ƏSASƏN alfa VƏ betta ADRENORESEPTORLARI STİMULƏ EDƏN
MADDƏLƏR
dayandırmaq məqsədi ilə (tamponada formasında) istifadəyə buraxılir. Orqanizmdə o, böyrəküstü vəzin beyin maddəsinin xromoffin hüceyrələrində əmələ gəlir. Dəxilə tə’yin edildikdə bioloji fəallığını itirir. Quruluş düsturuna görə fenilalkilamin törəməsidir.
Həm təbii və həm də sintez yolu ilə alınır. Onun tə’siri altında periferik alfa və betta adrenoreseptorların oyanıqlığını xatırladan əlamətlər müşahidə olunur. alfa və betta adrenoreseptorların eyni vaxtda stimullaşması bir tərəfdən, ürək fəaliyyətinin (betta adrenoreseptorların hesabına) yüksəlməsinə, betta2 adrenoreseptorların hesabına bronx mənfəzinin genəlməsinə, tənəffüs aktının yaxşılaşmasına, skelet əzələlərinin qidalanması, oksigenlə zənginləşməsi və iş qabiliyyətinin artmasına, maddələr mübadiləsinin intensivləşməsinə, alfa adrenoreseptorların oyanması qan təzyiqinin fizioloji yüksəlməsinə, qeyd edilən proseslərin səmərəli gedişinə, beləliklə qarşıya çıxan baryerlərin dəf edilməsinə, ekstremal şəraitdə orqanizmin özünü müdafiə (ani) qabiliyyətinin (norad-renalinə nisbətən zəif olsada) artmasına səbəb olur.
Adrenalinin qan-damar sistemi fəaliyyətində əmələ gətirdiyi müsbət dəyişiklik nəzəri və təcrübi təbabət üçün daha böyük əhəmiyyət kəsb edir.
Mə’lum olduğu kimi, alfa adrenoreseptorların qan damarları divarında, dalaqda, selikli qişa və dəri damarlarının divarında, bağırsağlarda və gözün qüzehli qişasında, betta-adrenoreseptorlar isə ürək əzələsində, bronxların saya əzələlərində, qan damarlarının divarında və s. toxumalarda yerləşir. Odur ki, adrenalinin tə’siri altında ürəkdə (betta reseptorların oyanması nəticəsində ürək əzələsinin yığılma qüvvəsi güclənir və tezləşir. Keçirici aparatın fəaliyyəti yüksəlir. Ürək ritmi sür’ətlənir, ürəyin zərbə və dəqiqəlik həcmi böyüyür, ürək əzələsinin oksigenə olan ehtiyacı isə artır. Bu zaman ürəyin sistolik təzyiqi yüksəlir, diostolik təzyiqi isə ya dəyişmir və yaxud da bir az yüksəlir. Beləliklə, sistolik və diostolik təzyiqlər arasında təzyiq fərqi artır. Adrenalin yüksək terapevtik dozada iri damarlara (daxili orqanların) daha güclü tə’sir göstərir və onların mənfəzini daha səmərəli daraltmaqla (qismən isə ürəyə tə’sir nəticəsində) aşağı düşmüş ümumi qan təzyiqini normaya çatdırır. Bu, həmin qan damarlarının divavrında olan alfa - reseptorların oyanması və ürəyin betta reseptorlarının stimullaşması hesabına baş verir. Adrenalini qan damarına yeritdikdə ani və qısa müddətdə ürək ritmi sür’ətlənir, qan təzyiqi yüksəlir. Azan sinir mərkəzi reflektoru oyanır, bu da ürək ritminin sonradan seyrəklənməsinə (bradikardiya) səbəb olur. Atropin yeritdikdə azan sinir fəaliyyətdən düşür, bradikardiya aradan qalxır. Adrenalinin böyük dozaları ürəyin keçirici aparatının oyanıqlığını həddindən artıq yüksəltdiyinə görə taxiaritmiya və ekstrasistula əmələ gəlir. Tərkibində xlor və ftor birləşməsi olan preparatlar ürək əzələsinin adrenalinə qarşı həssaslığını artırır və bu zaman adrenalinin kiçik dozaları belə mədəciklərin səyriməsinə səbəb olur. Odur ki, tərkibində xlorlu və ftorlu birləşmələr olan narkoztörədici maddələr fonunda qan təzyiqi aşağı düşdükdə adrenalindən istifadə etmək olmaz. Adrenalinin tə’sirindən