Vitaminlər
Vitamin sözü latınca həyat ("Vita") sözündən götürülmüşdür. Bu bioloji aktiv birləşmələrdən hər hansı birinin orqanizmidə çatışmaması insanda bu və ya digər xəstəliyin yaranmasına səbəb olur. Həyatı mühafizə etmək üçün təkcə zülallar, karbohidratlar kifayət deyil, maddələr mübadiləsində fəal iştirak edən və vitaminlər adlanan bioloji aktiv birləşmələr
də lazımdır.
Alimlər 25-dən çox vitamin aşkar etmişlər. Ancäq insan orqanizmi bunlan sintez edə bilmir. Onlar insan orqanizminə hazır şəkildə, qidalarla daxil olur. Orqanizmdə yalnız "A” və "B12" vitaminlərinin ehtiyatı yaranır. A, B, C, D (a, b, s, d) əsas vitaminlər hesab olunur.
Tərəvəzlər və meyvələr əsas 3 (S,B,A) vitaminin mənbəyidir. Qalan vitaminləri insan əsasən çörəkdən, ətlərdən, yumurtalardan alır. Lakin çox vaxt orqanizmidə vitamin çatışmazlığı özünü göstərir.
Hazırda sənaye üsulu ilə 10-dan çox müxtəlif vitamin kompleksləri istehsal olunur. Orqanizmin yaş və digər xüsusiyyətlərinə uyğun olaraq onları seçməklə müntəzəm surətdə (daim) hər gün 1-2 tablet qəbul etməklə (yeməkdən 15-20 dəqiqə sonra) gümrahlığı və sağlamlağı uzum müddət qoruyub saxlamaq üçün vacibdən, vacibdir.
Yayda və payızda lazımdır ki, çoxlu meyvə, qiləmeyvə, bostan tərəvəz bitkiləri yeyilsin. Qışda və yazda isə hazır vitamin kompleksləri olan pereaparatlar qəbul edilsin. Yaşlı adamlar üçün "İndevit" daha münasibdir.
Hiç yorum yok:
Yorum Gönder