balıq, yumurta şəklində heyvan mən-şəli zülalların kifayət qədər olmasına xüsusi fikir verməlidirlər. Yalnız tərkibində zülal olan rasional qidalanma inkişaf edən gec toksikozun qarşısının alınmasını təmin edə bilər.
Hamiləliyin birinci yansında qadına veriləcək bir günlük yemək məhsulları; ət - 100 q, balıq - 200 q, yağsız kəsmik - 200 q, süd - 300 q, xama -10 q, kərə yağı -10 q, bitki yağı - 20 q, yumurta -1 ədəd və bir yumurtanm ağı, şəkər - 30 q, çovdar çörəyi - 100 q, buğda çörəyi - 50 q, qarabaşaq yarması - 50 q, kartof - 150 q, çuğundur - 100 q, yerkökü - 100 q, baş soğan - 35 q, pomidor və digər tərəvəz - 200 q, meyvə və giləmeyvələr -300 q, mövüc .və ya ərik qurusu - 100 q.

Hamiləliyin ikinci yansında həmin yığımda ətin miqdanm - 110, kəsmiyi - 250, çovdar çörəyini - 150, kartofu - 180 qramadək artırmaq lazımdır.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...