9 Mart 2016 Çarşamba

TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİ

TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİ
Tənəffüs orqanlarını öyrənən elm — pulmonologiya, hazırda klinik təbabətin xüsusi bir sahəsi kimi inkişaf etməkdədir.

Etiologiya, patogenez və klinikasma görə fərqlənən tənəffüs sistemi xəstəliklərinin geniş yayılması pulmonologiyanm sərbəst fənn kimi ayrılmasma səbəb olmuşdur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatmm təsnifatma görə, tənəffüs orqanları xəstəliklərinə 400-dən artıq xəstəlik aiddir.

Son illər dünyada ağciyərlərin qeyri-spesifik xəstəliklərinin sayı durmadan artır, belə xəstəliklərə isə, xronik bronxit, xronik pnevmoniya, ağciyər emfizeması, bronxoektaziya xəstəliyi, xronik ağciyər absesi, bronxial astma, tənəffüs sisteminin irsi amilləri və ağciyərlərin inkişaf qüsurları ilə əlaqədar olaraq əmələ gələn xronik iltihabı xəstəliklər aiddir.

Dünya statistik məlumatma görə, İngiltərə, Almaniya, Hollandiya, Fransa və bir sıra başqa ölkələrdə müşahidə olunan ölümün 10—11%-ni ağciyərlərin qeyri-spesifik xəstəlikləri təşkil edir. Ümu-miyyətlə, kəskin bronxit daxili xəstəliklərin 1,5%-ni, ağciyərlərin qeyri-spesifik xəstəliklərinin isə, 30%-ni təşkil edir.

Hiç yorum yok:

Yorum Gönder

mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi

  mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a No-li pehrizdən sonra ...