ürək, qaraciyər, ağciyər, beyin və skelet əzələlərin qan damarları genəlir. Bu həmin orqanlarda alfa ve betta adrenoreseptorlarının oyanmasına, lakin bu betta adrenoreseptorların üstünlük təşkil edilməsi hesabına baş verir. Ümumiyyətlə adrenalinin tə’sirindən qan təzyiqinin dəyişməsi üç fazada gedir. Birinci halda ürək əzələsinin betta1 adrenoreseptorları hesabına) gücünün artması, ritminin sür’ətlənməsi, qan təzyiqinin yüksəlməsinə (alfa adrenoreseptorlar hesabına) səbəb olur. Bu da öz növbəsində damarların refleksogen zonalarındakı baroreseptorların qıcıqlanmasına, karotit yümaqcığının oyanmasına və azan sinir mərkəzi tonusunun reflektoru yüksəlməsinə, bu da bradikardiyaya, bu isə qan təzyiqinin düşməsinə (2-ci faza) səbəb olur. Sonradan qan damarlarının (böyrək, müsariqə, qaraciyər və ağciyər və s.) sıxılması, qan təzyiqinin yenidən normaya qayıtmasına, yə’ni 3- cü fazanın meydana çıxmasına səbəb olur. Böyrək, müsariqə, qaraciyər, qismən də ağciyərlərin qan damarları adrenalinin tə’sirindən sıxılır, qapı venasında və ağciyər damarlarında təzyiq yüksəlir. Son mə’lumata görə alfa ve betta blokatorlar fonunda skelet əzələlərinin betta reseptorları adrenalin tə’sirindən oyandığı üçün qan damarlarının mənfəzi genəlir, qan təzyiqi qismən aşağı düşür. Qan təzyiqinin aşağı düşməsi ilə əlaqədar olan hemorragik və kardiogen şoklarda adrenalinin istifadəsi məsləhət deyil.
Adrenalin mə’də-bağırsaq traktının, öd kisəsi və bronxların saya əzələlərini tonusdan salır, xüsusən də onlar allergik komponentli və azan sinir və ya mediator mənşəli olduqda bu effekt daha güclü olur. Nəticədə alfa-adrenoreseptorların oyanması hesabına mə’də-bağırsaq sisteminin motor funksiyası zəifləyir, peristaltikası azalır, betta2- adrenoreseptorların oyanması hesabına bronx mənfəzi genəlir, təngnəfəslik aradan qalxır. Lakin aradrenoreseptorların stimulə edilməsi hesabına mə’dənin pilorik hissəsinin və kiçik çanaq orqanlarının sfinkterləri və dalaq kapsulu, uşaqlıq əzələlərinin tonusu yüksəlir. Bununla yanaşı o, (aradrenoreseptorların stimulə edilməsi hesabına) gözün güzehli qişasının radial əzələlərinin yığılmasına və göz bəbəklərinin genəlməsinə səbəb olur. Onun 1-2%-li məhlulu açıq bucaqlı sadə qlaukomada işlədilir. Gözdaxili mayenin əmələ gəlməsinin azalması (damar keçiriciliyinin azalması hesabına) gözdaxili təzyi-qini aşağı salır, iri sekresiya vəzilərinə elə bir tə’sir göstərmir. betta-reseptorların stimullaşması hesabına maddələr mübadiləsini o cümlədən piy toxumalarında s-AMF-in və triqliseridlipazanın artması və fəallaşması triqliseridlərin sərbəst yağ turşularına keçməsinə, əsas mübadilənin və onunla əlaqədar olan karbohidratlar mübadiləsinin, qaraciyərdə qlikogenin qlükozaya keçməsini, skelet əzələlərində isə adenilatsiklazanın fəallaşması onun süd turşusuna qədər parçalanmasını tənzim edir. O, mərkəzi sinir sisteminə stimuləedici tə’sir göstərir. Odur ki, hərəki fəallıq və psixi oyanıqlıq yüksəlir.
Tənəffüs mərkəzi reflektoru oyanır, tənəffüs aktı fəallaşır. Adrenalin hüceyrədən kənar KOMT və adrenergik neyronların mitoxodrilərində olan MAO fermentləri tərəfin-dən 3-metoksi - 4-oksi badam və s. turşusuna parçalanır tə’sirini itirir və qoşa birləş-mə halında böyrəklərlə xaric olur.
Hiç yorum yok:
Yorum Gönder